... manatlıq futbolçular, qaz... , utanmaz baş məşqçi
Azərbaycan
millisi son günlərdə keçirdiyi iki yoxlama oyununda qələbəyə həsrət qaldı.
Əslində, ilinin son oyunlarında qapını bərk çırpa bilmədilər. Təbii ki, bacara
bilərdilər, amma.. bu barədə biraz sonra.
Berti
Foqts Eestoniya ilə oyundan sonra deyir ki, rəqib iki səhvimizdən istifadə edib
qol vurdu. Biz də bir məsəl var: utanmasan, oynamağa nə var ki?! Bu alman
tülküsündə nə utanmaq var, nə də qızarmaq. 700 min kişinin yaşadığı Estoniya
millimizlə tək qapıya futbol oynayıb və iki gözəl qolla (xüsusən ilk qolu
vurğulamaq lazımdır) bizə qalib gəldi. Əslində isə millimizdə Rauf Əliyevin
vurduğu qol rəqibin kobud səhvindən sonra baş tutmuşdu. Foqts ya özünü gicliyə qoyub,
ya da milləti axmaq sayır. Yoxsa deməzdi, rəqib iki səhvimizdən sonra qol
vurdu...
Qırğızlara
isə qol vura bilmədik. Halbuki bu komandaya hansısa bir ərəb ölkəsinin U-21
millisi də qalib gəlmişdi. Millimiz bu qədər acizdir. Əslində isə aciz
deyillər. Necə olur ki, Rusiya kimi milliylə Bakıda 1:1 oynayırlar, Şimali
İrlandiyanı 2:0 udurlar? Necə olur bunları bacaran komanda qırğızlarla
bacarmır? Çünki onda bu iki oyuna görə futbolçular AFFA tərəfindən 170 min
manat mükafat almışdı. Amma qırğızlarla yoldaşlıq oyununa görə mükafat yox idi.
Buna görə də, Foqtsun dediyi kimi, milli oyunçular rəqibi ciddiyə almadı, oyuna
ciddi yanaşmadı. Bax, budur bunlar. Millinin şərəf yeri olduğunu deyib, millidə pula görə oynayan “kişilərdir”.
Bunlara 3 manatlıq futbolçu demək olmaz, çünki çox bahalıdırlar. Heç olmaya 17
manatlıq de...
Futbolçuları ataq bir kənara, millidə pula görə oynayan varsa, tam bişərəfdir!
Bəs Berti Foqts? O, hələ də Azərbaycanı nağıllar diyarı hesab edir. Əminəm ki, Azərbaycan millisindən gedəndən sonra, alman yerlilərinə müsahibəsində “Azərbaycan qazlar diyarıdır” ifadəsini də işlədəcək. Ona ayına 100-150 min avro verən qazdır, qanadsız. Qırğızıstanı uda bilməyən də qazdır – qasız.
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |