Bir təyinatın görün(məy)ən tərəfi...
Və ya İtturaldo ilə Rövşənin fərqi
Hakimlər Komitəsi Rövşən Əhmədovu "Neftçi" - "Bakı" qarşılaşmasına göndərdi. Təyinat belədir. Hakimbaşı Xəqani Məmmədov təyinata qol çəkib. Çəkdirə də bilərlər. Məsuliyyət isə yenə onun üzərindədir. Rövşən normal hakimdir, dediyi kimi, "El klassiko" səviyyədə olmasa da. Rövşən təcrübəli hakimdir, demədiyi kimi, həmişə birmənalı qarşılanan qərarlar çıxarsa da. Rövşən Fuad Musayevdən bu yana yuxarı başda əyləşənlərə lazımlı hakimdir, etiraf etmədiyi kimi, gərəkli məqamlarda qabağa verilir. AFFA və PFL yaşa baxmır, təyinatın altına qol qoyursa, sərbəstdir. Yeri gələndə də cəzalandırıblar. Cari mövsüm də istisna təşkil etməyib. Elçin Məmmədov deyib. Komitə sədrinin hər işdə etibar etdiyi qeyri-rəsmi köməkçisi bildirib ki, avqustdan bəri, yəni çempionat start götürəndən sonra üst-üstə 11 hakimə cəza kəsilib. AFFA cəzaları isə açıqlamır, gizlədir. Elçinə bəlkə də bilməyərəkdən dilə gətirdiyi açıqlamaya görə xəbərdarlıq ediblər. Bu öz yerində, Rövşəni mövsümün əvvəlində 5 turluq məcburi istirahətə göndərdilər. "Neftçi" onun fit çaldığı oyunda "İnter"lə 1:1 edəndə də "yandı". Növbəti turda Premyer Liqada əsas söz sahiblərindən olmadı. Rövşəni, ola bilər ki, "Neftçi"yə maddiyyat bağlamır. İddia eləmirik. Hətta "Qarabağ"ı uduzdurduğu matçdan sonra da iddia etmək çətindir ki, o, Bakı klubu ilə isti münasibətdədir. İsti münasibət isə birdən-birə yaranmır. Antipatiya ən azından yoxzdursa, içində ən azından simpatiya cücərtiləri var. "Neftçi" - "Qarabağ" qarşılaşmasını izləyənlər baş hakimin birincilərin qələbəsi üçün nələrdən keçdiyinə şahiddir. Alessandronun Rauf Əliyevi kobudluqla yerə yıxdığı epizodda ev sahiblərinin qapısına cərimə zərbəsi təyin etməyib, səbəbkara da sarı vərəqə göstərməyən mingəçevirli fit sahibi İqor Mitreskinin topla əllə oynadığı epizodda da penalti nöqtəsini göstərmədi. Açıq-aşkar tərəfkeşlik! Bir qədər əbəs yerə demədim ki, Əhmədov "Qarabağ"ı yıxmadı. "Neftçi"yə simpatiyası olmayan illərin hakimi o epizodları görməyə bilməzdi. O epizodları görməyən biri olsaydı, bu günədək fərqləndirilməzdi. Xəbər çıxır ki, oyundan qabaq onu "Neftçi"nin hansı nümayəndəsi ilə birgə oteldə görüblər, Hakimlər Komitəsi və çempionatın təşkilatçılığını edən PFL xırda bir araşdırma da aparmır. Bunları etməyib, üstəlik, gələn turda da fit çalmasına razılıq verirlərsə, sizcə, biz mətbuat işçiləri nə düşünməliyik? Kor korluğu ilə "Qarabağ"ın özünün uduzmadığını görərdi, təəssüf!
rnMən Rövşənin dünyanın ən məşhur və maraqlı derbisini idarə etməsinə, bilirsiz, hansı halda inanaram? "Barselona" - "Real" görüşünün şərikli təşkilatçısı AFFA ilə PFL-dirsə, o da meydanda olar. Nəticəni də ulduz futbolçu və baş məşqçiləri olan komandalar müəyyənləşdirməz. Desinlər ki, filan klub udmalıdır, okey! İtturaldo Qonsalesin yerinə olsaydı, "Real"ı o superoyun sərgiləyən "Barsa"nın əlindən alardı, Joze Maurinyo da karyerasının ən ağır məğlubiyyətini almazdı. Vaxtilə Qonsaleslə UEFA-nın keçdiyi kurslarda bir yerdə məşq etdiyini deyən Xəqani Məmmədov onu bəyənmədiyini, istedad kasasının yoxsul olduğunu deyə bilər, çünki Rövşən kimi hakimlərin sədridir. Əlinə səlahiyyət verilsəydi, "Neftçi"nin iştirakıyla keçirilən Premyer Liqanın söz-söhbətli oyunlarını da Qonsalesə tapşırmazdı. İtturaldonun Allahı gətirib ki, İspaniya Primerosunda fit çalır, buralara gəlmir. Allah eləməmiş, gəlsəydi, Rövşənin "Qarabağ"ı "Neftçi"yə necə uduzdurmasını görüb, hakimlik daşını birdəfəlik atardı. "Neftçi" rəsmiləri daş atıb başını tutur ki, hakim ədalətsizliyinə məruz qalırlar. Özü də hamıdan çox. Bir yandan da deyirlər ki, bizə AFFA və PFL-in köməyi ilə qazanılacaq çempionluq lazım deyil. Belə çıxır ki, "Neftçi" öz gücünə liderliyini sürdürmək istəyir, aidiyyatlı qurumlar isə buna inanmır. "Neftçi"yə bütün oyunlarda kömək olunduğunu söyləmirik. "Qəbələ" ilə oyun kimi keçən 2-3 qarşılaşmanı biz də izləmişik. Ona görə maraqlıdır ki, "Neftçi" nümayəndələri xal itirdikləri oyunlardan sonra hakim ədalətsizliyindən danışır, amma udduqları oyunlardan sonra istehzayla "budur bizə hakim köməyi?!" demir. Əfqan Həmzəyev AFFA-nın binasında o baş-bu başa gedə-gedə "şefim" sözünü boş yerə dəqiqəbaşı dilə gətirmir. Nə üçün? Özlərini Sadıq Sadıqovun yanında yaxşı, "Neftçi" sevər kimi göstərən bəzi rəsmilər dil-boğaza qoymur ki, mətbuatın təzyiqi klubu gözləri götürməməsindəndir. Ay bərəkallah! Mətbuat necə sussun ki, hakim təsirinin bu komandaya birbaşa təsir etdiyini görür? Mətbuat tək "Neftçi"nin adını bu işdə hallandırsaydı, nəsə fikirləşə bilərdilər. Yalandır axı, məgər digər klubların oyunlarından heç nə yazmır, olanlara göz yumuruq? Yoxsa elə hesab edirlər ki, Azərbaycan futbolu bir "Neftçi"dən ibarətdir? O günlər çox uzaqda qaldı, sovet dövrünü geri qaytarmayın! "Neftçi" çempionatda var olan 12 klubun heç birindən əlahiddə üstünlük sahibi deyil, olmur da! Əlahiddə üstünlük onda qazanılacaq ki, "Neftçi" mövsümü "AFFA-nın komandası" tənəsi olmadan qapatsın. Həmin gün nə yazacağımızı indidən bilirik. Gözə kül üfürməsin kimsə. AFFA və PFL-ə ittiham-iradlar o vaxt kəsiləcək ki, "Neftçi" ilə oyunda uduzan komandalara da dəyər verilsin. Necə olur ki, "Neftçi"nin xal itirdiyi oyuna görə hakimə qulaqburması verilir, eyni hal isə digərləri üçün istisnadır? AZAL-la oyundan sonra Elçin Məmmədov "yoxa çıxıb", bu tur təyinatsız saxlanılıb. Təyinatı verənlər bununla bütün hakimlərə ismarıc göndərirlər ki, baxın a, "Neftçi" udmasa, çörəkpulundan olacaqsız? Belə deyilsə, Elçini harda və niyə gizlədiblər? O fikirlə razıyıq ki, Məmmədov oyuna nəzarəti əldən buraxmışdı, hadisələrə vaxtında reaksiya göstərmirdi. Ancaq demək ki, referi yalnız AZAL-ın xeyrinə idarəçilik elədi, bu, absurddur! Rövşəni bir turdan bir fırladıb "Neftçi"nin oyununa göndərmək nə anlam daşıyır.
rn"Bakı" bu gün rəzil gündədir. Vinfred Şeferin ətini çəkib, suyunu sıxdığı komandanın gün-güzəranı sürünməkdə keçir. heyətinə görə liqanın ən güclü iştirakçısı oyununa əsasən ən zəifidir. Hamıdan axırda gedən MOİK o həvəskar və təcrübəsiz futbolçularla ki oynayır, "Bakı"dan da yaxşı təsir bağışlayır. Şefer başını sığalladığı legionerlərdən birbaşa asılıdır, yanlarında dili qısadır. Kollektiv nizam-intizamın zəifliyindən, ayrı-seçkilikdən, pərakəndəlikdən məhz bu kimi şeylərə görə əziyyət çəkir. Almanın yerinə istənilən azərbaycanlı baş məşqçi olsaydı, ilk 3 turdan sonra çarmıxa çəkilmişdi. O isə 16 turdur bildiyini də edir, bilmədiyini də edir. Bağladığı müqaviləyə arxalanan Vini "Bakı"nı düşdüyü biabırçılıqdan qurtarmaq barədə yox, rəhbərlik tərəfindən "get" sözünü eşitməyi gözləyir. Ən böyük arzusu da budur elə! Vəd etdiyi məqsədə çatmayacağını gözəl anlayan Şeferin bir gülləylə iki dovşan vurmaqda niyyəti vaxtından əvvəl aradan çıxmaqdır. Onda sorğu-sual başqasıyla olacaq, özü isə istədiyi pulu qəpiyinədək alacaq. Puldan ötrü hər yola gedər. Berti Foqtsdan fərqli olmayan qoca həmkarı və həmyerlisi "Bakı"ya son qazanc yeri kimi baxır. Foqts necə millidən əl çəkmirsə, o da klubu çökdürməyənədək istefa verən zat deyil. Zatdan zada çevrilməyin texnologiyasını əla əzbərləyib. "Bakı"nı udmaqdan ötrü heç hakimə gərək də qalmayıb. "Muğan" az qala kubokun son sahibinin statusunu əlindən almışdı. Rauf Cabbarovun "dəlləkliyi" Salyan təmsilçisinin başında çatladı. Hər hissədə bir komandaya meyillənən gənc hakimin qərarları sonda cütün taleyini ayırd etdi. Şefer olmasaydı, "Bakı"lılar "Muğan"ı bir ayaqla keçərdi. Dare Nibombeni əsas heyətə salan baş məşqçidən futbolçuların tək incikliyi buna görə olsaydı, yenə "Muğan"ı penalti seriyasında arxada qoymazdılar. Bərbaddan da bərbad oyun və Nuh əyyamında da rast gəlinməyən adsız taktika "Bakı"nı "vurur". Derbilərin favoroti olduqları günləri Vinni ilə qaytara bilməzlər. "Neftçi" ruhdan düşmüş, qış fasiləsini səbirsizliklə gözləyən "Bakı"nın legionerlərini hakimsiz keçən oyunda da udar. AFFA-nın Hakimlər Komitəsi Rövşən Əhmədovu bu oyuna təyin etməklə yoxsa nominal meydan sahiblərini istənilməyən uğursuz nəticədən sığortalamaq istəyir? 2006-cı ildəki hadisəni xatırlayaq: çempionluq uğrunda mübarizədə bir-birinə aman verməyən "Bakı" ilə "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşırdı. Oyundan 1-2 saat öncə "Bakı"nın ovaxtkı vitse-prezidenti Nail Əliyev "Neftçi"nin ovaxtkı vitse-prezidenti Ramin Musayevə jurnalistlər eşidə-eşidə dedi ki, nəticə heç-heçə olacaq. Quşu göydə gözündən vuran Nail müəllim yenə düz tapmışdı: 90-cı dəqiqəyə 2:1 irəlidə girən "Bakı"nın qapısına Rövşən Əhmədov gülməli penalti təyin elədi. Top Rafael Əmirbəyovun sinəsinə dəymişdi, baş hakim müdafiəçinin zərbənin qarşısını əllə kəsdiyini "gördü": penalti və "Neftçi" 2:2-ylə canını qurtardı. Rövşənin həmin Rövşən olmadığını bu gün bir də görmək istəyərdik. Əgər ona "yuxarı"dan hər hansı səpgili söz deyilməyibsə...
İLKin
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |