Qurban Qurbanova Fatih Terimin aqibətini yaşatmayın! YAZI
Bu həftə Türkiyə futbolunda, mətbuatında, ictimai həyatında ən böyük olay “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin klubdan... göndərilməsi oldu. Yox, bəziləri kimi “Terim qovuldu” yaza bilmərəm. Ona görə ki, “İmperator” “Qalatasaray” üçün çox böyük işlər görüb. Nə səbəbdən olursa-olsun, bu adamın gedişinə “qovuldu” felini yapışdırmaq düzgün olmazdı. Terim həqiqətən də komandanın əfsanəsidir və belə olaraq da qalacaq. Bunu nə Ünal Aysal, nə Adnan Nas, nə də bir başqası dəyişə bilər. “İmperator” “Qalatasaray”lı azarkeşlərin könlündə əbədi taxt qurub.
“Qalatasaray”ın prezidenti Ünal Aysalın qəbul etdiyi qərar haqlı olaraq çoxlarının narazılığına səbəb olub. İndi heç nəyi dəyişmək mümkün deyil. Bu aydın məsələdi. Amma “Qalatasaray”lı azarkeşlərin Terimin evinin qarşısına yığışaraq, sevgilərini nümayiş etdirmələri, “Rizəspor”la matçı boykot etmək istəmələri – bütün bunlar “İmperator” sevgisinin göstəricisidir. Şəxsi fikrimi deyə bilərəm ki, Aysal həqiqətən də çox böyük səhvə yol verdi. Bu səhvin yeganə səbəbi isə məncə, qısqanclıqdır. Görünür, Terimin çətin anda milliyə dayaq durması başqana ləzzət etməyib. Deməli, təkcə bizdə yox, Türkiyədə də klub prezidentləri sadəcə olaraq söz xatirinə “ölkə futbolunun inkişafı üçün çalışırıq” deyirlər. Belə olmsayadı, yığmanın uğurlu çıxışına Ünsal qısqanmamalı, əksinə buna sevinməli və fəxrlə “budur bizim məşqçi” deməliydi. Lakin Aysal bunun əksini etdi və cəzasını da çəkəcək. Çünki indiki məqamda Terimin əvəzinə gələcək heç bir məşqçi ondan yaxşı nəticə göstərə bilməyəcək. Ən yaxşı halda, “Qalatasaray” yenə ölkə çempionu olacaq, vəssəlam. Çempionlar Liqasının 1/4 finalını isə “Cim-Bom” bu mövsüm yalnız yuxusunda görə bilər.
Klubla vidalaşdığı günün səhəri jurnalistlərdən biri Terimə “yenidən “Qalatasaray”a qayıdarsınızmı” sualını ünvanladı. Bəlkə də başqa məşqçi olsaydı, bu cür “vidalaşma mərasimi”ndən sonra “yox” cavabı verərdi. Amma “İmperator” “qayıdaram, yalnız prezident vəzifəsinə cavabını verdi”. Bu, həm də Ünal Aysala göndərilən bir mesaj idi.
Ümumiyyətlə, bu, “Qalatasaray”da yaşanan ilk belə hal deyil. Klub buna qədər də əfsanəvi isimlərinə qarşı vəfasızlığını nümayiş etdirib. Bu baxımdan ortada Bülənt Qorxmaz və Hakan Şükür nümunəsi var. Hər iki futbolçu komanda üçün canını qoydu, amma sonda klub onları bir günün içində sildi. “Qalatasaray” rəhbərliyi açıq-aşkar əfsanələrinə qarşı vəfasızlıq nümayiş etdirir. Bu cür hərəkətlər isə azarkeşlərin narazılığına, kluba olan sevginin azalmasına gətirib çıxarır. “Qalatasaray”lı azarkeşlərin Terimin evinin önündə dediyi kimi, “bizi satanı, biz də satarıq!”
Əslində, bu yazını elə burada bitirmək istəyirdim. Lakin baş redaktorumuz İlqar Tağıyevin bir fikri mənə də çox maraqlı gəldi. Söhbət “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan gedir. Sual yarana bilər ki, Qurbanovun Terimə nə dəxli var. Əslində var.
Bu gün Azərbaycan futbolunu ürəkdən sevən, millimizin həqiqətən də irəli getməsini istəyən şəxslərin çoxu yığmanın baş məşqçisi postunda Qurban Qurbanovu görmək istəyir. Əksəriyyət inanır ki, Qurbanovun gəlişi ilə yığmamız ağ günə çıxacaq. Buna oxşar vəziyyət də bir müddət əvvəl Türkiyədə baş verirdi. Abdulla Avcıdan narazı olanlar yığmada Terimi görmək istəyirdilər. Terim isə millidə xilaskar rolunu oynasa da, klubda işləri bir qədər yaxşı getməyən kimi ona qapını göstərdilər. Uzun sözün qısası, eyni aqibəti Qurbanov da yaşaya bilər. Çünki Ağdam klubunun Qurban bəydən vaz keçəcəyi inandırıcı deyil. Deməli, o həm yığmanı, həm də klubu eyni anda çalışdırmalı olacaq. Müasir futbolda isə 2 işin qulpundan yapışıb, uğur qazanan məşqçi tapmaq çətindir. Həm də Qurbanovun millimizi uğura daşıyacağına inanmaq bir qədər çətin məsələdir. Yox, elə bilməyin ki Qurbanovun məşqçi bacarığına şübhəm var. Qurban bəyin işi göz qabağındadır və hər birimiz onun qazandığı uğurlardan qürur duyuruq. Lakin dərd ondadır ki hazırki Azərbaycan millisini heç Kapello, Maurinyo, Lippi də uğura daşıya bilməz. Ona görə futbolçu qıtlığı var. Yaxşı oyunçu olmayandan sonra məşqçi neyləyə bilər ki? Kimsə “Qurbanovun “Qarabağ”dakı işi göz qabağındadır” deyəcək. Mən razı. Amma klubla milli bir deyil. Əksinə, hesab edirəm ki Qurban bəy yığmaya getməklə klubda qazandığı nüfuzu məhz millidə xərcləyəcək. Odur ki Qurbanovun əsl yeri elə “Qarabağ”dır. Bu sözlərim xoşunuza gəlməyə bilər, amma Qurban bəy milliyə getməyin. Bizim millinin uğur qazanması üçün futbolçu nəsli yetişməli, insanların psixologiyası dəyişməlidir. Bütün bunlar isə 1 ayda, 1 ildə dəyişməyəcək. Sizin çalışdırdığınız milli uzaqbaşı indikindən bir qədər yaxşı çıxış edəcək, 3-4 xal artıq toplayacaq, vəssəlam. Siz bizə, Azərbaycan futboluna məhz “Qarabağ”da lazımsınız! Ağdamlı azarkeşlər sizdən çempionluq, avrokubokların qrup mərhələsində oynamağı gözləyirlər. İnşallah, tez bir zamanda bu uğurlara imza atacaqsınız. Yetər ki, milliyə getməyin. Milli bizimdi, hamımızındı – bunu da bilirəm, millini çalışdırmaq hər bir məşqçi üçün şərəfdi. Amma bizim, Azərbaycan futbolunun bir neçə Qurban Qurbanovu yoxdur ki, risk eləyək.
Şahin ZÜLFÜQAROV, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |