“Polufabrikat çempionat”a ekskursiya YAZI
Birinci dəstənin çempionatı tədricən sürət yığmağa başlayıb. Adı 1-ci dəstə olan, lakin daha çox “polufabrikat” birinciliyini xatırladan bu yarışmada, demək olar peşəkar komanda yoxdu. Əksər klublar (əgər onlara klub demək olarsa) “Azərbaycanda futbol var” naminə yaradılıb. Belə olmasaydı, AFFA-nın himayəsində olan komandalara rast gəlməzdik. Əslində bu, anormallıqdır ki, federasiya hansısa komandaya bu və ya digər formada maddi dəstək verir. İnsan məvacib aldığı yerdən istənilən sifarişi yerinə yetirmək məcburiyyətində qalır. Lap deyək ki, AFFA pul verdiyi klublara heç bir tapşırıq verməyəcək. Ancaq fakt faktlığında qalır ki, federasiyanın maliyyələşdirdiyi kollektiv istənilən uğursuz oyundan dərhal sonra bu, şübhələrə səhnə olacaq.
Açığı, yazını hazırlayarkən, internetdə beynəlxalq təcrübədə bu
cür praktikanın olub-olmaması ilə sorğu apardım. Bir analoji belə hala rast gələ bilmədim. Ölkəmizdə olduqca populyar olan “analoqu olmayan inkişaf” ifadəsi necədə burada yerinə düşür... cüzi dəyişikliklə. Yalnız Azərbaycan futbolunda analoqu olmayan hadisə ilə rastlaşa bilərik: klubları ali futbol qurumu maliyyələşdirir. Səbəb sadədir.
Bütün sahələrin monopiyalaşdırılması yekunda acı reallıqları ortaya qoyur: ancaq dövlət məmurları klub saxlamaq iqtidarındadırlar. Hə, bir də Mübariz Mənsimov.
... Nə isə, qayıdaq
1-ci dəstə söhbətinə. Çünki siyasət mənlik deyil. Hərçənd gətirib siyasəti pərçim ediblər idmanın içinə. Komandaları bir neçə qrupa bölmək olar. “Mil-Muğan”, “Karvan”, “Göyəzən”,
“Energetik” – bu kollektivləri “Dartanyan və
üç muşketyor” filmində Portosun dediyi bir cavabla müqayisə edərdim. Dördlüyün komandiri Atosun
“Siz nə üçün dalaşırsınız, Portos?”, sualına bədən quruluşu ilə Elçin Əlibəylini xatırladan Valentin Smirnitski “Niyə dalaşıram? Niyə dalaşıram? Dalaşıram, çünki dalaşıram!”, cavabını verir. Bax bu 4 komanda da sadəcə iştirak üçün oynayır. “Karvan”nın baş məşqçisi Kənan Kərimov da ölkə mətbuatına verdiyi açıqlamayla bunu dolayısı ilə etiraf edib: “Uşaqları küçədən yığmışam”. Nə deyəsən? Buna nə
ad verib, hansı don geyindirəsən? Yox e, qardaş, nə donu geyindirisən geyindir, bu kvartet çılpaqdı ki, çılpaqdı!
“Şəmkir”, “Şuşa”, “Şahdağ”,
“Bakılı” – bu kollektivləri isə “gələcəyin göyərçinləri” adlandırardım. Komandanı yaşadırlar ki, bəlkə nə vaxtsa yağlı sponsor tapıldı. Lakin yuxarıda qeyd etdiyimiz 1-ci qrup üzvləri kimi, ŞŞŞB-nin də Premyer Liqaya yüksəlmək şansları yoxdu. Aşağı divizonda mübarizə aparan komandaların maliyyə dayaqları zəif olduqda, daha çox yeniyetmə futboçu hazırlayıb elita təmsilçilərinə satmaqla məşğul olurlar. Azərbaycan futbolundakı “1 illik müqavilə” sindromu bu
cür addım atmağın da mümkünsüzlüyünü ortaya qoyur. Çünki mövsümün sonunda bütün azərbaycanl futbolçular azad agent statusu ilə istənilən komandaya kompensasiyasız keçə bilərlər. Qısası, bu qrupa da “bir quş.”
Əslində bu qrupa MOİK-i
də əlavə etmək olar. Çünki hərbi xidmətdə olan gənclərdən düzəldilmiş bu komandanı peşəkarların çempionatına buraxmaq düzgün deyil. Hər il heyəti dəyişən kollektivdən klub olar? Baxmayaraq ki, əsgərlər hazırda 7 xalla liderlər qrupunda qərarlaşıblar, nəzərə almaq lazımır ki, ilk 3 turdakı rəqiblərin hamısı “zəiflər arasında ən zəiflər” olublar. Qısası,
MOİK-in liderlər qrupunda qərarlaşması müvəqqəti xarakter daşıyır.
“Turan-T”
və “Kəpəz” barədə o qədər yazılıb, o qədər danışılıb ki, əlavə şərhə ehtiyac görmürəm. Bir onu bildirim ki, bölgələr kağız üzərində yox, həqiqətdə inkişaf etməyənə qədər, bu komandalar elə
1-ci dəstədə papaqlarını günə verəcəklər.
Nəzərə alsaq ki, “Qaradağ Lökbatan” da AFFA-nın “törəmə şirəti”dir, indidən federasiyanın çaldığı havaya oynayacağını əminliklə söyləyə bilərik. “Neftçala” və “Ağsu” da yuxarıda qeyd etdiyim “İnkişafdan geri qalma” problemi səbəbindən klub deyillər.
Qaldı təkcə Naxçıvan “Araz”ı. Əsgər Abdullayev başda olmaqla, peşəkar klub yaradan “Kiçik torpaq” təmsilçisi 1-ci dəstədə elə öz kölgəsi ilə mübarizə aparacaq. Doğrudu, ötən tur “Araz” İmişlidə 2 xal itirdi. Lakin heç kəs deməyib ki, naxçıvanlılar çempionatda 100 faizlik nəticə göstərəcək. Sadəcə, klubda yer alan bir sıra şəxslər məhz bu amilə diqqət yetirməlidirlər. Yəni hər itirilmiş xalı faciə kimi qəbul etməməli və xırda nüanslara görə, qalib gəlmədikləri oyunlarda günahkar axtarmamalıdırlar. Əsgər müəllim belə incəlikləri yaxşı bilir. Nə
qədər deyilsə də ki, hakimlər qərəzsizdir, bu, həqiqəti əks etdirmir. Yəni klublar referilərdən nə qədər çox şikayət etsələr, ədalət təmsilçiləri də
bir o qədər həmin komandalara qarşı kinli olurlar. Xaqani Məmmədovun kadrları da
ki, maşallah, istənilən vəziyyəti 2 variatda yozmaqda müəllimlərindən geri qalmırlar. Məsələn, top əli tapdı və əl topu tapdı.
Lakin bir qədər də irəliyə gedərək, qeyd edim ki, bu “polufabrikat çempionatı” “Araz”a baha başa gələcək. İndi yox, gələn il. Komanda burada “bişməyəcək”. Alaçiy vəziyyətdə çıxacaqlar Premyer Liqaya və orda mövqelərini qorumaq olduqca çətin olacaq... Lakin bu, başqa bir mövzudu...
Ceyhun Əliyev, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |