Bu yazıq italiyalılar...
Mən indidən özümü Fransada hiss edirəm. Ah, Paris, Paris... Sena çayınınsahilində gəzişib əsrarəngizmənzərəyə baxıram. Suların yaratdığı təbiimusiqiyə nə çatar? Vensen meşələri ruhumu oxşayır. Notr-Dam de Pari kilsəsimənə elə doğma gəlir ki... Bəs o piramidalı gözəl- Luvr muzeyi. Mona Liza,Miloslu Venera ilə üzbəüz qalmışam. Fransız xalqına qarışıb kef edirəm,ətrafda görünən turistlərəyuxarıdan aşağı baxıram. Bəs necə? Onlarınölkəsində heç Berti Foqts varmı?
Fransada hələ iki il sonra keçiriləcək futbol üzrə Avropa Çempionatının püşküatılandan Parisin gəzmədiyimməhəlləsi, küçəsi qalmayıb. Onsuz da BertiFoqts millimizi buralara qədər gətirəcək, qoy indidən ayağımız Paris küçələrinitapdalasın. Sözün açığı, Avropa Çempionatı günlərində millimizinqalacağı oteli də gözaltı eləmişəm. Lakin hələadını deyib rəqiblərimizi duyuq salmaq istəmirəm.
AFFA-a babat bir vəzifəm, çoxdüyməli telefonum olsaydı tapşırardım ki, Fransaya getmək üçün elə indidənmillimizin oyunçularına ezamiyyə pulu ödənsin. Bir yeşik pul da alman məşqçisinə göndərərdim. Ayda kisə iləmaaş alan Foqtsun ezamiyyə pulu da yəqin elə yeşiklə olar.
Fransada biz də oynamayaq bəs kim oynasın? Püşkdən çıxan qrup rəqiblərimizin adı sizə nəsə deməlidi axı.Başlayaq Maltadan. Cırtdanlara bəri başdan bir quş. İndi dünyada ara qarışıb, məzhəb itib. Daha Cırtdan, yaxmaçörək, oduna getmək, xəlbirlə su daşımaq zamanı deyil. Nə isə, Maltanın işi məlumdu. 6 xal artıq cibimizdədi. Bəzifutbol başbilənlərimizin sözü olmasın, hələ müəyyən məsələləriöncədən həll edib iki oyundan 7 xal da yığmaq olar.
Bolqarıstanı mən heç rəqib saymıram. Sovetlərinşinelindən çıxandan sonra lüt-üryan qalıblar. İqtisadi böhranbolqarları o günə qoyub ki, acından heç günorta da dura bilmirlər. "Sofiya elektrikşəbəkə”də çalışan dostumundediyinə görə, Bolqarıstan millisinin baş məşqçisi Penevin 174 dollar işıq pulu borcu var. Bu adam işıq pulunuödəyə bilmir, Foqtsun oyunçularına qarşı taktikanı necə quracaq?
Norveçi ciddi rəqib sayırsız, əfəndilər? Bu uzaq, lap uzaq ölkədə yaşayan insanlar gün çıxanda sevinirlər. Soyuqdanəl-ayaqları donub, onlar necə futbol oynayacaqlar?Hokkey yarışı olsaydı onlardan çəkinməyə dəyərdi.
Xorvatiya... Adı heç xoşuma gəlmir, birtəhər səslənir e... Ölkənin adı olar Hollandiya, Yeni Zelandiya, uzaqbaşı daFinlandiya. Millimiz Xorvatiyanı gözüyumuluməğlub edə bilər. Bilirsiz, nəyin hesabına? Vətənpərvərliyin. Bəli, bəli.Xorvatiyada ayağı babat top tutan futbolçu qaçıb gedir xarici ölkələrə. Belələrindənsoruşmaq lazımdı ki, əgər sənVətənini sevirsənsə, niyə xaricdə legioner həyatı yaşayırsan? Bizim futbolçular türklər demiş, adam kimi adamdılar.Futbolçularımızdan bircəciyi də xaricdə oynamır, yad ölkənin suyunu içib, onun havasını udmur. Bir RuslanAbışovdu, onu da kəşfiyyatagöndərmişik. Yaxşı futbolçu ölkəsində oynamalıdı, evinin içində pul qazanmalıdı. Dahirus şairi, diplomatı Aleksandr Qriboyedovnahaq yerə deməyib ki, Vətənin tüstüsü də şirindi. Tutaq ki, Luka Modriçinbibisi xəstələndi. Sizcə o, "Real”dakı məşqi qoyub Zaqrebə qayıdar, küçə-küçə gəzib aptek axtarar?
Hə, gəlib çatdıq İtaliyaya. Bu yazıq italiyalılar, əlimizdən nələr çəkəcəklər... Futbolun canlı əfsanələrindən sayılanBuffon bu qoca vaxtında işə düşəcək də. Qapıdan top çıxarmaqdanyorulacaq. Baş məşqçi Prandelli infarktkeçirməsə yaxşıdı. Eybi yox, Foqts bu neçə ildə bizi xəstəliyə salıb, qoy bir dəfə də Prandelli yolunu xəstəxanadankeçsin. Yazıq italiyalılar Bakıya çatınca günləri qara olacaq.
Qrupdan çıxmışıq e... Ona görə də indidən özümü Fransada hiss edirəm. Parisin küçələri mənə dar gəlir.MilyonlarıParisə gəlməyə məcbur edən uzun ayaqlı gözəlçənin- Eyfelin qarşısındayam.Millimizin futbolçuları AvropaÇempionatının final mərhələsindəoyundan öncə qülləni gəzməyə gəliblər. Berti Foqts çıxarıb onları qüllənin başına,bütün Fransaya yuxarıdan aşağı baxırlar. Mahir Şükürovu uzaqdan görürəm, fransızlarabarmağını göstərir...
Etibar Cəbrayıloğlu - "Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |