"Xəzər"ə 1 molla, 3-4 yaşlı arvad lazımdı ki… - YAZI
Bu xəmir ya çox çu aparacaq, ya da bu gəmi çox uzaqlara üzəcək. Hər iki halda şərtin şumu «çox»du. Şərti şumda kəsərlər ki, xırmayanda yabalaşmayasan. «Xəzər Lənkəran»ın əkin sahəsi genişdi. Məşqçinin biri gəlir, tarlaya baxır, burdan nə qədər məhsul götürəcəyini vəd edir, touxunu səpməyə başlayır. Biçin vaxtı yetişir, dediyi olmur, bir ikincisi gəlir. Və başlayır vədlərini sıralamağa. Bir, iki, üç… Qurtarmır bu vədlər. Yığım dövrü başa çatır, məlum olur ki, «Xəzər Lənkəran»ın özü qurtarıb. Bitib hər şey.
Con Toşakın papağını Mustafa Dənizlinin başına da qoydular, heç nə dəyişmədi. Yenə dəyişikliyə gedilir. Deyəsən, Mirça Rednik gəlir. Yenə. Yenə o hallar təkrarlanacaqmı? Yenə futbolçular onun «torba»sını hazır hala gətirəcəklərmi? Zamanla güləşəsi məsələdi. Yaşayırıq və görərik. Lənkəran azarkeşləri baş verənləri yaxından izləyir və üzülür. XL fanlarından Hacı Mərdanın Sportinfo.az-a göndərdiyi növbəti yazıda klubun bəzi rəsmiləri istefaya çağırılıb:
Vay «Xəzər», Vay!!! «Xəzər Lənkaran»da yənə də məşqçi istefası! Vallah, mən artıq «Xəzər»in məşqçi dəyişikliyinin sayını itirmişəm. O klubda məşqçi yox, rəhbərlik dəyişməlidi. Mais Mənsimovla Tuyqun Nadirov «vəssalam, şüt-tamam!» deyirlər. Rednik gəlir? Niyə yollamışdız, niyə də qaytarırsız? Mənim fikrimcə, o kluba kimi gətirsən, Mustafa Dənizli kimi, o da Xəzərin çirkablı dalğasında boğulacaq. Çunki rəsmilərin futboldan anlayışı yoxdu.
Heyif, Mübariz Mənsimovun xərclədiyi pullara! Ən əsas məsələdə, heyif, Lənkaran azərkeşlərinin o sevgisinə! O sevgi heç bir Azərbaycan klubuna qarşı yoxdu. Bunu hamı qəbul edər ki, Azərbaycanda yeganə klub «Xəzərdi» ki, azərkeşi komanda uduzanda hönkürtüylə aglayır! Bəylər, heç biriniz fikirləşməyin ki, bu azərkeş daimidi. Getdikcə az-çox qalan azerkeş də klubdan üz döndərəcək. Bəzi klublar kimi “dönər”azərkeşlərə möhtac qalacaq. Nə qədər ki bu baş verməyib, gedin. Gedin ki, futboldan anlayışı olan idarə etsin komadanı. İdarə etsin və uğur qazansın! Bu qədər vəsaitin qarşısında heç nə edə bilməmək sizi heç düşündürmür? Çevrilib arxanıza baxın: neçə məşqçi, neçə futbolçu ilə yolları ayırmısız. Nə faydası, rəsmilər?
Mənə elə gəlir, «Xəzər»in indiki halında heç bir özünə hörmət edən məşqçi gəlib işləməz. Çünki ən çox 3 aydan sonra gedəcək bu klubdan! Çünki bu komandanı peşəkarlar idarə etmir! Əgər siz həqiqətən də «Xəzər»in uğurlarını istəyirsizsə, gedin! Siz getməsəz, bu klub özünə gəlməyəcək heç vaxt!
Mən istərəm ki, bu klub zirvələrdə olsun. Axı bu klubun həqiqətən möhtəşəm azərkeşi var. Yadınıza salın, 3-4 il bundan qabağa qədər «Xəzər»in hər ev oyununda, hətta səfər oyunlarında minlərlə azərkeş olurdu. Bəs indi? Siz qovduz onları bu meydançalardan. Əməllərinizlə, qeyri-peşəkarlığınızla qovduz! Hər qabağınna çıxan «Xəzər»ə 3-4 qol vurur. Bu oyunla azərkeş gələr stadiona? Gəlməz, qardaşlar, gəlməz! Gedin papağınızı qoyun qabağınıza! Rəsmilər, əməlli-başlı fikirləşin! Belə yerdə deyirler: vay, «Xəzər», vay!
P.S Bizim kənddə belə bir deyim də var: «Xəzər»in indiki gününə 1 molla, 3-4 yaşlı arvad lazımdı ki, molla rozə desin, arvadlar da ağlasın!
Hacı Mərdan
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |