QIRMIZI AFTAFA
Gənc jurnalistlərin milli futbol yığmamızın sahə müvəkkili Berti Foqtsa aftafa və tualet kağızı bağışlamasını birmənalı qarşılaya bilmədim. Bilmədim bu unikal aksiyanı dəstəkləyim, yoxsa ona qarşı çıxım. Bu təbəddülatın mühüm səbəbləri var.
Futbol azarkeşi olaraq Berti Foqtsun fəaliyyətindən ilk gündən xoşum gəlmədi. Hətta bu sarı murğuz kişinin şəklini ilk dəfə görəndə belə ona qanım qaynamamışdı. Sovet vaxtı hərbi kafedralarda dərs deyən, içkiyə meylli rus podpolkovniklərinə oxşayan Foqtsdan çoxları heç nə gözləmirdi, bəziləri deyirdi, bu, Alberto Torresdən də zəif məşqçi olacaq.
Hələ keçən il Azərbaycan yığması həmişəki kimi hansısa ölkəyə uduzanda öz yanımdan təşəbbüs qaldırmaq istədim ki, bu adam getməlidir. Amma jurnalist həmkarım Aydın Bağırov yazdı ki, qaqa, xeyri yoxdur, Foqts olmasın, başqası olsun, çətin işdir.
Amma açıq-aşkar görünürdü ki, bu adam sanki Bakıya mövsümi işə gəlib və Azərbaycan yığmasının udub-udmaması, türkün sözü, onun umrunda deyil, fikirləşir ki, təsadüfən udar, lap yaxşı, uduzar, cəhənnəmə uduzsun, bundestim deyil ki...
Budur, son illərdə Türkiyə millisindən başqa qarşımıza çıxan bütün komandalara uduzmuşuq, amma cənab Foqtsa söz deyən yoxdur. Şahin Diniyev olsa yerə yıxıb sürüyərdik, haqqında məzhəkə-şou düzəldib millətə göstərərdik, amma bu, almandır, it ilində öz ölkəsinə Avropa çempionluğu qazandırıb. Ona görə də al bu sənə milyonlar, bas ye, halal xoşun olsun, qoy desinlər, Azərbaycan millisini nüfuzlu alman mütəxəssis çalışdırır.
Bu baxımdan fon Bertiyə aftafa kimi hədiyyələr düşür. Hərçənd keçmişdə müvafiq situasiyalarda adamın əlinə aftafa verməzdilər, dalına vedrə bağlayardılar, qalxıb gedəndə danqıldayardı, millət tamaşaya durar, qəşş edərdi və dalına vedrə bağlanmış adam bir daha o tərəflərə üzükməzdi.
Böyüklər danışırlar ki, sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarda bizim kənddə özünü yuxarıdan aparan bir "ispolkom"un (israiyyə komitəsinin sədri) "Villis"nin dalına vedrə bağlayıblar, yekə bir biabırçılıq olub. Adam öylə bir qeyzlənib ki, az qalırmış xarakiri eləsin. Sanasan, atının quyruğunu kəsiblərmiş.
Ancaq belə görünür ki, o sayaq rüsva daşıyan jestlər cənab Foqts üçün təhqiramiz xarakter daşımır. Vedrə və aftafa onun alman qafası üçün adi və lazımlı məişət avadanlığıdır. Müftə verirlərsə, niyə qəbul etməsin?
Ona görə də gənclər Foqtsu pisikdirmək üçün gərək başqa avadanlıqlar təqdim edəydilər. Məsələn, ona cırıq top vermək, kürəyinə 00 nömrəsi və "Berti Foqts" sözləri yazılmış futbol köynəyi bağışlamaq, şariki çıxarılmış fit ənam etmək olardı və bu daha simvolik mənalar daşıyardı. Hərçənd hələ gec deyil, jurnalistlər anti-Foqts aksiyalarının davamlı olacağını deyiblər, qoy ideyalarımdan bəhrələnsinlər.
Bununla belə, ədalət hissi deyir ki, məsələ təkcə Foqtsda deyil. Guya bizim futbolçular meydanda ağızları ilə quş tutur, Foqts alıb buraxır? Adam onların oyununa baxanda yadına "Bəyin oğurlanması" filmi və oradakı məşhur replika düşür: "8 min manat pul alıblar, oynamaqlarına bax". Hiss olunur ki, emosiya çatışmır. Emosiyadan başqa, ustalıq səviyyəsi də aşağıdır, məşq çatışmazlığı da göz önündədir.
Doğrudur, kondisionerli otaq və kafe-çayxanalarda oturub "zalım oğlu, bir az bərk qaç dəəə", yaxud "Adə, ötürməni düz ver dəəə" deyə ürəkdən hayqırmaq asandır, amma yaşıl sahələrdə bunu edincə adamın başının təri süzülüb butsusunun içinə dolur. Bu bizim, azarkeşlərin qulağına da deyil, bizə qələbə lazımdır. Tərs kimi, dünya üzündə bunu edənlər var. Məsələn, yanaşı dursalar, Vüqar Nadirov Lionel Messidən cantaraq görünür, amma qaçanda sanki Messi "Ferrari"dir, Vüqar -"Niva". Ronaldonu isə "Buqatti"yə də oxşatmaq olar, qırmızı görüb qızmış buğaya da.
Ona görə də təklif var ki, Foqtsa bağışlanan qırmızı aftafadan bir-iki dənəsini də milli futbolumuzun bu gündə olmasına, bir türlü inkişaf edə bilməməsinə səbəbkar olanlara bağışlayaq. Vedrə qoşmaq, üstü yazılı cırıq köynək, şariki çıxarılmış fit bağışlamaq layihələri üzərində də işləmək olar.
Samir SARI ("Yeni Müsavat" qəzeti)
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |