Təl-Əvivdən «Xəzər-Lənkəran» üçün «Makkabi» barədə «Mossad məlumatları»
Adım Rasimdir. İsraildə - Təl-Əvivdə yaşayıram və 18 yaşım var. Hər bir azərbaycanlı kimi mən də ölkə xaricində yaşasam da, daim vətənlə bağlı xəbərlərlə maraqlanıram. Özüm futbol həvəskarı olduğumdan, klublarımızn avroliqadakı rəqiblərini də maraqla gözləyirdim. Biləndə ki, fanatı olduğum «Neftçi» klubunun əzəli rəqibi «Xəzər-Lənkəran» İsrail təmsilçisi «Makkabi» ilə düşüb. Ona görə yox ki, mən «Neftçi»liyəm və avroliqadakı təmsilçilərimizin rəqibləri arasında ən güclüsü «Xəzər-Lənkəran»a düşüb. Sadəcə ona görə sevindim ki, Lənkəran klubu Təl Əvivə gələcək və həmvətənlərimi görəcəm, doğma ölkəmin komandasının oyununa burada baxacam. Daha televiziyada deyil. Bir azərbaycanlı olaraq «Makkabi» barədə düşüncələrimi və bəlkə də, «Xəzər-Lənkəran»a köməyi dəyəcək məlumatları sizinlə bölüşməyi özümə borc bildim:
rnrnTəl Əviv «Makkabi»si, İsrailin ən köklü klubudur .1906-cı ildə yaranan bu klub 20 dəfə ölkə çempionu adını qazanıb. Bundan başqa, 22 dəfə də ölkə kubokunda bütün rəqiblərindən güclü çıxaraq kuboku muzeyinə aparıb. rnBunlardan 7-də isə qızıl dubl olub. Bu komanda 1971 və 1969-cu illərdə Asia Kubokun sahibi olandan sonra, böyük uğurlar üzünə həsrət qalıb.«Makkabi»nin Avropa turnirlərində ən yaddaqalan uğuru 2004/2005-ci illər Mövsümdə olub .
rnrnBu mövsümdə İsrail çempioni olan komanda ikinci təsniyat mərhələsindən qatıldığı Çempion Liqasının oyununda Finladiyanın «HİK Helsinki» və ardınca da Yunanıstanın PAOK klubunu keçərək Avropanın ən titulu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Burada - qrup mərhələsində isə «Bayern», «Yuventus», «Ayaks» kimi klublarla mübarizə aparan «Makkabi», 4 xal toplamağı bacarmışdı. Bu xallar isə evdə «Ayaks»ı udmaq və «Yuventus» 1-1 hesablı heç-heçə hesabına əldə olunmuşdu. Bundan sonrakı mövsümdə avroliqaya vəsiqə qazanan «Makkabi» təsnifat mərhələsinin oyununda «Apoel Nikosiya»ya məğlub olaraq Avropa turnesini erkən bitirmişdi .
rnrn2007/2008-ci ilər mövsümündə yenidən Avroliqaya vəsiqə qazanan Təl-Əviv təmsilçisi, ilk mərhələni adlasa da, ikinci mərhələdə Türkiyə təmsilçisinə uduzaraq yenə mübarizəni vaxtından əvvəl dayandırmışdı. Maraq üçün deyim ki, həmin Türk klubu bir neçə gün əvvəl həmyerlifmiz Amid Quluzadənin transfer olduğu Kayseri təmsilçisi «Ərciyəsspor» idi.
rnrn2007/2008-ci illər mövsümündən sonra iki il avropada oynamayan «Makkabi» , 2010/2011-ci illər mövsümündən sonra yenidən Avroliqaya vəsiqə qazanıb və bu dəfə ikinci mərhələni keçərək, üçüncü mərhələdə Yunanstanın tanımış «Olimpiakos» klubu ilə qarşılaşan İsrail klubu evdə 1-0 hesabı ilə qələbə qazanıb. Səfər oyununda 2-1 hesabıyla məğlub olan «Makkabi» məhz səfər qolu sayəsində turu adlayan təfər olmuşdu. Pley-off-dakı rəqib isə Fransının PSJ klubu idi. «Makkabi» bu dəfə də doğma meydanda qələbə qazandı - 4-3, amma səfər matçında 2-0 uduzaraq mübarizəni dayandırdı.
rnrn«Makkabi» sürətli oyun oynamağı çox sevir və qısa ötürmələrə üstünlük verir. «Makkabi» əsasən ortadan oynayır, ara ötürmələri edərək qol vurmağa çalışır və «dabel» «pas»lardan çox istifadə edirlər. Bu komanda cinahlardan hücuma keçən zamanəsasən uzun ötürmələrdən istifadə edir və yaxud da boşluq yaradıb ortaya aqressiv girişlər edirlər.
rnrn«Makkabi»nin orta xətti çox güclüdür. Demək olar ki, komandada olan futbolçular əsasən orta xəttə meyillidir. Məsələn: Aris Medunyanin, Dor Malul, Maor Buzaqlo, Giz'rmo İsraelovic. Bu oyunçular çox səviyyəli və təhlükəli futbolçulardır. Nəzərə alsaq ki, komandanın uğurunu əsasən orta xətt həll edir, o zaman «Xəzər-Lənkəran» adını çəkdiyim futbolçulara xüsusi nəzarət etməlidir.
rnrnYarımmüdafiə ilə yanaşı, «Makkabi»nin çox güclü hücum xətti də var. Öndə çıxış edənlərdən Eliran Atar, Barak İtzhaki, Roberto Kolauti kimi oyunçuların adını çəkə bilərik ki, bunlar hər an Kamran Ağayevi cəzalandıra bilərlər.
rnrnAmma «Makkabi» ideal səviyyədə komanda deyil. Təl Əviv klubunun zəif cəhətləri də az deyil. Başlayaq elə oyun taktikasından. Pressinqlə oynayan istənilən komanda «Makkabi»nin oyun tərzini asanlıqla poza bilər. Bu zaman onlar hücum qurmaqda çətinlik çəkirlər. Əsas da odur ki, «Makkabi»nin futbolçularını boş qoymayasan.
rnrnArxada qalan mövsümdəki oyunlara əsaslanaraq deyə bilərəm ki, hazırda «Makkabi»nin müdafiə xətti zəifdir. Bu komanda evdə ancaq hücum haqda düşündüyündən, «Xəzər-Lənkəran» rəqibin zəif müdafiəsindən istifadə edib kəsərli əks-hücumlarla «Makkabi»ni cəzalandıra bilər.maraq üçün deyim ki, «Makkabi» son mövsümdə çempionatda 53 qol vurub və 40-nı da buraxıb. Bununla da qol fərqi 13 edir. Amma deyək ki, çempionatda birinci və ikinci yeri tutan komandalarda top fərqi müvafiq olaraq 35 və 36-dır.
Təcrübəyə gəldikdə, bu baxımdan «Makkabi»nin zəif olduğunu deməzdim. Amma hazırkı vəziyyət başqa məqamdan xəbər verir. Məsələ ondadır ki, son zamanlar «Makkabi» əsasən gənc və yerli oyunçulara üstünlük verməyə başlayıb. Bu da hazırkı heyət üçün zəif cəhət sayılır.
rnrnVə sonda komandanın azarkeşləri barədə. «Makkabi»nin fanatları İsraildə ən çılğın azarkeşlər kimi tanınır. Və oyunun son saniyəsinə kimi komandalarını tək buraxmırlar. Ümid edirəm ki, İsraildə yaşayan bir azərbaycanlı kimi doğma vətənimin komandasına lazımlı məlumatları verə bildim. İnşallah «Xəzər-Lənkəran» turu adlayaraq bizi sevindirər.
rnrnXüsusi olaraq Stadium.Az saytı üçün Təl-Əvivdən, Mixlelet Ort Singalovski Universitetinin EnergetikarnMühendisirnfakultəsinin 5-ci kurs tələbəsi:
rnrnRasim MURADOV
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |