QUYRUQ... YAZI
Yazmağa çox söz var, amma gərək elə yazasan, məhkəməlik olmasın. Bunun üçün də bir qədər üsdüörtülü malalamağa çalışacam.
Azərbaycan – Şimali İrlandiya oyunundan (2:0) sonra
saytımızda “Rövnəq Abdullayevi danışmağa qoymadılar” başlıqlı xəbər yer
almışdı. Bu xəbərə qayıtmayacam, amma maraqlı gəlsə http://www.stadium.az/?dil=az&cat=xeberler&id=30044
yuxardaki linkə klik edib, bir daha tanış ola
bilərsiz.
Deməli belə, oyundan sonra çalışdım ki, AFFA
prezidenti Rövnəq Abdullayevdən açıqlama alım. Müsahibə daha yaxşı olardı, amma
zaman darlığını nəzərə alıb heç olmaya
AFFA prezidentindən ən azı 3 sula cavab almağa çalışmaq kimi bir niyyətdə
bulunurdum. Fürsətdə yaranmışdı, amma... mərdimazarı axdarmaqla deyil ki, özü gəlib
tapmalıdır səni. Rövnəq müəllimin ətrafında olan bir uzun qıllsız Quyruq olmasaydı,
buna nail olmaq çətin deyildi. Həmin o quyruq maşşenikcəsinə söhbəti tutdu ki,
Abdullayevə yaxınlaşmaq isdəyirəm, özünü qabağa salıb bəndənizə yaxınlaşdı:
Quyruq: Siz, mətbuatdansız?
Bəndəniz: Bəli.
Quyruq: Zəhmət olmasa AFFA-nın mətbuat xidmətinə
yaxınlaşın, o sizinlə söhbət edər.
Bəndəniz: Onu indi tapmaq çətin məsələdir,
amma bunun sizə nə dəxli var axı? Klub prezidentisiz, yoxsa AFFA işçisi?
Quyruq çıxır aradan və dərhal AFFA
prezidentinin keşiyini çəkən mühafizəçiyə yaxınlaşır, onun qulağına nələrsə
pıçıldayır. Məhz bundan sonra gözaltı bəndənizi süzən mühafizəçi təmkinini pozmadan mənə yaxınlaşır, çox normal şəkildə
söhbətimiz oldu onunla. Səhv etmiriəmsə adı Elnurdur. Düzü, klub mühafizəçilərin
göz önünə gətirsək, bu qardaşdan bu qədər alicənab hərəkət heç gözləməzdim.
Qısaca olaraq Rövnəq Abdullayevin şəxsi mühafizəçisi, adı Eldar olan yoldaşla
da söhbətim oldu. Söhbəti çox uzatmayaraq hər ikisinə bir daha təşəkkürümü
bildirirəm. Çünki onların yerində klub “axranaları” olsaydı yəqin ki, o quyruğun
göstərişindən sonra bəndənizi stadionun hasarından kənara atmışdılar. Amma bu
yoldaşlar öz təmkinlərini pozmadan və quyruğa fikir vermədən işlərini
insanlıqla gördülər. Qısaca, quyruğun isdəyi içində qalsa da, AFFA prezidentiylə
söhbət etməyimə mane ola bildi. Amma əminəmki bu yazını oxuduqdan sonra onun
udquna bilmədiyi çox anlar olacaq...
Maraqlısı odur ki, bu quyruq klub
prezidentidir. Adama deyərlər, sənə nə isdi-soyuğu var, mən kiminlə müsahibə
almaq isdəyirəm? Səni stadiona fit çalan qoyublar, bəlkə xəbərimiz yoxdur? Quyruq,
adam kişi olar, sənin klubunun tufeyli ömür sürən bomjlar kimi olmasından bir
neçə dəfə yazmışam. Yoxsa, bunun əvəzini çıxırdın? Sözün varsa, nömrəmi tapmaq
çətin deyil, zəng elə, sözünü de, amma kişi kimi. Pərdə arxasından nakişilik
heç bir kişiyə yaraşmaz...
Ola bilsin, özünü kiməsə şirin göstərməyə çalışırdın, amma dərk et ki, quyruq bulamaqla kiminsə gözündə ucalmaq mümkünsüzdür. Kişi kimi yaşamaq, kişi kimi də ölmək lazımdır!..
P.S. Bu klub prezidentinə təlxək deyə də müraciət etmək olardı, amma onun tullanıb-düşdüyünü görmədim. Özünü quyruq kimi göstərirdi, sadəcə...
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |