“Qarabağ”a bax, için göynəsin, Foqts!
"Qarabağ" litvalılara da göstərdi futbol nədir, Foqtsa da! Yenə Avroliqa, yenə Qarabağ, yenə tarix! Başın sağ olsun, Berti Foqts! Kim nə edir etsin, pislik etsin, qarğış etsin xeyri olmaz, Allah sevdiyi bəndəsini məsləhət bildiyi an istədiyi zirvəyə qaldırar və bunu heç kim və heç nə əngəlləyə bilməz. Yan tökül Foqts! Qoy, sənin AFFA-dakı himayədarların və onların əlində alət olan mətbuat da baxsın, içi göynəsin. Qurban Qurbanov yenə sənə pulsuz dərs verdi. Sən milli üzvlərini süni örtüklü meydançalarda "çapdığın" halda, Qurbanov təbii örtüklü meydançalarda düzgün hazırlığın bəhrəsini gördü, öyrən qoca alman! Hamı deyir, "gərək milli "Qarabağ"ın futbolunu oynasın". Bunu Qurban bəy bacarır, Fotqs bacarmaz. Yan Foqts, yaaannn! Bəs, deyirdin azərbaycanlılar futbol oynaya bilmir? Bəlkə sən onları oynada bilmirsən, Foqts? Əminəm ki, "Qarabağ"ı sənə versəydilər, Litvada bizi faciə gözləyəcəkdi. Fotqs oturub dua edirdi ki, "Qarabağ" udmasın. Alınmadı Foqts, başın sağ olsun. Bir az dərindən nəfəs al və reallığı qəbul et - Qurbanov səndən daha yaxşı mütəxəssisdi. Sənin yalnız adın qalıb Fotqs, futbolun isə 15 il əvvəldə. Əgər bu gün Qurban səndən yaxşıdırsa, bunun günahı səndədi. Sən evdə uzanıb pivə içəndə, Qurbanov müasir məşq proseslərini öyrənirdi. Yan Foqts! Bəzən məni ittiham edirlər ki, Qurban Qurbanovu ilahiləşdirirsən. Hə, elədi. Qurban bəy mənim üçün dahidi, futbol dahisi. Mən fəxr edirəm ki, Azərbaycanın Qurban Qurbanov kimi məşqçisi var. Bəs, siz fəxr etmirsiz? Bu Qurban, bu ölkədə nə qədər tarix yazdı, inşallah hələ çox yazacaq. "Banqa"ya səfərdə 4 qol vurdu və bu gecəni bayrama çevirdi bizlər üçün "Qarabağ". "Qarabağ" litvalılara da göstərdi futbol nədir, Foqtsa da! Bizim üçün hər yer Qarabağ, bu ab-havanı sən bizə bəxş edirsən, "Qarabağ"! Unudulmaqda olan İlqar Qurbanov öz oyununu tapır, Bəxtiyar Soltanov "Qarabağ"ın yeni simasını çevrilir, yan Foqts! Bunu qəbul etsəniz də, etməsəniz də, "Qarabağ" buraların "Barselona"sıdı! İlk dəfə Avrokuboklarda səfər oyununda 4 top fərqli qələbə qazandıq. Çox sağ ol, "Avropa fatehi"miz! Təbriklər "Qarabağ", təbriklər Qurban bəy, təbriklər Azərbaycan xalqı...
Rremyerliqa.az
Emin ABBASOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |