Xaqani&Toşak: Balqabaq, ya dal-qabaq? YAZI
Xaqani Məmmədov Con Toşakı "savadsız" adlandırıb. Hakimbaşı "Xəzər Lənkəran"ın baş məşqçisini başqa cür tərif etməyib, elə-belə də deyib barəsində. Gözünə döndüyüm Hüseyn Cəbrayıloğu da "facebook"dakı profilində əks cinsin (tfu, əks tərəfin demək istədim) nümayəndəsini salıb qır qazanına, 40 bardaq su ilə yaxalayıb. Hüseyn hər il bir klub prezidentinin ağuşuna atılan "Çekist" Səfqulunun törəməsinə çatdırıb ki, ay güllü oğlan, Toşakın yanından toz olub ötə bilməzsən.
Lənkəranlı press-ateşe anlaması üçün Xaqanani öz dilində qandırıb. Tənbehedici statusunda göstərib ki, sən Toşakın 35 il əvvəl geyindiyi butsının iplərindən danışa bilməzsən, savadından, təcrübəsindən, biliyindən ümumiyyətlə.
Doğrudan da, Xaqani, sən hara, savaddan danışmaq, başqasının savadına qiymət vermək hara! Uzunqulaq bir palçığa bir dəfə batır, ikinci dəfə palçığa tərəf getmir. Sən isə artıq neçəndi dəfədi Hakimlər Komitəsinə sədr təyin olunursan. Toşak "Xəzər Lənkəran"da nəticə verə bilmirsə, bunun savadına nə dəxli? Məşqçidi, işi alına da bilər, alınmaya da. Visente Del Boske "Real"dan getdi "Beşiktaş"a, İstanbulda gətirmədi. Luis Araqones İspaniyanı Avropa çempionu etdi, gəldi "Fənərbaxça"ya, Türkiyə çempionu olmadı. Onlarla belə misal çəkərəm, bəyəm bunların hansısa biri o deməkdi ki, ölkə və klub dəyişən məşqçilər savadsızdı? Toşakın gözündən hakimlik bağlı nəysə bir məqam qaça, səhv irad tuta bilər, bu, savadsızlığına dəlalət edirmi?
Toşakı savadsız adlandırmağa qalanda, Xaqani, böyüyün də gəlsə, bu sözü dilinə gətirə bilməz. Avropanın elit çempionatlarında nəticə qazanmış, məşqçi deyəndə xatırlanan 5-10 nəfərdən biridi Toşak. Bəs sən kimsən, Xaqani? Rəhmətlik Şahbaz Süleymanovun qapısında yatan. Yunis İldırımzadənin ayaqqabısının balağını təmizləyən. Anatoli Konkovla bir kupedə gecələyən. Və yaxud Mehman Allahverdiyevin puluna Moskvada nə etdiyini bildiyimiz adam.
Başın onda harda itmişdisə, bax, indi də səsin ordan gəlir. Toşak sənin kimiləri o qədər ora (stolun altına) salıb-çıxarıb ki! Düzdü, sənin gördüklərinə, elədiklərinə savad lazım deyil. Onun üçün bir balaca alçaqlaşmaq gərəkdi. Maşallah, bu cür şeylərin ustasısan. Ramin Musayevə üz vur, "sənətkar" epiteti aldırsın sənə, as döşündən.
Azərbaycana dünən neçə mütəxəssis gəlib, bu gün neçəsi var, heç biri Toşakla bir cərgədə dayana bilməz. "Real"ı, Uels millisini çalışdırıb o.
Dünya dağılsın ki, "Real"ı vaxtilə çalışdırmış biri üçün qıcqırmış pendik iyi verən "Çekist Səfqulu"nun törəməsi "savadsız" ifadəsini işlədir! O, savadsızdı, bəs sən nəsən? Hər tur, hər oyun yetişdirdiyin hakimləri döyüb-söyürlər, sillə-təpiyə qonaq edirlər. Hakimdi bunlar? 99 faizi kududu, kudu! Balqabaqlaşmış balqabaqlardanmısız?..
Tanış gəldi? Ye, dibinəcən ud, bir də dal-qabaq qatıqlama!
Mənbə : Sport Favorit
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |