Adət-ənənənin “qurbanı”: “Araz-Naxçıvan”
Müstəqillik dönəmində müstəqil olmağı belə bacarmayan Azərbaycan futbolunda bir az qəribə, bir az da ənənə halını almış bir adət var. Çempionat ərəfəsində lider olan və ya nisbətən yaxşı təsir bağışlayan komanda hakimləri almaqda, onlarla işləməkdə günahlandırılır, ittiham edilir. Deyilənlər qarşısında isə komandalarımız sadəcə susmağa üstünlük verirlər. Susduqca da bu işlərin sanki olurmuş kimi mənzərəsi qəzet, sayt səhifələrində qarşımıza çıxır. Təbii ki, olmayan bir şey haqda kimisə ittiham etmək, kimisə günahlandırmaq jurnalistə, jurnalistikaya ləkədi. Bunu bilə-bilə etməyə isə ad vermək daha çətindi.
Bunlar “Araz-Naxçıvan” etməli deyil!
İttihamlar
fonunda gizlənmək və ya yayılan şaiyələri cavablandırmamaq əslində, Azərbaycan futbolunda
yeni hadisə deyil. Yeni olmayan bir şey barədə uzun-uzadı nəsə yazmağa, kiməsə
nəyisə sübut etməyə ehtiyac da yoxdu. Sadəcə bu fonun arxasında nələrin gizləndiyini
ictimaiyyətə düzgün çatdırmaq daha məqsədəuyğundu. Odu ki, cari mövsüm I
Divizionda baş verən hadisələri gözümüz gördüyü qədər sizlərə çatdırmaq yaxşı
olardı.
Hazırda ölkənin
bütün qara buludları “Araz-Naxçıvan”ın üzərində dayanıb. Niyə? Muxtar
respublika təmsilçisi çempionatın vahid lideridi və geridə qalan 10 tur ərzində
məğlubiyyət üzü görməyib. Elə “qırmızı-ağlar”ın məğlub olmaması söz-söhbətlərin
də yaranmasına səbəb olub. Deyilənə görə, Naxçıvan klubunun rəsmiləri geridə
qalan turlar ərzində yalnız bir dəfə hakimlə bağlı öz etirazlarını bildiriblər.
“Mil-Muğan”la heç-heçədə klubun meneceri Tahir Əliyev hakim səhvləri ilə bağlı
öz fikirlərini bildirmişdi. Haqlıdı, çünki həmin görüşdə Anar Niyazovun hansı
hoqqalardan çıxdığını yalnız orda olanlar görüb. Ümumiyyətlə, baxılmayan bir
şey haqda fikir bildirmək ən azında insanın özünə, ən əsası peşəsinə olan hörmətsizlikdi.
Bu matçda Niyazov tam olaraq fərqli oyun idarə etdi. İmişlidə keçirilən görüşdən
sonra bir çox saytlar haqlı olaraq referinin hoqqaları barədə məlumatlar
yaydılar. Çünki onlar ən azından oyunun video-lentinə baxmışdılar.
MOİK-lə keçirilən oyundan sonra “Araz-Naxçıvan”a qarşı ittihamlar geniş vüsət almağa başladı. Hələ Naxçıvanda “Bakılı” ilə baş tutan görüşün ardınca rəqibin baş məşqçisi Rakif Əliyevin dediyi sözlər bu hadisələrin baş qaldırmasına səbəb olmuşdu. Guya Bakı təmsilçisi Naxçıvanda yaxşı qarşılanmayıb, onlar yedikləri yeməyə daha çox pul xərcəyiblər (20 nəfərdən artıq olublar və yeməyə 120-130 manat pul ödəyiblər), hava limanında çox gözləyiblər. Bunları “Araz-Naxçıvan” etməli deyil, hörmətli klub rəsmiləri! AFFA çempionatdan öncə I Divizion klublarının bütün xərclərini çəkəcəyini öz öhdəliyinə götürüb. Sadəcə, Naxçıvan təmsilçisi hörmət əlaməti olaraq gələn qonaq komandaları qarşılayır və onların baş verə biləcək bütün problemlərini həll edir. Digər tərəfdən, Naxçıvana üz tutan komandaların bəziləri oyun günü getdiklərindən şikayətlənirlər və məğlubiyyəti bununla əlaqələndirirlər. Normal klublarda adətən menecerlər fəaliyyət göstərir və onlar komandalarının səfər matçlarında problemlə üzləşməməsi üçün öncədən qonaq gedəcəkləri yerdə bütün məsələləri sivil qaydada həll edilər. Əgər hansısa bir klubun meneceri öncədən Naxçıvana gəlib komandaya aid olan məsələləri yoluna qoymursa, bu nə AFFA-nı, nə də “Araz-Naxçıvan”ı maraqlandıran məsələdi. Bu ancaq həmin klubun qeyri-peşəkar olmasının göstəricisidi.
Rəqiblər niyə stadion vermir?
MOİK-lə
matçın son dəqiqələrində verilən penalti hadisələrin partlamasına səbəb oldu.
Ortaya çıxan ittihamların fonunda isə “Araz-Naxçıvan”ın hakimlərlə “işlədiyi”
yönündə oldu. Bilməyənlər üçün bir daha xatırladaq ki, bu görüşün baş hakimi
Anar Salmanov idi. O Salmanov ki, hazırda hakim baxımından pis vəziyyətdə
olduğu deyilən Azərbaycan futbolunda barmaqla göstərilir, bütün mübahisəli
epizodlarda jurnalistlər münasibət öyrənmək üçün ilk olaraq onun fikrinə
üstünlük verirlər. Nisbətən beynəlxalq arenada tanınan bir hakim adi I divizion
oyununda heç vaxt özünü “yandırmaz”, karyerasının üstündən “qara xətt” çəkməz. Anar
Salmanov cari mövsümdə 3 dəfə muxtar respublika komandasının oyununda fit çalıb
ki, bunların da hamısında “qırmızı-ağlar” qələbə qazanıblar. Rəqiblərə gəlincə,
Naxçıvan təmsilçisinin “qurbanları” “Turan-T”, “Göyəzən” və MOİK-di. Xüsusilə,
sonuncu görüşün son dəqiqəsində vurulan qol Salmanovun Naxçıvan klubuna
simpatiya bəslədiyi fikirlərinin ortaya çıxmasına zəmin yaratdı.
Azərbaycan
futbolunda çempionata liderlik edən komandanın adının hakimlərlə birlikdə çəkilməsi
artıq bir tendensiyadı. “Araz-Naxçıvan” hakimlərlə bağlı bir etiraz etmirsə, bu
o demək deyil ki, klub rəsmiləri referilərdən şikayətçi deyillər. Sadəcə, başda
Əsgər Abdullayev olmaqla, klub rəsmilərinə hakimlərin işinə müdaxilə etməmək
tapşırılıb. Yalandan hay-küy salıb ortalığı qızışdırmaqdansa, normal qaydada –
oyunda sonra etirazları protokola qeyd etməyin vacibliyini klub rəsmiləri yaxşı
anlayır. Mətbuata açıqlama verməklə, oyunda hakimlərin üstünə bağırmaqla nəyisə
həll olunacağına yalnız qeyri-peşəkarlar inana bilər. Elə MOİK-lə oyundan söz
düşmüşkən, bir nüansı qeyd etmək yerinə düşərdi. Qaydalara görə, oyundan bir
gün öncə meydan sahibləri qonaq komandaya məşq etmək üçün şərait yaratmalıdı.
Ancaq MOİK rəsmiləri “Araz-Naxçıvan” üçün bu etməyiblər. Əvəzində muxtar
respublika təmsilçisi vəsait xərcləyərək oyundan öncə “Neftçibaza”da məşq edib.
“Araz-Naxçıvan” niyə bütün oyunlarda üstündü? Bunun cavabı çox sadədi, bəylər. İlk olaraq, 1-2 şəxs istisna olmaqla, Naxçıvan təmsilçisinin oyununu stadiondan izləyən olmayıb. Odu ki, komandanın necə oynadığı və ya rəqibi necə məğlub etdiyi barədə fikir bildirmək yersizdi. Digər tərəfdən, I Divizionda çıxış edən 16 komandanın heyətlərinə nəzər yetirin, xüsusilə, “Araz-Naxçıvan”ın. Məqsədimiz digər klubların uğuruna kölgə salmaq və futbolçuları barədə mənfi fikir söyləmək deyil. Sadəcə, çempionluq uğrunda mübarizə aparan bir komanda heyətini də normal şəkildə formalaşdırmalıdı. 23 nəfərlik heyətdə 10 futbolçudan çoxunun Azərbaycanın millisinin müxətlif yaş qruplarında çıxış etməsi bunun cavabı deyil?
Elvin Məmmədov
P.S.: Bu
arada, muxtar respublika klubunub adı belə yazılır: “Araz-Naxçıvan”. “Araz” və
ya “Araz Naxçıvan” kimi yox.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |