Milliyə qurban yox, QURBAN lazımdır YAZI
Qurban Qurbanov Azərbaycanın ən yaxşı məşqçisidir. Bəndəniz bu fikrə heç də “Gefle” və ya ondan qabaqkı Polşa klubuyla oyundan sonra gəlməyib. Son 3 ildir bu fikirdəyəm. Onunla aramızda yaş fərqii bir xeyli olsa da, normal münasibətimiz var və düşəndə futboldan danışırıq. Qurbanova hörmətim onun futbolçu olduğu zamandan olub, karyerasını bitirdiyi zaman isə bu hörmət birə beş yox, bəlkədə ona yüksəlib. “Niyə belə tez getdin” sualıma biraz gülümsəyərək cavab verdi: “Daha əvvəlki Qurban deyiləm. Baxıram ki, meydanda uşaqların çoxundan geri qalıram, əvvəlki kimi qaça da bilmirəm. Məncə, elə indi futboldan getməyim lazımdı”.
Onun bu sözlərini dəqiq xatırlayıram. Qurbanov özünə hörmət qoydu, qapı-qapı düşüb dilənçilik etmədi, vaxtında futboldan getdi. Məşqçiliyə də elə vaxtında başladı. Çoxları onun ilk mövsümdəcə “Neftçi”yə gümüş medal qazandırmasını uğursuzluq hesab edirdi, amma çox böyük uğur idi.
Heç şübhəsiz ki, “Qarabağ”
karyerası Qurban müəllim üçün yeni bir səhifə olub. O, məşqçi kimi özünü bu klubda hamıya tanıtdırdı, qəbul etdirdi. Qurbanov həmişə futboldan danışır, oyundan əvvəl də, sonra da. Hətta jurnalistlə söhbətində də taktiki gedişlərdən, etdiyi manevrlərdən, rəqibin oyun üslübundan, zəif və güclü tərəflərindən bəhs edir. Qısası, futboldan anlayışı olan insan bu adamla söhbətində anlayacaq ki, o, məşqçidir. YAXŞI MƏŞQÇİDİR.
Heç vaxt rəqibə qarşı hörmətsizlik etməz, komandada elə ab-hava yaradır ki, bütün futbolçular ən zəif rəqibi belə güclü gözündə görür. Bəlkə də, onun əsas olan uğur çubuqlarından biri elə budur. İstənilən halda, subyektiv fikirimdi (məncə həmdə obyektivdir) Qurban Qurbanov Azərbaycanən ən güclü məşqçisidir.
Nədənsə...
nədənsə AFFA başqanı, hörmətli Rövnəq Abdullayev ən yaxşını hələ bəyənmir. Niyə? Deyir cavandır, hələ nə yaxşı var. Rövnəq müəllim, siz milliyə ən qocasını gətirmisiz, özü də Avropa çempionu olmuş məşqçini. O neyləyib ki, cavan gəlib bunu edə bilməyəcək?
Rövnəq Abdullayevdən söz düşmüşkən, görün Foqts barədə nə deyib: “Berti Foqtsun klublardakı həmkarlarının ondan incidiyini deməsi normal fikirdir. Siz niyə belə hay-küy salmısız? Qarşıda 3 rəsmi oyunumuz var. Həmin görüşlər keçirilməli, baş məşqçi müqaviləsinin sonuna qədər işini yerinə yetirməlidir. Hara tələsirsiniz? Siz insanı oyunqabağı həvəsdən salırsınız. 5 il ərzində Foqts nə iş görməli idi ki? Əvvəllər maksimum 5 xal toplamağımıza görə sevinirdik. Onun başçılığı altında yığma qrup oyunlarındakı xallarının sayını 7-yə yüksəltdi. Halbuki, 20 ildə ən yaxşı göstəricimiz 5 xal idi”.
Rövnəq müəllim,
7 xal sizin üçün böyük uğurdur? Elə buna görə də, başçılıq etdiyiniz futbol tısbağa kimi sürünür də. Bəndənizə çox yaxşı bəllidir ki, sizdən olsa ən yaxşısını edərsiz, amma ətrafınız buna imkan vermir. Elşad Nəsirov və Elxan Məmmədov cənabları sizin fikirlərinizə həmişə müdaxilə ediblər. Atın onları başınızdan, milliyə Qurban Qurbanov lazımdır. Nə qədər gec deyil, bu keçidi həll edin.
“Qarabağ” – “Gefle” oyunundan sonra otaqdan çıxarkən sizi gördüm, az qala uşaq kimi sevinirdiz. Nə üçün? Çünki bu oyundakı uğursuzluq sizin işinizi yerə vuracaqdı, ölkə prezidentinə deməyə sözünüz olmayacaqdı. Amma məhz Qurban Qurbanov idi ki, oyuna etiyi müdaxilələr qələbəyə səbəb oldu. Düzdü, o, sadəcə işini gördü, özünə lazım olan qələbəni təmin etdi. Ancaq məhz o səbəb oldu ki, siz o dərəcədə sevinəsiniz, üzünüzün o dərəcədə gülsün? Sizin müdaxiləniz olmadan Berti Foqts hansı oyunu qazanıb sizi bu qədər sevindirmişdi? Məncə cavabınız olmayacaq...
Belə sevinməyin yalnız bir yolu var, milliyə Qurban Qurbanov gəlsin. Sizə, bizə, Azərbaycan millisinə məşqçi lazımdır, millidən xeyir güdməyən, ona uğur qazandıracaq məşqçi. O da “adam gibi adam” Qurban Qurbanovdur...
Fikirləşin, hələ də gec deyil. İnanın, əks halda, siz AFFA prezidenti olaraq ən yuxarısı elə Fuad Musayev və Ramiz Mirzəyev qədər xatırlanacaqsız...
Vüsal BƏBİRLİ, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |