«Donqili» AFFA və «donqili» Berti Foqts
Bu dəfə uzun yazıb gözünüzü və beyninizi çox yormayacam. Sadəcə olaraq, bir sözdən-kəlmədən bəhs edəcəm.
rnrnSon zamanlar «donqili» sözü yaman dəbə minib. Bir müddət əvvəl Milli Məclisin üzvü Qüdrət Həsənquliyev, daha sonra AFFA və SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bu yaxınlarda da «Bakı» klubunun vitse-prezidenti Nail Əliyev «donqili» sözünü işlədib. Əslində, bu üç nəfər arasında yalnız Nail Əliyev «donqili» sözünü yerində işlədib. Baxmayaraq ki, hər üçü də Naxçıvandandır.
rnrnƏvvəla bilmək lazımdır ki, «donqili» sözü nə deməkdir?
rnrnBu barədə qısa bir araşdırma bəs etdi ki, «donqili»nin nə olduğunu bilək. Görkəmli lüğətçi, bioloq, həkim, tibb mətbuatının inkişafında xüsusi əməyi olmuş Məmməd və Yusif Əhmədov qardaşlarına həsr olunmuş atalar sözlərindən ibarət «Naxçıvan Şivələrinin Lüğəti» kitabında (müəllif Zemfira Əhmədova) bu «donqili» sözünün açılışı çox gözəl şəkildə göstərilir. Nədir «donqili»nin mənası?: keyfiyyətsiz və zay.
rnrnDeməli, naxçıvanlılar keyfiyyətsiz və zay olan bütün zaddara «donqili» deyirlər.
rnrnNail müəllim də elə son müsahibəsində bildirib ki, ölkə futbolu «donqili» vəziyyətdədir. Kişinin oğlu düz də deyir. Çempionat keyfiyyətsiz, AFFA-da işləyənlər zay adamlar, mili komanda və baş məşqçi isə həm zay halındadı, həm də keyfiyyətsiz. Necə deyərlər, «donqili» AFFA və «donqili» Berti Foqts.
rnrn... elə bu qədər...
rnrnP.S. Düzünü desəm, bu yazını elə başlığına görə yazdım.
Vüsal Gözəlov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |