Hesabat verildi, hesab verən isə olmadı! - YAZI
20 milyonluq büdcəsi olan AFFA-nın qəzeti klubların əlinə baxırsa, digər mətbu orqanlar nə etməlidir?
AFFA 2013-cü il maliyyə hesabatını təqdim etdi. Aydın oldu ki, büdcənin təxminən yarısı milli komandalara xərclənib. Lakin 9 milyonu aşan büdcə ilə əsas yığmamız 9 xal qazanıb, U-17, U-19, U-21 millilərimiz yenə də heç bir ciddi uğura nail ola bilməyiblər. AFFA prezidenti Rövnəq Abdullayev özü də çıxışında qeyd etdi ki, xərclənən pulların qarşılığında əldə olunan nəticələr böyük deyil.
Ötən ilin xərcləri arasında bir çox qaranlıq rəqəmlər gözə dəydi. “Cross Culture” layihəsi və Alman məktəbinə ötən il ərzində 182 min manat xərclənib. Hansı alman məktəbinə? Belə bir məktəb həqiqətən varsa, AFFA həmin məktəbin ünvanını versin, orada görülən işlərlə tanış olaq. Bəs, “Cross Culture” nə layihədir? Nə qədər axtarışlar etsəm də bu layihə ilə bağlı ümumiyyətlə heç bir məlumat tapmadım. Almaniyadakı məktəbin və “Cross Culture” layihəsinin adından başqa ortada heç nə yoxdur. Bu pulun hesabını kim verəcək?
Daha bir absurd rəqəm AFFA-nın nəzdində fəaliyyət göstərən “Futbol dünyası” qəzetinin xərcləri kimi göstərilib. Həftədə 3 dəfə çıxan qəzetin illik xərcləri 216 min manat təşkil edib. Maliyyə hesabatını hazırlayan, audit yoxlamanı həyata keçirən şəxslər bu absurd rəqəmi necə təsdiqləyiblər? Məndə olan məlumata görə, Mikayıl Nərimanoğlunun baş redaktoru olan qəzet klublardan alınan reklamlar hesabına yaşayır. AFFA-nın rəsmi qəzetinin klublardan reklam alması özü də ayıb sayılmalıdır. Təsəvvür edin ki, 20 milyonluq büdcəsi olan AFFA-nın qəzeti klubların əlinə baxırsa, digər mətbu orqanlar nə etməlidir? İndi sual yaranır ki, əgər “Futbol dünyası” klubların hesabına maliyyələşirsə, 216 min manat hara gedib? Rövnəq Abdullayevə də bu barədə sual verdim və bu an federasiyanın mətbuat katibi Mikayıl Nərimanoğlu kəkələyə-kəkələyə “reklamlar da veririk” deyə mızıldandı. Əlimdə dəqiq fakt olmadığı üçün Nərimanoğlunu yeyintidə ittiham edə bilmirəm, ancaq saxtakarlığını sübut edə bilərəm. Birincisi, 216 min manat çox ciddi rəqəmdi və bu pula 20 dənə “Futbol dünyası” kimi qəzet yaratmaq olar. İkincisi, əgər 216 mini başqa istiqamətdə xərcləyiblərsə, bunu “Futbol dünyası”-nın adına yazmaq saxtakarlıqdı. Üçüncüsü, AFFA mətbuata reklamlar verirsə, niyə bunu açıq şəkildə etmir və hansı şərtlər altında reklam siyasəti apardığını açıqlamır? Uzun illər mətbuata qarşı ayrı-seçkilik edən Elxan Məmmədov jurnalistlərin başını bir-iki səfərlə aldatmaqla mətbuata ayrılan pulların əsas hissəsini dost-tanışının cibinə basır. Bu, saxtakarlıq deyilmi?
AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu barədə də qeydlərim var. Həmkarlarım onu çox tənqid ediblər, hətta zaman-zaman təhqirlərə də layiq görüblər. Yaxşı da olsa, pis də olsa, mən Mikayıl bəyi mətbuatın (yad) nümayəndəsi saymışam. Bəzən mənə elə gəlir ki, bu adam AFFA-da hansı vəzifəni daşıdığının mahiyyətini anlamır. O, AFFA-da mətbuatın nümayəndəsi olmaq, mətbuat nümayəndələri ilə fedarasiya əməkdaşları arasında körpü yaratmaq, jurnalistlərin maraqlarını müdafiə etmək əvəzinə, “mətbuatın düşməni” adını mənimsəyib qələm əhli arasında. Mikayıl bəy anlamır ki, Elxan Məmmədovun köməkçisi kimi fəxri adlar qazana bilər, ancaq həmkarlarının hörmətini qazana bilməyəcək. Ancaq bu yaşdan sonra o, çətin dəyişər.
Emin ABBASOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |