"Neftçi" rəhbərliyi futbolçulardan niyə çəkinir? YAZI
"Neftçi" rəsmiləri hər söz deyə bilər,
amma görünən dağa nə bələdçi? Komandada işlər yaxşı getmir, hətta pisə doğru
iri addımlar atır. Nədir səbəb, kimdir günahkar? Bir çox məqamlar var. Görünən
odur ki, komandada nizam-intizam olduqca aşağı səviyyədədir. Bundan əvvəl
Flavinyoyla Bertuccinin meydanda didişməsi, son oyunda Kardosonun cəzimə zərbəsi
vurmaq üstündə Araz Abdullayevlə az qala dava etməsi, Mahir Şükürovun öz
bildiyi oyunu oynaması və başqa arqumentlər göstərir ki, komandanın yüyəni heç
kimin əlində deyil.
Elə buna görə idi ki, "Sumqayıt"la
oyundan sonra komandanın futbolçuları paltardəyişmə otağını gülə-gülə,
oynaya-oynaya tərk edirdi (Saşa Stamenkoviç istisna olmaqla). Və klub rəhbərliyi
də buna seyirci mövqeyi tutmuşdu, sanki futbolçulara nəsə deməyə çəkinirdilər...
Bəylər, nədən qorxursuz, kimdən çəkinirsiz?
Qucaq-qucaq pul verirsiz, qarşılığını tələb etmək bu qədər zordur? Hə, kiminsə
yanında papağınızı qaldıra bilmirsizsə bu, artıq başqa məsələ. Bax klub
prezidenti Sadıq Sadıqov da gərək buna diqqət yetirə. Toplaya peykanlı camaatını
bir yerə, soruşa ki, dərdiniz nədir?!
Çoxları baş məşqçi əvəzi Tərlan Əhmədovu bu işə
hazır saymır, amma problemin yuxarıda qabartdığım məsələlərdə olduğunu unudur.
"Neftçi"nin heyətini quranlar indi Tərlanın içinə necə lazımı müdaxilə
edirlər və elə o təsirdir ki, iş yoxdur. Tərlan Əhmədov baş məşqçidirsə ona bu
səlahiyyət tam verilməlidir. Tərlan "Neftçi"nin baş məşqçisi işləyə
bilər, komandaya uğurda qazandırar, sadəcə ona tam güvən, tam səlahiyyət
lazımdır. Yoxsa Tərlanı da Böyükağa Hacıyev kimi yola salacaqlar.
Sözün kimlərə çatdığını onlar yaxşı başa düşür.
Lazım gəlsə, daha konkret yazarıq!..
Elnur QARACALI
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |