“Pele”nin oğlu, “Qəbələ”nin “lipa”sı və “Topaz”ın La Liqaya təsiri YAZI
Bu həftə futbolumuzda və idman mətbuatında xeyli “maraqlı” hadisələr oldu, darıxmadıq. Təəssüf ki, həmin hadisələrin heç biri sevindirici deyildi. İstər sosial şəbəkələrdə və idman mətbuatında yaşanan hakim-jurnalist, jurnalist-jurnalist atışmaları, istər medaida gedən qərəzli yazılar, istər hakim hoqqaları, istərsə də futbolçu tərbiyəsizliyi... Jurnalistlərlə bağlı nəsə demək fikrində deyiləm. Yəqin bildiniz söhbət kimdən və nədən gedir? İdman medasının bir çox nümayəndələrinin “əmi” deyə çağırdığı Natiq Muxtarlı ilə ANS-in əməkdaşı Xəyal Azərioğlundan və onlar arasında yaşanan söz savaşından. Hər ikisi həmkarlarımdı, həm də məndən yaşda böyükdülər. Məsləhət verməyə haqqım çatmır, kimin haqlı olub-olmadığını isə dəqiq bilmərəm. Çox istərdim ki, hər şey “happy end”lə bitsin. Atalar demişkən, “dartışmasan, bərkişməzsən”. O cümlədən, Mahir Şükürovun qəbələlilərə göstərdiyi “barmaq” məsələsinə də münasibət bildirməyəcəm. Bu haqda yeni “transfer”imiz Qarabalanın yazısında oxuya bilərsiz.
Qalanlarından isə danışacam. Başlayaq “Qəbələ”
ilə “İnter”in aşağı yaş qrupları arasında baş tutan oyunda olan hakim hoqqasından. Verilən penalti epizodunun videoyazısına baxanda doğrudan da deməyə söz tapa bilmədim. O qədər hakim səhvinin və hoqqalarının şahidi olmuşam ki... Bu
dəfə ki səhvin tamam başqa “ləzzəti”
vardı. Xəbəri olmayanlara qısaca xatırladım ki, həmin oyunda baş hakim Elməddin İsgəndərov heç bir qayda pozuntusu olmadan, qeyri-adi penalti təyin etdi. “Bala,
başa bəla”da
deyildiyi kimi “niyə,
nöşün”? Heç özü də bilmədi “niyə, nöşün”. Oyundan bir neçə gün sonra “Şəfa”da “zərərçəkənlər”in
baş məşqçisi Vəli Hüseynovla qarşılaşdım. Elməddinin keçmiş hakim Emin İsgəndərovun oğlu olduğunu Vəlidən öyrəndim. “Ot kökü üstə bitər” – bu
məsəli Vəli çəkdi. Yadıma
19 il əvvəl baş verən bir hadisə düşdü. 1994-cü ildə Gəncədə “Kəpəz” ilə “Turan” qarşılaşırdı. Həmin oyunun baş hakimi məhz Emin İsgəndərov idi. Hər iki komanda çempionluğa oynayırdı və “Kəpəz”
qələbə qazanmalı idi. Amma tovuzlular Qurban Qurbanovun dublu ilə qalib gəldilər – 3:1. O biri qolun müəllifi yadımda deyil. Nə
isə... “Pele”nin (Emin İsgəndərovun ayaması) hakimliyinin ilk dəfə şahidi orada olmuşam. Necə hakimlik etdiyini deməyəcəm – məlum məsələdi. Amma onu bildirim ki, oyundan sonra
“Turan”ın oyunçuları ilə yanaşı onu da əməlli-başla döymüşdülər. Niyə, nöşün? Çünki, “Kəpəz” udmalı olduğu oyunu uduzmuşdu. Deyirəm, kaş o vaxt meydanda Elməddin olardı. Atasına göstərərdi ki, necə hakimlik etmək lazımdı.
Emin müəllim bir neçə ay əvvəl məndən qəzetimizdə Azərbaycan futbolunun problemləri, hakimliyizin səviyyəsi ilə bağlı fikir bildirmək üçün tribuna istəmişdi. Söz vermişdim ki, imkan olan kimi onunla müsahibə götürəcəm. Emin müəllim,
sözümün üstündə dururam. İstədiyiniz vaxt müsahibə verə bilərsiniz, amma bəri başdan deyim ki, ilk sualım oğlunuzun verdiyi qərarla bağlı olacaq.
Elməddin hakimlikdən uzaqlaşdırılıb. “Qəbələ”nin heyətində “lipa” tapıldığına görə isə komandaya texniki məğlubiyyət verilib. Bunları da
ilk dəfə Vəlidən eşitdim: “Qəbələ”nin
4-5 oyunçusu “lipa” idi. Cəmi birini sübut eləyə bildik. Vəlini aldatmaq olar?”. Bu dəfə də “Bəyin oğurlanması”ndan sitat gətirəcəm – “olar, niyə olmur?”. Vəlini də aldatmaq olar, məni də, hətta AFFA-da
bu işə cavabdeh olan şəxsləri də. Amma xalqı yox. Ayıbdı. Klub bu qədər xərc çəkib akademiya yaradıb. Hər yerdə Azərbaycan futboluna xidmət etdiklərini deyirlər. Budu xidmət?
Nəticə qazanmaq üçün “lipa”
lazımdır? “Qəbələ”nin rəsmiləri deyirlər ki, uşaq
“MKT Araz”dan gəlib. Bizim xəbərimiz olmayıb. Başqa nə
deməli idilər, qəsdən eləmişik? Fikrimcə, ən böyük qəbahəti həmin uşağın yaşını saxtalaşdıranlarda axtarmaq lazımdı. İndiyə kimi
“lipa” olmaqla məşhurlaşan futbolçuya rast gəlməmişəm. Göz görə-görə öz övladınızı məhv edirsiniz. Hörmətli “Qəbələ”
rəhbərliyi və uşaq futboluna cavabdeh olan şəxslər. Dəfələrlə qəzetimizdə “Qəbələ” Futbol Akademiyasının fəaliyyəti, gördüyü işlər barədə yazılar dərc etmişik, müsbətyönlü işləri işıqlandırmışıq. Vəlinin sözünü qeyri-ciddiyə almayın. Bəlkə, akademiyadakı uşaqların “lipa” olub-olmadığını bir də araşdırasınız. Məncə, pis olmaz.
Lap yadımdan çıxmışdı, Elməddin artıq deyəsən məşhur olmağa başlayıb. Artıq bir neçə əcnəbi saytlar onun verdiyi qərarın videosunu öz səhifələrində yerləşdiriblər – “Azərbaycanlı hakimdən qeyri-adi qərar”. Bravo! Yaxşı ki, orada deyilən sözləri tərcümə etməyiblər. Vəlinin “çıxışı”nı nəzərdə tuturam. Yoxsa, lap biabır olardıq.
Hakimlikdən söz düşmüşkən, srağagün baş tutan AZAL – “Simurq” oyununda yenə də haqsızlıq oldu. Amma bu dəfəki hal Elməddinin etdiyinin yanında şükürlü idi. Meydan sahiblərinin vurduğu təmiz qol qeydə alınmadı. Oyunun baş hakimi Ramil Diniyev günahı köməkçisi Coşqun Həsənovda görə bilər. Çünki,
ofsayd qərarını onun bayrağının qalxmasından sonra vermişdi. Coşqun Həsənov da bilirsiniz də kimdir – Hakim-inspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun köməkçisi Qürbət Həsənovun oğlu. Gəncəbasarlılar demişkən,
“di get”. Yəqin ki, Hakimlər Komitəsinin sədrinin də Xəqani Məmmədov olduğunu yaxşı bilirsiniz. Bir sözlə Azərbaycan hakimliyi iri addımlarla irəliləyir!
Daha bir “bravo” öz portallarımıza düşür. Yəqinki,
hamınız Premyer Liqanın 8-ci turunda qeydə alınan antirekorddan xəbərdarsınız. 5 oyunda cəmi 2 qol! Tur başa çatan kimi bəzilərinin “beyin”lərinə belə bir fikir gəldi – “Topaz”
oyunların nəticələrini əvvəlcədən müəyyənləşdirib. Əsas kimi isə, “Topaz”ın çempionatımızın sponsoru və
oyunların nəticələrinə təsir etmək imkanında olması önə çəkildi. Hörmətli həmkarlarım, bəlkə, “Topaz” İspaniya La
Liqasında baş tutan son turun nəticələrini də əvvəlcədək müəyyən edib? Axı,
10 oyundan 9-u, özü də ardıcıl olaraq “alt” gəldi. Hətta “Barselona” və “Real” kimi “qol maşın”larının oyunlarında cəmi 1 qol qeydə alındı. Əgər elədirsə, halaldı “Topaz”a! Heç inandırıcı deyil ki, “Topaz”
rəhbərliyi misal üçün “Xəzər Lənkəran”a deyir ki, bu
oyunu mütləq alt oynamalısan. Ya da
ki, “Qarabağ”a.
O “Qarabağ”a
ki, baş məşqçisi futbolumuzun “QaQa”sıdı.
İlqar TAĞIYEV, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |