Mxitaryandan daha yaxşı olmağın yolu KÖŞƏ
Bəlkə də çoxlarından fərqli olaraq məndə futbola maraq
tamamən başqadır. Hamı kimi futola hansısa komandanın qələbə qazanması, yaxud
da uduzması üçün baxmıram. Heç variant yazmıramki, bərabərlik üçün həyacan
keçirim. Futbol mənim üçün nədir?
Bu suala cavab verməzdən əvvəl futbol barədə yazı
yazmaq kimi bir fikrimin olmadığını əlavə edim. Amma mömin qardaşım Kərbəlayi
Vüsalın təkidindən sonra inad etmədim. Elə ilk yazını da futbolun mənim üçün
necə olmasından yazacam...
Varlığın məntiqi sturukturu, harmoniyasi futboldu. Məhz
futbol olmayanda zaman varlığı qırılır. Sanki ölümlə həyat, tarixlə bu gün, işıqla
kölgə arasındakı vəhdət və sərhəd futboldu...
Saat kəfkirinin, günlərin, qərinələrin və min illərin
səyahət və səfər yollarından qalan izlərin, əyri və düz xətlərin toxuduğu
zolaqlı torun nahamar macərasi ilə süzülüb axan zaman. Bax o zaman mən futbola
baxıram...
Futbolla nəfəs almaq, futbolla yaşamaq insanın mənəvi
paklığına dəlalətdir. Əlbəttə, futbolu alverə çevirmek əbədi cəzaya məhkum
olmaq deməkdir. Beləsini futbolun ahı tutmalıdır. Mənim üçün futbolun ahı vetenin
ahı qədər ağırdır. Təəssüf... futbolu qumara qoyurlar, millət - tamaşaçı isə
bəzi yox, bir çox hallarda futbol tamaşasına baxır. Bilmir ki, tamaşa əvvəldən
qurulub... sanki oyuna canlı baxmır kimi...
Futbol mənim üçün açıq, müstəqil, sərbəst təfəkkürün sərhədsiz
fəzasında yenidən qayıtmağa tələsdiyim ünvan və mənzil deyil, gələcəyə boylandığım
zirvə və dayaqdır. Sabaha yürüşdə start meydanı, irəliyə hərəkətdə mənəvi mühərrikdir.
Bunlar mənüm üçündür. Əslində isə bunlar bir futbolçu üçün örnək olacaq sözlər və məqsəddir. Əgər hansısa bir futbolçumuz bu amal uğrunda vuruşub futbolçu olsa, inanın indi biz Henrik Mxitaryanın "Borussiya"ya keçidinə paxıllıq etməzdik. Çünki dediklərimi futbolçularımız etsəydilər, indi bizimkilər daha böyük klublarda oynayırdılar. Bəlkə də biz deyərdik, nə olsun, bizim futbolçu da "Bavariya"da oynayır... Mxitaryana paxıllıq, özümüzə təsəlli. Zatən təsəlli bizim üçün ən böyük silah olub. Həmişə bununla təskinlik tapmışıq.
İnanın, bir futbolçu yuxarıda dediklərimi özünə örnək alsa və bunları - sevincin ağırlıq, günahin həcm, tövbənin çəki, yaddaşın həssaslıq ölçüsünün də futbol olduğunu öz düşüncələrinə əlavə etsə, o, ən azı Mxitaryandan daha yaxşı futbolçu ola bilər...
Turanə Hacıyeva
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |