"Neftçi"dəki "dahilər" YAZI
"Neftçi" haqda tənqidi yazılarım o qədər
də çox olmayıb, amma olanda tutarlı olub. Əvvəl yazmışam, təkrarlamaqda fayda
var, Sadıq Sadıqovun bu kluba prezident təyin edilməsi ölkədə futbola yeni
yanaşma gətirdi. Nəticədə "Neftçi" illər idi həsrət qaldığı Azərbaycan
çempionluğa ardıcıl olaraq son 3 ildə sahib çıxdı, üstəgəl son ölkə kuboku. Və ən
böyük tarixi yazdılar - Avropa Liqasının qrup mərhələsi.
"Neftçi"nin uğur çubuqları çoxdur və
ya çox idi. Onların hamısından yazmaq yersiz olardı, çünki təkrarçılığa lüzum
yoxdu. Ən əsaslardan biri isə dəqiq, son dərəcə səhvsiz götür-qoy edilən
seleksiya işi idi. Amma deyəsən, son zamanlar "Neftçi"də seleksiya
içinə baxan qardaşlar işlərindən o qədər razıdırlar ki, bunu yaddan çıxardıb,
heyətə basməmmədi futbolçular cəlb edirlər. Qışda komandaya alınan Conni Leoni
və Xose Luis Kabion transferləri bu işin başlanğıcı olmuşdu. Transfer işlərinə
qəti qarışmayan Sadıq Sadıqovun beyni necə tilsimlənmişdisə, heyətdə olduğu
yarım mövsümdə bircə dəfə meydana çıxmayan bu iki futbolçu üçün onları
komandaya gətirənlərə güldən ağır kəlmə deyən olmadı. Klubun digər rəsmi şəxsləri isə buna yaxşıca
yorum yapıyorlardı: Heyətdəki intriqanı gücləndirmək üçün bu iki futbolçunu
almışıq. Bəyəm intriqanın yaranması üçün 100 minlərlə pul çölə atılmalıdır? Məntiqləri
tamamilə absurd idi... Yoxs Leoni, Kabion kimi Azərbaycanda futbolçu yox idi? Nə
isə...
Gözləmək olardı ki, bu iki yanlış düzələcək,
düzəldi də. Hər iki futbolçu geri göndərildi. Amma... amma səhvlərini düzəltmədilər.
Qaşı düzəldikləri yerdə, Vasif Əliyev və Pavel Doroşevlə vurub sağalmaqda olan
gözləri çıxardılar. Vasifin son mövsümü harda keçirdiyi belə şəxsən bəndənizə bəlli
deyil. Pavel Doroşev isə sadəcə oyun satdığı üçün "Qəbələ"dən
qovulan, hətta bu səbəbdən "Rəvan" və AZAL-ın da bəyənmədiyi - etibar
etmədiyi qapıçıdır.
Son illərdə Azərbaycanda ən stabil oyun göstərən
Asif Məmmədovu bəyənməyən "Neftçi" seleksiyaçıları onun ünvanına
"bizə daha səviyyəli futbolçu lazımdı" sözlərini işlətmişdilər. Bu da
sizə daha səviyyəli futbolçu - Vasif Əliyev!
Pah atonan...
İndi bütün rəqiblər "Neftçi" tərəfə
baxanda görəcəklərki Vasif kimi böyük oyunçu qarşı tərəfdədir, qışqırıb
"qoymuyun, üsdümüzə irasim gəler" deyərək qaçacaqlar... həlal olsun
sizə bə...
Ötən il Avropa Liqasında qrupa düşən
"Neftçi"nin məhz Vasif Əliyev və Pavel Doroşev transferi sayəsində
ÇL-nın qrupuna düşəcəyinə tam əminəm.
Xeyirli, uğurlu olsun...
P.S. Bu transferləri ancaq futbol dühaları edə
bilərdi.
P.P.S. Daha sizə sözüm yoxdur!..
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |