Ani qığılcım, yoxsa pul hərisliyi? YAZI
Uzun sürən həsrətdən sonra Azərbaycan Superkuboku uğrunda matç baş tutdu. Həmin oyun barədə uzun-uzadı yazıb, sizləri yormaq istəmirəm. Onsuz da həmkarlarımın bir çoxu bu haqda lazım olan hər şeyi yazıb. Mənim sözümün canı başqadı.
Qısaca
xatırladım ki, hakim biabırçılığı, Kordosanın xəstəxanalıq olması, Təcili Tibbi
Yardım maşınının sürücüsünün Toşakı tapdalamaq istəməsi - bütün bunlar
superkubokdan yaddaqalacaq xatirələr olsa da, ən böyük reallıq "Xəzər
Lənkəran"ın layiq olduğu şəkildə kuboku qazanması idi.
"Neftçi"nin prezidenti Sadıq Sadıqovun da, hətta Böyükağa Hacıyevin
də "Xəzər Lənkəran"ın superkuboka layiq olmasını etiraf etmələri hər
şeydən xəbər verir.
Möhtəşəm
zəfərdən sonra "Xəzər Lənkəran"lı azarkeşlər ümidləndilər. Hər kəs
düşündü ki, "Makkabi"dən alınan faciəvi yenilgidən sonra axır ki
komanda özünə gəldi. "Simurq" və "Neftçi" üzərində alınan
qələbələr Toşakın və komandasının başı üzərindən qara buludların çəkilməsi
anlamını verirdi. Amma dünən bütün mülahizələr, fikirlər, xəyallar puç oldu.
"Qarabağ" "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə darmadağın
edərək, komandanın özünə gəldiyini düşünənləri yenidən pessimist düşüncələrə
qərq etdi.
Çempionatın
yayımını təşkil edən "peşəklar"ların sayəsində çoxları kimi mən də
matçı canlı izləyə bilmədim. Baxmadığım oyun haqda danışmaq, nəsə yazmaq
çətindi. Amma nəticə hər şeydən xəbər verir. Çünki 3:0 elə bir hesabdır ki,
loru dildə desək, burada mız qoyulası bir şey yoxdu. 0:1, ya da 1:2 olsaydı, "bəxtimiz
gətirmədi", "top rəqibin qapısından keçmirdi", hətta "hakim
qələbə qazanmağımıza imkan vermədi" kimi bəhanələrlə vəziyyətdən çıxmaq
olardı. Amma 0:3-dən sonra hakimdən, ya da bəxtdən necə gileylənəsən? Oyundan
sonra Con Toşak da rəqibin güclü olduğunu etiraf etdi.
Yaxşı, bir
neçə gün əvvəl "Neftçi"yə qan udduran "Xəzər Lənkəran" nəyə
görə "Qarabağ"a bu cü hesabla, özü də "doğma divarlar"
arasında uduzdu? Məncə, bunun yalnız 1 cavabı var. Komanda hələ də "qara
zolaqdan" çıxmayıb. "Simurq" və "Neftçi" üzərində
qazanılan qələbələr ani qığılcım olub. Yazının əvvəlində də dediyim kimi, həmin
matçlarda "Xəzər Lənkəran" layiqli qələbə qazanıb. Amma bu, komandanın
problemlərdən yaxa qurtarması anlamına gəlmir. Dünənki acı yenilgi bütün
həqiqətləri çılpaqlığı ilə üzə çıxardı. Bugünkü "Xəzər Lənkəran"ın
çempionluğu xəyal etməsi belə qeyri-mümkündü. Komanda ən yaxşı halda, dördüncü
ola bilər. "Qarşıda hələ çox oyun var" deyənlərlə qətiyyən razı
deyiləm. Birincisi, çempionatın demək olar ki artıq üçdə biri geridə qalıb.
Yox, əgər "qışda hər şey düzələcək" deyən varsa, bu da düzgün yanaşma
deyil. Tutaq ki "Xəzər Lənkəran" qışda 5 super transfer reallaşdırdı
və yüksək sürət yığdı. Məgər digər klublar qışda özlərini Antalyada günə
verəcəklər? Həm də qışa qədər liderlərdən uzaq düşəndən sonra fevraldan sürət
yığmaq nəyə yaracayacaq ki?
Uzun sözün
qısası, bu gedişlə "Xəzər Lənkəran"ın yubiley ilində nəinki çempion
olması, heç üçlüyə düşməsi də çətin məsələdir. Komanda ən yaxşı halda dördüncü
ola bilər. Toşak da postunu qorumaq istəyirsə, heç olmasa ölkə kubokunu qazansın.
Çempionluğa ümid etmək boş şeydi.
Eşitdiyimə
görə, superkubok matçındakı qələbəyə görə "Xəzər Lənkəran"lı
futbolçulara külli midqarda mükafat verilib. 3 milyon dollar söhbəti
doğrudursa, məsələ aydındı. Deməli, Naxçıvanda komandanı oynadan Toşakın
tapşırıqları yox, böyük premiyanın havası olub. 3 milyona görə kim özünü
meydanda öldürməz ki?
Teymur VƏLİYEV
P.S. Ukrayna millisi play-offda Fransanı mübarizədən kənarlaşdırıb, dünya çempionatına vəsiqə qazansa, komanda üzvləri 2 milyon dollar mükafat alacaq. Əgər, "Xəzər Lənkəran" rəhbərliyi futbolçulara Superkubokdakı qələbəyə görə 3 milyon dollar mükafat veribsə, mənim daha deməyə sözüm yoxdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |