Düşündüyünüz kimi görmədiyiniz yer: Naxçıvan
Futbol ictimaiyyəti Azərbaycan Superkubokunun
Naxçıvanda keçirilməsi qərarını birmənalı qarşılamadı və blokada şəraitdə olan
muxtar respublika üçün belə bir vacib matça ev sahibliyi etmək mühüm hadisədir.
Peşəkar Futbol Liqasının (PFL) açıqladığı bu qərardan sonra yerli mətbuatda
Naxçıvanla bağlı bir çox yazılar dərc olunmağa başladı. Mətbuatın bu oyuna
böyük önəm verməsi və hadisələrin başında Naxçıvan adının hallanması, təbii ki,
təqdirəlayiq haldır. Çünki son illər muxtar respublika idmanı üçün görülən işlər,
yaradılan infrastruktur regionda idmana göstərilən qayğının bariz nümunəsidir.
Cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası rəhbərinin
göstərişi ilə “Araz-Naxçıvan” futbol komandası yaradıldı. Uzun müddət futbolsuz
qalan regionda bu sahənin inkişafı üçün ilk olaraq uşaq futboluna daha çox diqqətin
ayrılması nəzərdən qaçmadı. Bunun nəticəsi kimi idman idarələrində futbolun
kütləviləşdirilməsi üçün tədbirlər planı hazırlandı. Əsas məqsəd olaraq, “Araz-Naxçıvan”ın
I Divizionda uğurlu çıxışını təmin etmək idi. Bunun üçün Azərbaycanın bir çox
klublarında çıxış edən gənc, istedadlı futbolçular komandaya cəlb edildi.
Hazırda muxtar respublika klubu görülən işlər sayəsində ölkə çempionatında məğlub
olmayan 3 komandadan biridir.
Superkubokun Naxçıvanda keçirilməsi təşəbbüsünü irəli
sürən PFL-in bu addımı muxtar respublikada alqışlarla qarşılandı. Çünki
Naxçıvan istənilən idman növü üzrə yarışlara ev sahibliyi etməyə qadirdir. Hələ
I Diviziona start verilməmişdən üç ay öncə Naxçıvan Muxtar Respublika stadionu
müasir tələblər səviyyəsində təmir edildi və arenada müasir standartlara cavab
verən hər bir şərait yaradıldı. Məhz bunun nəticəsidir ki, PFL rəhbərliyi “Xəzər
Lənkəran” – “Neftçi” oyununun Naxçıvanda keçirilməsinə qərar verdi. Ancaq
qurumun verdiyi bu qərar bəzi mətbu orqanları tərəfindən heç də birmənalı
qarşılanmadı. Həmin orqanlar atılan bu addımı hətta siyasi müstəvi zəminində
belə qələmə aldılar. Qeyd etmək istərdik ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir və heç bir siyasi hadisə, olay, baş
verə biləcək xoşagəlməz nüans bu reallığı dəyişmir, dəyişməyəcək də. Odur ki,
“Xəzər Lənkəran” – “Neftçi” oyununu “siyası oyun” kimi qiymətləndirənlər yanlış
yolda olduqlarını bilməli, bu deyimi birdəfəlik unutmalırdılar. Etiraf edək ki,
futbolun siyasətə bağlılığı dünya təcrübəsində də var, ancaq bu bağlılıq ölkənin
bölünməsi naminə edilmir. Sadəcə əsas məqsəd ölkədə futbolun kütləviləşdirilməsi
üçün istər vəzifəli şəxslərin, istərsə də adi insanların bu idman növünə olan
marağını artırmaqdır.
“Xəzər Lənkəran” – “Neftçi” matçının həmişə gərgin mübarizə şəraitində keçdiyi hamıya məlumdur. İki rəqib arasında oynanılan görüşlərdən sonra bəzən xoşagəlməz hadisələr ölkə mətbuatının gündəmini zəbt edir. Təbii ki, bu cür olaylar Azərbaycan futboluna, futbol funksionerlərinə yaraşmayan bir haldır. Naxçıvan Muxtar Respublikasında keçiriləcək oyundan öncə mətbuatda azarkeşlərin, xüsusilə “Xəzər Lənkəran” fanatlarının təzyiqə məruz qalacaqları ilə bağlı yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir. “Neftçi”nin Naxçıvan klubu olduğunu iddia edənlər bilməlidir ki, klubun rəhbərliyi naxçıvanlı iş adamları ola bilər, ancaq bu, komandanın muxtar respublika klubu olduğu anlamına gəlmir. “Xəzər Lənkəran” klubu ölkəmizin cənub bölgəsini təmsil edir, burda futbola qoyulan sərmayə, yaradılan şərait də məlumdur. Naxçıvanlı azarkeşlər üçün “Neftçi” və ya “Xəzər Lənkəran”ın başında kimin durduğu, komandanı kimin idarə etdiyi və ya klubu kimin maliyyələşdirdiyi vacib deyil, heç əhəmiyyət də kəsb etmir. Naxçıvanlı azarkeşlərin bildiyi sadəcə Azərbaycanın bütöv, bölünməz bir dövlət olmasıdır. Muxtar respublika sakinləri üçün bu ölkənin türkü, talışı, ləzgisi, avarı və s. millətləri eynidir, heç bir ayrı-seçkilik də ola bilməz. Əminliklə deyə bilərik ki, Superkubokda hər iki komandanın futbolçularını, klub rəhbərliyini həmçinin azarkeşlərini qəbul etməyə və onlara eyni hörməti göstərməyə Naxçıvan Muxtar Respublika rəhbəri, sakinləri və azarkeşləri hazırdır. “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra yazılanların yanlışlığının bir daha şahidi olacaqsız.
Elvin YAQUB
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |