Onu ma neçəyə verərsiz? - YAZI
Azərbaycan idman mətbuatında ilk dəfə Stadium.az
saytı xəbər yaydı ki, milli komandamızın baş məşqçisi Berti Foqtsla olan
müqavilə daha 2 illiyinə uzadılacaq. Xəbərimiz doğrulur. Artıq hər kəs bu barədə
yazır. Bəzi “ağzıgöyçəklər” isə bunu özəl xəbər kimi oxucusuna sırayır. Ay sənə
sırasınlar, niyə kiminsə əməyini yeyirsən? Nə isə...
Nə qədər absurd olsa da, Foqts milli komandada qalacaq. Buna isə dekabrın 18-də AFFA İcraiyyə Komitəsinin iclasına aydınlıq gələcək. AFFA-ya yaxın “saytlar” isə çox gülməli yazılar yazır. Biri qeyd edir ki, AFFA prezidenti Rövnəq Abdullayev millidə yerli məşqçinin – konkret olaraq Qurban Qurbanovun işləməsini istəyir, amma Foqtsla müqavilə bağlanacaq. İstək başqa cür, reallıq başqa cür? Bəyəm AFFA prezidenti həqiqətən Rövnəq Abdullayev deyil? Bunlar sadəcə çox şərəfsizcəsinə, 3-5 manata vicdanların sataraq kiminsə sifarişiylə belə təbliğat xarakterli yazılar yazır. Ar olsun sizə, jurnalistikanın üz qaraları...
Mraqlıdır, Berti Foqts Azərbaycan millisinə 2008-ci
il aprelin 1-dən başçılıq edir. Onun rəhbərliyi altında millimiz 2010-cu il
dünya çempionatının seçmə qrup mərhələsində qrupu 5 xalla, 2012-ci il Avropa
çempionatının seçmə qrup mərhələsində
qrupu 7 xalla, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində isə qrupu 9 xalla başa vurdu.
Çox gözəl, hər iki ilə 2 xal irəliləyiş var. İndi isə AFFA alman tülküsünün
qarşısında daha ağır vəzifə qoyubmuş, sən demə. Foqtsu zorlayıblar ki, sənə az
pul verəcəyik, amma millimiz 2016-cı il avropa çempionatına vəsiqə
qazanmalıdır. Kimə gəlirsiz? Bilmirsən ağlayasan, yoxsa güləsən... arsızlıqdır
sadəcə...
Cənab AFFA rəhbərliyi, görmək üçün kor olmaq lazım deyil. Hər iki il üçün Foqts sizə 2 əlavə xal verib. Bu gedişlə Avro-2016 üçün millimiz 11 xal toplayacaq. Bununla isə heç bir yerə vəsiqə qazanmaq olmaz.
Sözüm heç bunda da deyil...
Hörmətli Rövnəq müəllim, sizdən bir xahişim olacaq. Yeni müqaviləyə bir bənd də əlavə edin ki, Foqts bizə hörmətlə yanaşsın. Qarşımızda şərəfsizcəsinə arsızlıq etməsin. Çörəyimizi yeyib, bizə təpik atmasın. Bunun üçün sizin heç bir xərciniz çıxmayacaq, tam əminliklə deyirəm...
Sözümün canı heç bu da deyil...
Odur ki, KİV-in fikri heç kimə maraqlı deyil. Onsuz
da, necə istəyirlər, elə də edəcəklər. Elə buna görə soruşuram:
Onu ma neçəyə verərsiz?
Vüsal BƏBİRLİ
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |