Yağış, futbol və sevgi...
Futbol, gözəldir hər şeyi - həyacanı ilə, sevinci ilə....
rnrnFutbol qəlbləri riqqətə gətirir, futbol insanı özündən alır...
rnrnBilmirəm, nə vaxtsa futbol haqqında belə bir yazı oxumuşdum ki, futbol ilə sevgi bir-birilə bağlıdır. İnsan sevəndə də, futbola baxanda da, eyni həyacanı keçirir, eyni hissi yaşayır. Qapıda qol məqamı bəlkə də sevginin qalib olmasıdır. Sevgidə qürur olmaz, hər iki insan özünü unutmalıdır, futbolda da eynən...
rnrnÇox yaşadıq futbolda belə hissləri. Bəzisi sevincini hoppanıb tullanmaqla bildirir, biri kimisə qucaqlayır, kimisi isə...
rnrnSevəndə də belə olur: insanrnözünü unudur, sanki yerin üstündə gəzmir, onu hansısa qüvvə hərəkətə gətirir. Yeri gəlib qoy deyim- o gün romanların birində belə cümləyə rastladım: İnsan sevərkən, maşınla eniş aşağı hərəkət edən hisslərə oxşar hisslər yaşayır...
rnrnFutbolda da belədir. Sözümü, konkret olaraq, "Xəzər-Lənkəran" - "Qarabağ" matçına yönəldəcəm. Bəlkə də "Qarabağ" yeganə komandadır ki, məni həmişə eyni hisslərə kökləyir, futbolu sevməyə səsləyir. Hər oyunda azarkeşi oyuna pərçimləyir. Dəfələrlə şahidi olmuşam ki, Qurban Qurbanovun yerində əvəzetmələri oyunun məcrasını dəyişib. Əlbət ki, bu məqamda oyunu duymaq, məğzi tapmaq lazımdı. Qurbanov bunu ustalıqla bacarır. Vüqar Nadirovunrnvə İlqarın sonradanrnmeydana çıxmaları ilə oyunda dönüş yarandı. 90-cı dəqiqə Qurbanovunrnməntiqi sonluğunun təntənəsi idi. 17-ci dəqiqədə qapının sağ tərəfinin torunu narahat edən top, bu dəfə sol tərəfi narahat etdi. Vurulan qollar eyni ssenari ilə toru silkələdi. Bu an "Fırtınalar meydanı" sanki silkələndi.
rnrnBu an futbolu daha çox sevdim. Heç nə yadıma düşmədi. Nə kəsərli yazılar, nə "futbol yoxdu " deyimləri, nə Əfqan Həmzəyevin gündə bir jestlə gündəmə gəlməsi, nə Nazim Süleymanovun ayağını masanın üzərinə qoyub, türkiyəli qonağı - NacirnŞensoyu elə beləcə vəziyyətdə otaqda qəbul etməsi, nə hakimlərin qərəzli qərarları...
rnrnGözümdə heç nə görünmürdü. Meydanda futbol vardı, meydanda gözəl oyun vardı, meydanda ağıllı məşqçinin ibratəmiz taktikası vardı, meydandarnQurbanov vardı...
rnrnHəmişə təmkini ilə qələbə qazanan məşqçi vardı meydanda...
rnrnBir də sevdim futbolu.
rn"Fırtınalar meydanında" yağış yağırdı. Yağışı da sevirəm, futbolu da... Amma ikisirnbir yerdə möhtəşəmdi...
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |