Məlikməmməd
AFFA-dan çıxan informasiyalarda Elçin Məmmədovun əvəzsiz rolu var. İddianın müəllifi Orucəli Durmuşovdu. Orucəli müəllim bəyan edir ki, Elçin Məmmədov ictimaiyyətin AFFA-dakı qulağıdı. İngilislər demiş: "Ho comment!"
rnDurmuşovun dediklərinə şərh vermək niyyətində deyiləm. Amma əminəm ki, Məmmədovun ötən həftə AZAL - "Neftçi" oyununu heç-heçə bitirməsi hələ uzun müddət başına bəla açacaq. Axı Elçin Azərbaycan futbolunun gücünə qarşı güc göstərmiş oldu. Palaza bürünüb, el ilə sürünməkdənsə... Sonrasını açıb-ağartmaq istəmirəm.
rnMəlikməmməd bizim ən çox bəyəndiyimiz nağıl qəhrəmanımızdı. Gözünə döndüyüm ara-sıra quşa, ara-sıra ata minirmiş. Minmədiyi yalnız "hummer", bir də Hakimlər Komitəsi imiş. Onun edə bilmədiyini müasir Məlikməmmədlər edir və görünən odu ki, hələ uzun müddət edəcək.
rnHəftəiçi etibarlı mənbələrdən məlumat daxil oldu ki, indən sonra heç bir klub rəsmisi hakimlər əlehinə kəlmə kəsməsin. Bunu kimin və nə üçün etdiyi bilinməsə də, nəyə hədəfləndiyi məlumdu. Azərbaycan futbolunun təpəsi qərara gəlib ki, senzuranı yenidən bərpa etsin. Söhbət ulu öndərimiz Heydər Əliyevin vaxtıyla yerli-dibli ləğv etdiyi senzuradan gedir. Çox güman ki, rəsmi "Şüşəbənd" heç kimi saymamaq qərarına gəlib. Gələn gəlir nəinki adamı, hətta burunlu-qulaqlı eşşəyi də dingildətməyə qadirdi. Artıq dingildədir.
rnCari 7 gün kubok oyunları ilə yadda qaldı. "Bakı" "Muğan" önündə sərgilədiyi oyunla "Neftçi"yə məğlubiyyətin, yəni 3 xalın müjdəsini verdi. "Gəncə" isə "Neftçi"yə yenilməklə bakılılara "Xəzər-Lənkəran"a müqavimət göstərəcəyinin muştuluğunu verdi. "PUL ŞİRİN ŞEYDİ".
rnİndi isə keçim əsas məsələyə. Yəni, hakimlər Komitəsinə. Duyduğum qədər kimlərsə Xaqani Məmmədovun "qələmini sındırıb". Gəl ki, Elxan Məmmədov kimi "zalenti" açmaq o qədər də asan deyil. Elə bu səbəbdən də Xaqani bəyi tərpətmək hələ mümkün deyil. Maraqlıdı ki, Məmmədovun yerinə hazırlanan namizədin yanında indiki hakimbaşı toya-bayrama gedəsidi. Namizədin kimliyini açıqlamağın məqamı deyil. Çünki məsələ o qədər də qəlizləşməyib. Və ola bilsin ki, Xaqani Məmmədovu işdən çıxarmaq planı təxirə düşsün. Belə ki, Əgər Məmmədov AFFA-dakı gücləri birləşdirib Sadıq Sadıqovun "şüşəbənd"ə gedən yolunu qapasa, onda Abdullayev hakimiyyətinin sonunadək yerində qalacaq, toxunulmaz olacaq. Olacaqmı? Sualın cavabı naməlumdu. Axı Sadıq müəllimin qabağına çıxmaq asan məsələ deyil!
rnAsan olmayan digər iş isə "6-lığ"ı müəyyənləşdirməkdi. Həftəiçi xəbər yayıldı ki, guya futbol rəsmilərimizdən biri iddia edir ki, "Bakı" məhz onun xahişi ilə çempionluq uğrunda yarışdan çəkiləcək. Zeynal Məmmədovla qısa söhbətim sonrası anladım ki, kimsə özünü yaxşı oğlan göstərmək üçün ona-buna ağlına gələni danışır, boş-boş iddialarla çıxış edir. Nəzərinizə çatdırım ki, bənzər iddia ötən mövsümün sonunda da yayılmışdı. Deyilirdi ki... Söhbəti dərinləşdirmək istəmirəm. Çünki tükənən şansları bir az daha tükəndirmək, kəndiri kəsən olmaq istəməzdim. Odu ki, hadisələrin axarını izləməkdə, saytda gedən yazıları təqib etməyə davam edin.
RƏŞAD FƏRHADOĞLU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |