Sözünün ağası, kişi sözü və şərəf
Üçrnayınrnsöhbətidi, «Neftçi» kubokdarnmübarizənirndayandırandanrnazrnsonrarntelefondarnArifrnƏsədovlarndanışdım. Xeyli söhbətləşdik, ordan-burdanrnsözrnsaldıq, dedim,rn«Neftçi»nin kubokurnqazanarnbilməyəcəyinərnsevinirəm. Yox ki, titulu digərrniştirakçılardanrnhansısarnqazanacaqdı. Sevinirdim ki, AFFA-lı, PFL-li, hakimlərli «day-day»ı olanrnkluburnbir «cəbhə»dərngerirnçəkilməyərnməcburrnedənrntapıldı. İki titul da onlara verilsəydi, məncə, bu, lap ağ olardı!
rnrnNəsə, ürəyimdən keçənləri dilə gətirdim, sağ olsun, fikrimə hörmətlə yanaşdı. Cavabı bu oldu ki, çempionat qurtarsın, media mənsublarına sözü olacaq. Demə, baş məşqçi işləyəndən bəri KİV-də barəsində çıxan yazı və xəbərləri özü üçün ümumiləşdirib, lazımı qeydləri götürüb. Danışığından hiss elədim ki, özünə münasibətdən hardasa narazı, ürəyi isə doludu. Nə deyəcəyi ilə maraqlandım, dedi, qalsın sonraya. «Sport Favorit»də yazdıqlarıma fikrini soruşdum, yenə dedi, onlar da qalsın özümdə.
rnrnAZAL-ı Şüvəlanda udandan sonra Arif bəyin media əhli ilə görüşəcəyini gözləyirdim. Deyən, başı qarışıqdı, məqsədinə çatıbsa da, ürəyindəkiləri dilə gətirməyə tələsmir. Danışar nə vaxtsa, qulaq asarıq. Ortalıqda görünən nəticədə payını danmıram - mən Arif Əsədov kimi gənc yerli məşqçilərin işləməsinin tərəfdarıyam. Həmişə də demişəm ki, Qurban Qurbanov, Yunis Hüseynov və Ramiz Məmmədovla açılan cığırı kol-kos basmamalıdı, yaşlı nəslin bir çox nümayəndələri isə öz «missiya»sını çoxdan başa vurub.
rnrnGənc məşqçilər gənc oyunçulara üstünlük verməlidi. Arif bəy «İnter»lə heç-heçə edən gənclərini oyundan sonra çox tərifləmişdi. Demişdi, onlarla bu yolu getmək olar. Təcrübələri az olsa da, oynamaq, özlərini göstərmək istəkləri böyükdü. Mirhüseyn Seyidovla arasında problem yaranmadığını iddia eləyib, tezliklə, lap yaxınlarda bu kimi gənclərin parlayacağını söyləmişdi. Mən Arif bəyin yeni nəsillə işləmək bacarığına şübhə eləmirəm - bu, bir. İki il öncə əvəzedici heyətlə ölkə çempionu adını qazanıb - bu, iki. Üçüncüsü...
rnrnÜçüncüsünü 3 gündən sonra yazmaq istərdim. Əgər ki, Şüvəlandakı mətbuat konfransında dediyi kimi eləsə. Əsədov demişdi, qalan 3 turda gənclərə şans verəcək ki, güclərini ona sübut eləsinlər. «İnter» və «Qarabağ»la oyunlar keçdi, sözünün üstündən çəkilmədi. Son tura «Xəzər Lənkəran» oyunu ilə yekun vuracaqlar. Dəyəri itmiş, parıltısı paslanmış «Böyük oyun»... Mirça Rednikin ismarıcı belədi ki, çempionluğun taleyini həll etməyən bu derbi onlar üçün şərəf imtahanıdı. Əsədov prinsipial rəqib önünə gənclərlə çıxsa, hə, bəlkə «Böyük oyun» böyük oyuna bənzədi.
rnrnAFFA-nın arxasında dayandığı PFL bu mövsüm həqiqətən «böyük oyun» oynadı. Son «Böyük oyun» boy sırasına düzülən «böyük oyunlar»ın tərkib hissəsi olacaqsa, mənə elə gəlir ki, bu, qisas hissini, kini geri qaytaracaq. Keçmiş AFFA rəhbərliyi «Neftçi»nin acığına «Xəzər Lənkəran»ı 2007-ci ildə çempion eləmişdi, yenilər də indi bunları. Ssenari müəlifləri dəyişsə də, rollar dəyişməyib. Cari mövsüm «Böyük oyun»larla bahəm, əksər oyunlar meydandan kənardakı münasibətlərin badına getdi. Anar Salmanovları, Rövşən Əhmədovları, Əfqan Həmzəyevləri, heç olmasa, son oyunda atın kənara! Hakimləri əski əvəzi əksiltməyin! Rednik demir şərəf oyunu, bir dəfə də siz çəkilin kənara, «Neftçi»nin futbolçuları əsl bacarığını 90 dəqiqəyə təsdiqləsin. Bəsrneləyərrnyəqin.
rnrnP.S. «Neftçi» yenə derbiyə 11 nəfərlə çıxıb, 14 nəfərlə davamrneləsə, qorxmasın. Quzanlıdakı 0:3-dən növbətisirnqeydərnalınsa, mən ArifrnƏsədovurnqınamayacam.rnAmmarno, sözünün ağasırnolacaqsa...
İLKin VAQİFoğlu
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |