Şad başlayıb, bəd bitən Lənəran səfəri
Bu dəfəki Lənkəran səfəri hamısından maraqlı oldu. Oyundan əvvəl də, sonra da.
Oyunqabağı "Xəzər Lənkəran" - "Neftçi"
qarşılaşması ətrafında böyük ajiotaj vardı. Oyundan sonra yaşananlarda göstərdi
ki, heç nə əbəs yerə deyilmiş, amma bunlar barədə hələ sonra.
Lənkərandakı matç üçün meydan sahibi komanda jurnalistlər
üçün avtobus da ayırmışdı. Bir gün əvvəl Lənkərana gedəcək qələm əhli orada
otellə də təmin olunmuşdu. Şəxsi işlərim ucbatından Lənkərana avtobusla gedə
bilmədim, Bakını günorta namazından sonra tərk etdim, təxminən saat 20 radələrində
artıq Lənkəranda mərkəzi stadionda idim. Elə orada Bakıdan gedən jurnalistlərin
sıralarına qoşuldum. Komandaların məşqlərini bir neçə dəqiqə izlədikdən sonra
bizim üçün ayrılan otelə yollandıq. Bir qədər yerbəyer olduqdan sonra otelin
"mini" stadionunda futbol yarışması da təşkil edildi. İki komandaya
ayrılan qələm əhlinin oyunu heç də maraqlı alınmadı. Qarşı tərəf bəndənizin də
yer aldığı komandaya heç bir müqavimət göstərə bilmədi. Final fiti səslənəndə "Xəzər
Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun da yer
aldığı rəqib heyəti 17:5 hesabıyla məğlub etməyimiz rəsmiləşdi. Sizcə buna
maraqlı oyun demək olar? Təkəbbürlükdən uzaq olsun, amma 6 qol vurmağımıb
xususi yeri vardı. Xüsusən də bir "Beşiktaş"lı olaraq oyunun son dəqiqəsində
rəqib qapıçı - qatı "Qalatasaray"lı
olan "Fantaz.az"lı həmkarım Pərvinin ayaqları arasından qapıya
yolladığım topun sevinc ləzəti isə tamamən başqa idi.
Daha sonra birgə axşam yeməyi, ardından isə hərə
öz otağına yollanmaq istəyində idi ki, mafiya oyunu ideyası ortaya atıldı. Gecə
yarısına kimi maraqlı mafiya oyunu isə ayrıca rəng qatdı, səfərimizə. Yatmaq,
durmaq və oyun günü. Səhər yeməyindən sonra otelin hovuzunda doyunca çimdikdən
sonra Talış dağlarının ətəyində - çay qırağına günorta yeməyinə yollandıq.
İnsaf naminə demək lazımdır ki, "Xəzər Lənkəran"ının mətbuat xidmətinə
jurnalistikadan gələn Hüseyn Cəbrayıloğlunun həmkarlarına ayırdığı diqqət
xüsusi təqdirə layiq idi. Çoxlarının bu insanı gözü götürməsə də, Hüseyn qələm əhlinə
hər cür qağını əsirgəmirdi, hamının nazıyla oynayırdı demək isə daha yaxşı
çıxar.
Yeməkdən sonra yenə mafiya oyunu və stadiona
yollandıq.
Oyunu yəqin ki, televiziyadan izlədiz. Meydan
sahibləri nəticəni ilk hissədə qazanmalıydı. Nəinki ilk hissədə, elə 90 dəqiqə ərzində bəxt çubuğunun "Neftçi"nin
yanında olması bu komandanın qorxaq futbol oynamasını kölgədə qoydu. Elə oyunla
Lənkərandan 1 xal gətirməyə bit quzunu güdaza verib ətini ehsan paylamağa dəyər,
məncə. Oyunu qoyaq bir kənara, başlayaq azarkeşlər arasında baş berən insidentdən.
Bu, gərginlik deyildi, sadəcə kütləvi dava idi. Sanki savannada aslanlar
analarını yanında hərlənən kiçik gərgədan balalarına baxırdı. Təbii ki, daxili
qoşunun əsgərləri və polis olmasaydı, azğınlaşmış yerli azarkeşlər "Neftçi"lilərin
ətindən qovurma etməyə hazır idi. Heç kimin əməyini yerə vurmuram, amma həmkarlarım
mətbuat konfransı zalında olarkən, olayların episentrində hadisələrə şahidlik
edirdim. Dəmir qapıların necə qırılmasını, onların polis və əsgərlərin üzərinə
necı hücum çəkməsini, əlbəyaxa davaları gözlərimlə gördüm. Təbii ki, Lənkəran
xalqına bununla qiymət vermək olmaz. Heç "Xəzər Lənkəran" azarkeşlərinə
də. Bəlli idi ki, bu insanlar kimlərinsə "tırkasına" gedənlər idi. Nə
qazandız? Sizi, namus və qeyrətinizi düşməndən, ermənidən qoruyan əsgəri
ölümcül yaralamaq sizə nə qazandırdı? Baş ucalığı? O başlara ar olsun!
Heç şübhəsiz ki, burada "Neftçi"
faktoru rol oynamırdı. "Neftçi" adı və sonb ölkə kuboku finalında
yaşananlar bunun üçün sadəcə bəhanə idi. İranla sərhəddə fars və rus işbirliyi
öz sözünü yenə dedi. Bunlar barədə sadəcə onu demək olar ki, millət və xalq
adına zərrə qədər də xeyirli bir şey qazandıran nəyinsə şahidi olmadıq. Əvəsində
hansısa ağır yaralanan əsgərin anası, bacısı, atası, qardaşı, bəlkə də həyat
yoldaşı oyundan sonra və ya sabahısı əzizindən bu xəbəri alaraq göz yaşlarına
boğuldu. Bəyəm siz bunu ana və bacınıza rəva görərdiz?
Sizə səslənirəm, ey ədəbsiz, söyüşcüllər. Bir
neçə ildir anası rəhmətə gedən oyunun baş hakimi Fariz Yusifovun qəbirdəki
anasının ruhunu narahat etmək sizə yaraşırdı? Heç bundan xəcalət çəkdiz? Utanmalısız,
vallah utanmalısız. Qəbirdə olan bir nəfəri söydüyünüz üçün. Həmişə "Xəzər
Lənkəran" azarkeşlərini bütün klublara örnək hesab etmişəm, onların ölkədə
rəqibsiz olmasını fikrini səsləndirmişəm. Amma buna layiq deyillərmiş. İndiyədək
gördüyünüz bütün işləri bir saatın içində xərclədiz, bu, sizə yaraşmazdı.
AFFA İntizam Komitəsinin bu insidentlərlə
bağlı çıxardığı qərara da haqq qazandırıram. Çünki federasiya rəhbərliyi hər
şeyi yaxşı analiz edib. Ölkə prezidenti İlham Əliyev cənablarının Cənub bölgəsinə,
xüsusən də Lənkərana yaxın günlərdə səfərinin gözləndiyini nəzə alsaq, o zaman
odun üstünə benzin tökməkdən çəkinmək ən yaxşı variant hesab olunur. Əks halda
Lənkəranda İsmayıllı və Quba hadisələri yaşana bilərdi.
P.S. Oyundan sonrakı hadisələrin ardından
yalnız bir şeyə sevinmək olar: Şükürlər olsun ki, bu hadisələr milli
ayrı-seçkiliyə gətirib çıxarmadı.
P.P.S. Daha Bakıya necə qayıtmağımızı yazmayacam. Çünki yediyimiz burnumzdan gəldi, stadionda...
Vüsal BƏBİRLİ
Bakı, Lənkəran, Bakı.
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |