Rəşad, oğulsan!..
Futbolçu Rəşad Sadıqov...
Bu adı Azərbaycan futbolunda, ümumiyyətlə bəlkə
də, Azərbaycanda tanımayan yoxdu, yəqin. Tanıtıma çox ehtiyacı olmasa da, bəzi
məqamlara toxunmağı özümə borc bildim. Atası Kəlbəcərdən, anası İçəri Şəhərdən
olan, Bakıda doğulan 31 yaşlı Rəşad Sadıqov. Futbol həyatının qürub çağlarını
yaşamasa da, onun peşəkar futbol həyatına son qoymasına çox il qalmayıb. Çünki
Rəşadın sürünə-sürünə futbol oynamayacağına, bir qədər ağırlaşdığını hiss edən
kimi, futboldan gedəcəyinə əminəm. Necə ki, bu qərarı Rəşadın dostu, hazırda
baş məşqçisi olan Qurban Qurbanov da zamanında vermişdi.
SSRİ dövrünə yaşım çatmır, amma Rəşadın müstəqillik
dönəmində Azərbaycan futbolunda ən xarizmatik, liderlik bacarığı olan ən önəmli
azərbaycanlı futbolçu olması fikrimi heç kim dəyişə bilməz. Onunun dövlətini,
millətini, vətənini də sevən bir vətandaş olduğuna son dərəcə yəqinim var.
Vaxtilə Rəşada qarşı futbol funksionerləri çox haqsızlıq etdi, buna baxmayaraq,
Sadıqov ayaqda qalmağı bacardı. Bax bu da onun üstünlüyü idi. Vaxtilə Naci
Şensoyun Rəşad barədə dediyi sözlər hələ də yadımdadır: “Futbolçu olaraq Rəşadın
yeganə problemi odur ki, o, azərbaycanlıdır. O, Rəşadoviç olsaydı, indi
Avropada adlı sanlı müdafiəçilərdən biri idi. Çünki Avropada azərbaycandan
normal futbolçu çıxacağına inanan yoxdur. Mən “Barselona”da baş məşqçi işləsəm
belə, Rəşadı komandama apararam”.
Naci hoca Rəşadın futbolçuluğun çox gözəl
xarakterizə etmişdi. Bunu o qədər uzatmaq olar ki...
Rəşad məni yenə yanıltmadı. İki gün əvvəl “Neftçi”ylə
oyunda Rəşad, Rəşad olduğun bir daha sübut etdi. Araz Abdullayevə qırmızı vərəqə
göstərən Vüsal Əliyevə yaxınlaşaraq “xahiş edirəm, qırmızını ləğv et, 11-11-ə
oynayaq, qoy yaxşı oyun getsin” sözlərini bəlkə də çempionluq oyunu olan bu
qarşılaşmada ancaq Rəşad deyə bilər, bu jesti ancaq Rəşad edə bilərdi...
Bundan dərhal sonra “Qarabağ” oyuna başladı
qol vurdu, amma qırmızı alan Araz hələ meydançanı tərk etməmişdi. Bunu görən Rəşad
yenə hakimə yaxınlaşaraq qolu qeydə almamasını ondan istədi. Bu jestləri Azərbaycan
futbolunda ancaq Sadıqov Rəşad edə bilər, başqasına inamım yoxdur.
P.S. Bəlkə də, bunu yazmağa lüzum yox idi, amma gərək bildim. Rəşada bir qara da onda yaxırlar ki, bu oğlan vəhabidir. Sizcə düzdür? Özünüz düşünün, oğlunun birinin adı Mühəmməd (RəsulAllahın adı), digərininki isə Əli (İmam Əli (ə) olandan vəhabi olar? Vəhabi ki, Əlinin (ə) düşmənidir!...
Səddam HÜSEYNLİ (Stadium.az saytı)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |