...cənab prezident YAZI
Hayat 90 dakika, 45-i siyah, 45-i bəyaz.
"Beşiktaş"ın "Çarşı" azarkeş qrupunun sözlərini bu gün
"Neftçi"yə aid edək. "Neftçi" İskəndəri yüz faiz aşıracaq, əminəm
!..
Bu sözləri "Skenderbeu"
- "Neftçi" oyunun başlamasından təxminən 6-7 saat əvvəl "facebook"
sosial şəbəkəsində yazmışdım. Söz xatirinə yox, sadəcə əmin idim. Əmin idim və
inanırdım ki, Bakıdakı oyunda qeydə alınan hesab qolsuz heç-heçə sadəcə, təsadüfdür.
Nədənsə, həyat bizə ancaq qara üzünü göstərdi. Əslində, oyun epizodlarını nəzərə
alsaq, ağ üzünü bizə çevirmişdi, amma o ağ üzü ağarda bilmədik. Həyat da əsəbləşdi,
ağı qaraya çevirdi. Artıq olan oldu, hər şey geridə qaldı. "Neftçi"
yeni mövsümə hazırlaşmalı, bir daha avrokuboklarda sözünü deməyə çalışmalıdır.
Ötən ilki uğurun təsadüf olduğunu sübut, bu ilkinin isə təsadüf olduğunu hər kəsə
göstərməlidir.
Bəs "Neftçi"nin
bu uğursuzluğunda kimdir günahkar? Başlayaq elə klubun prezidentindən. Sadıq
Sadıqov kimi kluba, futbolçulara ən yaxından dəstək ola bilən ikinci bir klub
prezidenti yoxdur. Çünki bu adam az qala 24 saatını "Neftçi"nin
bazasında keçirir. Klub prezidenti öz öhdəsinə düşəni canla-başla yerinə
yetirirsə, uğursuzluqda onun adı hallanmamalıdır. Adi bir məsəl, "Barselona"
ÇL-da iki oyunun nəticəsinə görə "Bavariya"ya 7:0 uduzandan sonra İspaniya
və düya mətbuatı klub prezidenti Sando Rozeli tənqid etmədi. Futbolçular və məşqçi
heyəti topa tutuldu.
Elə burda da belədir.
"Neftçi" "Skenderbeu" qarşısında sadəcə acizanə futbol sərgilədi.
Nizam-intizamsız futbol oynadılar, taktiki cəhətdən komanda meydanda varlıq
göstərə bilmədi. Çünki rəqib səni meydanın hər qarışında bağlamışdı. Bilirdi nə
edəcəksən, hətta etmək istədiklərini də... Çünki, "Neftçi"nin ikinci
oyun planı yoxdur. Çətin vəziyyətə düşən kəşfiyyatçının canlandırdığı obraz Amerika
filmlərində olduğu kimi, "B" planı yoxdur. Çünki məşqçilər heyəti
bundan artığını bacarmır. Sadıq Sadıqov onlara bütün səlahiyyət verdi ki,
gedin, istədiyiniz oyunçunu seçin, alın. Seçdilər, aldılar da. Amma Melvin Platje elə ilk oyunda
gülün içinə ... qoymuşdu.
Dostlar, "Skenderbeu"
hüç də güclü komanda deyildi, sadəcə "Neftçi" Albaniya klubunun qarşısında
varlıq göstərə bilmədi. Bu da məşqçilərin tam zəifliyini göstərdi. Yeni
transferə startda bəslənən ümidlər komandanın Avrokuboklarla vidlaşmasıyla nəticələndi.
Çünki "Neftçi"
olduqca nizam-intizamsız göründü...
Çünki klubda bu işə
baxan idman direktoru artıq orda işləmir...
Çünki futbolçuların "ipi"
boş buraxılıb...
Belə ifadələri o qədər uzatmaq olar... kifayət qədər, amma heç nə nəticəni dəyişməyəcək. Qalır bircə iş: Belə uğursuzluqların baş verməməsi üçün klubda köklü dəyişikliklər olmalıdır. Haradan başlayacağınıza isə özünüz qərar verin, cənab prezident.
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |