Qara(gün) kvadrat YAZI
Böyük əksəriyyət Kazimir Maleviçin “Qara kvadrat” rəsmini görüb. Belə baxanda onu heç görməyə də ehtiyac yoxdu. Gözünüzü yumub ağ fonda ölçüsü 80x80 sm. olan qara kvadrat təsəvvür edin. Bu da olur dahi əsər.
Həmin bu dahi əsər
100 ilə yaxın bundan əvvəl Petroqradda, Maleviçin digər 38 rəsmi ilə birlikdə ilk dəfə nümayiş etdirilib. O vaxtkı faktlara arxalansaq, bu “Qara kvadrat”, sərgi salonunun ən görkəmli yerində, həmişə ikonalar olan, belə demək olarsa “qırmızı küncü”ndə asılmışdı. Sərgidə çıxış edən Kazimir Maleviç bu rəsmə ehyamla, yeni mənzərə realizmi – “supermatizm”in yarandığını bildirib. Onun fikrincə supermatizm (latın dilində supremus “ən yüksək” mənasını verir) incəsənətin şüurdaxili anlayışın ən son və yüksək həddidir. Bundan sonra real şeyləri təfəkkür artıq qəbul edə bilmir və hər şey təhtəlşüurdan kənar anlayışlar və bunu qəbul etməkdə olan dar çərçivəli insanlar üçündür.
Razılaşaq ki, qara kvadrat çəkib onu ağ çərçivəyə yerləşdirmək üçün fövqəlrəssam olmaq lazım deyil. Kvadrat – müstəvi üzərində ən sadə həndəsi fiqurlardan biri hesab edirilir. Elə elementar ağ-qara rənglər kimi. Bu əsəri hamı çəkə bilər. Tapmaca başqa şeydədi. Hamının çəkə biləcəyi bu primitiv həndəsi fiqur dünyanın ən tanınmış tablosudur. O, milyonlarla insanı düşünməyə və mübahisəyə vadar, minlərlə təhqiqatçı və rəsm həvəskarını özünə cəzb edir. Niyə bu belədir? 100 ilə yaxın müddətdə bu suala cavab tapılmayıb.
Çox adam “Qara kvadrat”ın sirrini tapmağa çalışıb. Ehtimallar çoxdur. Amma onlardan 5-i əsas sayılır.
Qara kvadrat:
1. Dahi rəssamın tutqun və mütləq anlaşılmaz etirafıdır.
2. Kasıbçılığı, tam çıxılmazlığı və öz qabiliyyətsizliyindən ümidsizlik nümunəsidir.
3. Heç bir sirrə arxalanmayan süni şişirdilmiş fetişdir.
4. Şeytani başlanğıcın özünütəsdiq aktıdır.
5. Yəhudi simvoludur.
Təəssüf ki, təhqiqatçıların heç biri rəsm əsərinin səthi analizindən o yana getməyib. Onlar yalnız rəsmi dediyim kimi səthi görə biliblər. Yəni ancaq “Qara kvadrat”ı. Maleviç özü isə dəfələrlə etiraf edib ki, o, bu əsəri halsız vəziyyətdə, daha doğrusu “kosmik anlayışın” təsiri altında yaranıb. Odur ki, tabloda şüurlu nəsə yox, şüuraltı nəsnə axtarmaq lazımdır.
Bir müstəvidə yalnız bir müstəvi əks etdirmək olar. Reallıq da odur ki, Maleviçin yaratdığı sadəcə “Qara kvadrat”dır. Lakin rəssam hamıya konkret izah edib ki, bu supermatik kvadratdır və onu dərk etmək üçün ənənəvi anlayış çərçivəsini aşmaq lazımdır.
Gördüyümüzün çərçivəsini aşaq. Anlayarıq ki, qarşımızdakı qara kvadrat yox, rəngbərəng kubdur. Tablonun sirri də elə bundadır. “Qara kvadrat”ın sirrini qısaca belə izah etmək olar: bizi əhatə edən aləm ilk səthi baxışdan hamar və ağ-qaradır. Lakin insan bu dünyanı geniş həcmdə və rəngarəng təsəvvür edərsə, həyat inanılmaz dərəcədə dəyişəcək. Milyonlarla tamaşaçı təhtəlşüurda bu əsərdə həcm hiss etsə də, dahi əsərin tam anlamağa gərək olan son addım etmək üçün özlərində təsəvvür tapa bilməyib.
Gəlin bunu birgə edək. Qarşımızda qara kvadratdır. Bəlkə bu alabəzək kubun ön hissəsidir? Çünki bir proeksiyası kvadrat olan bir neçə fiqur var. Kosmik nəzərlərlə görünən zonadan çıxaq. Alınarsa kubun üstünün mavi olduğunu görərik. Bu səma və hündürlük rəmzidir. İndi isə aşağı baxaq. Bu tərəf yaşıldır. Bahar, gənclik və təbiət rəngi. Üst və alt tərəfi gördükdən sonra ətrafları anlamaq rahat olacaq. İki yan tərəf sarı və qırmızı rəngdədir. Sağ tərəf sarı – günəş və yayı, sol tərəf qırmızı – alov, hərarət və məhəbbət əlamətidir. Ən çətini isə kubun arxa tərəfini görməkdir. Bunun üçün biz düşüncəmizlə əks tərəfə çevrilməliyik. Öz nəzər nöqtəmizi 180 dərəcə dəyişməliyik. Alınarsa, biz arxada ağ tərəf görəcəyik. Ağ rəng kamillik, həqiqət və paklıq rəmzidir.
Mənim üçün də bu kvadratın çox böyük mənası vardı. Amma bunu dərk eləməkdə həqiqətən də çətinlik çəkirdim. İnsan şüuru qeyri-real şeyləri dərk eləməkdə zorlanır. Necə ki, nağıllarda deyilən uçan xalça dövrümüzün təyyarəsi, sehrli güzgü televizor, simsiz teleqraf mobil rabitə və başqa şeylərdir. Halbuki o vaxt bu şeylərin bir neçə yüz il sonra real həyatda və məişətdə işlədiləcəyini qəbul etmək, demək olar ki, mümkün olan şey deyildi. Elə indinin özündə də misal üçün internet vasitəsilə bir an içində dünyanın istənilən nöqtəsinə getmək mümkünlüyü bizə qəribə gəlir. Amma istisna deyil ki, bir müddət sonra nəvə-nəticələrimiz bu yazını oxuyanda bizə bığaltı gülsün.
“Qara kvadrat”ın sirrinin nədə olmasını oxuyarkən Maleviçin bu əsəri ilə Azərbaycan futbolu arasında paralel aparmaq istədim. Həqiqətən tam fərqli anlayışlardır. İlk baxışdan adi bir şey, loru dildə desək çərçivəsinin hazırlanması da daxil olmaqla yarım saata hazır olan dünya şedevrlərindən biri – “Qara kvadrat” milyonları özünə cəlb edə bilir, amma 10 ilə yaxındır üst-üstə bəlkə də BİR MİLYARD DOLLARIN dövr etdiyi Azərbaycan futbolunda bir irəliləyiş yoxdur? 8 ildir ki, ölkədə “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişfına dair Dövlət Proqramı” fəaliyyətdədir. Amma uğurumuz nədir? Barmağımızı qatlayaq? İlahi, insanın nə çox barmağı olarmış...
Təhqiqatçıların “Qara kvadrat”ın 5 əsas sirri ilə futbolumuzu səciyyələndirək.
1. Dahi rəssamın tutqun və mütləq anlaşılmaz etirafıdır.
Təbdil edək futbolumuza. Funksionerlərin tutqun və mütləq anlaşılmaz etirafı. Etiraf olmasa da göz önündədir ki, inkişaf yoxdur. Varsa da yox dərəcəsindədir. “Neftçi” ötən il Avroliqanın qrup mərhələsinə düşdü. Xub. Əvvəla bir gül ilə bahar olmaz. İkincisi oldu keçdi, bu il həmin nəticə (əgr o da olsa) artıq uğur sayılmayacaq. Bu isə o deməkdir ki, üzümüzə gələn mövsümün artıq ilk yarımilində insult və istefalar olacaq.
2. Kasıbçılıqdan, tam çıxılmazlıqdan və öz qabiliyyətsizliyindən ümidsizlik nümunəsidir
Azərbaycan futbolunda kasıbçılıq yoxdu. Sadəcə əziyyət çəkirik. Dəfələrlə demişəm, indi də təkrar edirəm. Futbolumuz əvvəllər pulun yoxluğundan əziyyət çəkirdisə, indi çoxluğundan problem yaşayır. Komandaların futbolçulara qoyduğu qiymət onların xaricə yolunu bağlayıb. Legioner həyatı yaşamaqla 5-10 manat ala biləcək futbolçu eyni pulu Azərbaycanda ehtiyat oyunçular skamyasının tozunu silməklə qazanır. Sərhədləri aşmağa nə lüzum? “Qara kvadrat”ın o tərəfini görməyə şüuraltı anlayışlar burda da çatmır.
3. Heç bir sirrə arxalanmayan süni şişirdilmiş fetişdir.
Fetiş sözünü elə F hərfi ilə başlayan başqa sözlə əvəz etmək olar. Foqtsu nəzərdə tuturam. 3 oyunda Şimali İrlandiya və Lüksemburq kimi ölkələri uda bilməyən millinin baş məşqçisi hələ də postunda qalıb. Yağlı (nöyütlü də oxumaq olar) əppəy olub qalıb millətin boğazında. AFFA onu yola salmaq istəmir. Haradansa tapılmış muncuq kimi elə hey oynadırıq.
4. Şeytani başlanğıcın özünütəsdiq aktıdır.
Bu məsələdə bir qədər çətinlik çəkdim. Şeytani başlanğıca hansı prizmadan yanaşmağı bilmirəm. İş ondadır ki, biz elə millətik ki, təzəsi gələndə köhnəsinin ölənlərinin həmvatına salavat çeviririk. Ona görə də bir qədər ehtiyatlı olmaq da yaxşıdır. Lap dinin yarısının insaf olduğu kimi.
5. Yəhudi simvoludur.
Futbolda bunu yəhudi simvolu ilə əlaqələndirmək heç olmaz. Sadəcə olaraq buna lənətlənmiş millət kimi baxmaq olar. Biz bəlkə doğrudan da futbol baxımından lənətlənmiş xalqıq? Nə bilim Vallah...
Digər tərəfdən də, ola bilər. Çünki nə qədər stadionu suyu süzülə-süzülə tərk etmək olar? Axı su aydınlıqdır. Belə çıxır ki, aydınlıqdı, amma bizlik deyil? Onu biz bilirik. Niyə bizə əksini sübut edirlər. Kor kor, gör-gör ki, qatıq qara deyil axı...
Yenə qayıdım qara anlayışına... “Qara kvadrat”a. Qara rəng bütün rəngləri udur. Ona görə qara kvadratda rəngarəng kubu görmək çətindir. Qaranın arxasında ağı, yalanın arxasında həqiqəti, ölümün arxasında həyatı sezmək ələlxüsus dəfələrlə. Amma buna nail olanlara fəlsəfi formula açılacaq.
“Qara kvadrat” – təkcə şəkil deyil. “Qara kvadrat” dahi rəssam yox, filosof Kazimir Maleviçin bizə müraciətidir. Bu müraciətin əsl məğzini, harmoniyanı bu formulasını anlayaraq, ətraf mühiti tam fərqli dərk eləmək olar. Hər tərəfə tam fərqli baxış nöqtələrindən tamaşa edin. Onda sizin qarşınızda rəngarəng dünyanın bütün gözəlliyi canlanacaq.
Asif BAĞIROV, “Het-trik news”
P.S. Uşaqlıq dostum musiqiçidir. Toyda şahidi olduğu bir hadisəni mənə nəql etdi. Yetərincə inadkar bir fotoqraf toyda yekəqarın kişilərin oturduğu (sözün həqiqi və məcazi mənasında, çünki, məclis başlanandan 1 saat sonra stolun üstünü “süpürmüşdülər”) masaya yaxınlaşaraq “Həmişə toyda, subaylardan görəsiniz” deyərək, xatirə şəkli çəkdirməyi tövsiyyə edib. Bu vaxt masanın arxasındakı yekəqarın kişilərdən biri şəstlə – “Ə, şəkli neynirəm, get ordan ət gətir, ət!” deyib.
Bax belə. Hamını “Qara kvadrat” düşündürdüyü halda bizimkilərin beynində “Qara(gün) kvadrat”dır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |