Qürur mənbəyimizin dəyəri YAZI
Ötən həftənin ən qızğın müzakirələrindən biri İsrail – Azərbaycan matçından sonra yığma üzvlərinin etdikləriheç-heçəyə görə alacaqları mükafatın məbləği idi. Qısaca xatırladım ki, mümkün versiyalar 40-60 min manatcivarında cövlan edirdi. Bu da təbii ki, ölkə mediasında birmənalı qarşılanmırdı. İzah edim, nəyə görə.
Təsəvvür edin, bir zavodda 1000 adam işləyir. Təbii ki, hərəsinin öz vəzifəsi var. Ancaq bu zavodda bir qrupinsan var ki (futbolçular), onlar cəmi 12-15 illik iş stajına malik olduqdan sonra, burada çalışa bilməyəcəklər(karyeralarını bitirəcəklər). Üstəlik həmin kateqoriyalı insanların xəsarət alaraq, işləri ilə daha erkən vidalaşmaqehtimalı da mövcuddur. Bunu nəzərə alan zavod rəhbərliyi həmin işçilərin illik məvacibini 250-400 min manatcivarında ödəməyi qərara alıb. Bundan savayı, onlara il ərzində 10-20 dəfə muştuluq (mükafatlar) da paylayır.Deməli, orta səviyyəli zavod işçisi (Azərbaycan ölçüləri ilə orta səviyyəli) “muştuluq”larla il ərzində təxminən 500min manat pul əldə eləyir. Nəzərələ alsaq ki, orta hesabla işçi ömrü 10 il təşkil edir, deməli karyerası ərzində 1nəfər 5 milyon manat pul qazanacaq.
İş qrafikinə də toxunmağı özümə borc bilirəm. Millimizin baş məşqçisi Berti Foqts futbolçuların gündə bir dəfəməşq etdiklərini, və “dərs saatı” qurtaran kimi, əşyalarını yığışdırıb öz işlərinin dalınca getdiklərini dəfələrləvurğulayıb. Deməli, gündə 2 saat işləyən futbolçular, həftədə 14 saat vaxtlarını futbola sərf edirlər. Ayda isəbu rəqəm 64 saata bərabər olur. İndi isə həmin futbooçuların 2 saatlıq meydanda göstərdiklərini (buna futboldemək hələ olduqca tezdi) qəzet və internetdə yerləşdirilməsinə dair jurnalist işini diqqətinizə çatdırıram. Yolqət etməyi qoydum bir kənara. İki saat stadionda + reportajın hazırlanması (orta hesabla 1 saat) + 1 saatyığılması + yarım saat redaktə edilməsi + yarım saat korrektə edilməsi + yarım saat dizayn = 5,5 saat. Söhbətreportajdan və işinə məsuliyyətlə yanaşanlardan gedir. Allah eləməmiş müsahibə götürdükdə isə... Eh, oxucubilsə ki, bu idman növünə aid şəxslərin verdikləri müsahibəni azərbaycan dilindən azərbaycan dilinə tərcüməetmək üçün hansı əziyyətlərə qatlaşırıq, futbolçularımızın göstərdikləri oyuna şükür edərlər... Nə isə, mətləbdənuzaqlaşmayaq. Deməli, futbolçu, karyerası ərzində 5 milyonu gündə 2 saat işləməklə əldə edir. Adını qoyduq“elitar təbəqə”. Adını qoyduq ha, əslində bu, qətiyyən belə deyil! Jurnalist həyatı təqribən 30 ili əhatə edir.Orta hesabla bir jurnalist gündə 8 saat İŞLƏYİR. Aylıq qazancı da, yenə də orta hesabla 300 manat təşkil edir.Sadə riyazi hesablama nəticəsində jurnalistin işlədiyi müddət ərzində ümumi qazancını çıxaraq. Bəli, vur-tut 108min manat. “Canım, ay “Beko”! Tərəzinin bir gözündə 108 min, digərində 5 milyon. Belə bir zavodda üsyanolacağı gün kimi aydındı. Mən “sualtı daşları” bir kənara qoyuram. Başqa sözlə, futbolçu həyatında nələrdənməhrum olduqlarını, zədələri və s. Bunları verirəm 8 saat jurnalist əziyyəti ilə 2 saatlıq məşqin ayağına. Hər haldajurnalist də gözlərinin nurunu qurban verir... Yəni eyni sahədə çalışan insanlar arasında böyük bir uçurumunolması, mövcud zıppıltı söz-söhbətə təkan verir. Bu azmış kimi, futbolçuların millinin heyətində etdikləri heç-heçəyə görə belə bir həcmdə mükafat almaları, təbii ki, daha böyük narazılıqlara təkan verir. Axı milli, ən azı biz– jurnalistlərin qəlbindədir, qürur mənbəyidir! Və müqəddəs saydığımız formada hansısa bir xırda uğuru böyükpullara çevirmək, olduqca absurd görünür.
Keçək məsələnin ikinci hissəsinə. AFFA prezidenti Rövnəq Abdullayev KİV-də göstərilən rəqəmin şişirdirilmişolduğunu bəyan edib. Necə deyərlər, çox gözəl, çox pakizə. Bəs əslində hansı mükafat verildi? Hanı rəqəm?Hanı konkretika? İstənilən federasiya milii komandasının qarşısına məqsədlər qoyur və bu nəticələr əldəolunduqda, mükafat ödəyir. Ancaq bir şərtlə ki, həmin rəqəm “yeddi qıfıl arxasında” gizlədilmir. Mükafatlar damüxtəlif səpkili olur: ev qələbələri və heç-heçələri, səfər qələbələri və heç-heçələri, final mərhələsinə vəsiqə,pleay-off-a vəsiqə və s. Ancaq rəsmən bütün bu rəqəmlər səsləndirilir və hərə ağzına gələn gipotezanı fakt kimioxucuya sırımır. Federasiya şəffaf büdcə formalaşdırmalı, milliyə ayrılan mükafat fondunu bənd-bəndgöstərməlidi. Belədə, nə artıq söz-söhbət yaranar, nə də federasiyanın ünvanına ittihamlar səsləndirilər.
“Het-trik news” qəzet
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |