Bravo “Land of fire Azerbaijan”, Bravo Hafiz Məmmədov!
“Azərbaycanın “Atletiko”ya sponsorluğu heyranedici uğurun sübutudur. “Atletiko”nun ÇL-in finalına vəsiqə qazanması “Stemford Bric”də ispan fanatlarla yanaşı, Azərbaycanın paytaxtı Bakıda da futbol azarkeşlərinin sevincinə səbəb oldu. “Atletiko”nun bu uğurları həm də varlı neft ölkəsi olan Azərbaycanın sponsorluğu
nəticəsində gerçəkləşib. Bu əməkdaşlıq çərçivəsində ötən il “Atletiko” Bakıya səfər etdi. Bundan başqa, müqaviləyə
uyğun olaraq, Azərbaycanın
yeniyetmə futbolçuları “Atletiko”da hazırlıq keçiblər”. Bu sözlər İngiltərənin ünlü “Guardian” qəzetinın tanınmış yazarı, jurnalist Ouen Gibsona məxsusdur. Gibson bir neçə gün əvvəl “Guardian”da geniş bir yazı yazaraq “Atletiko”ya Azərbaycan sponsorluğundan və bunun mahiyyətindən bəhs etmişdi. Təəssüf ki, idman mətbuatımızda bir ingilis qədər düşünən çox az sayda jurnalist var. Bu da əsl idman jurnalisitlərinin sayının az olmasından irəli gəlir. Yazıda heç layihənin səbəbkarı Hafiz Məmmədovun
adı da çəkilmir. Bütün vurğu Azərbaycan
üzərinə düşür. Halbuki, bütün zəhməti çəkən “Bakı” klubun prezidenti, iş adamı Hafiz Məmmədovdur. Ancaq o da cənab prezidentin siyasətinə
uyğun olaraq ölkə üçün çalışır, etdikləri Vətən üçündür. Hə, deyə bilərsiniz ki, atasının pulu deyil ki, dövlətin puludur?! Nəzərinizə çatdırım ki, Hafiz Məmmədov kifayət qədər tanınan iş adamıdır. Bu ölkədə milyonları olacaq o qədər milyonçu var ki. Hansı belə iş görür? Görməkləri bir yana, hələ Məmmədova badalaq vurmağa çalışanlar da var. Heyf ki, belə bədxahlar bir ingilis jurnalist qədər də Azərbaycan üçün düşünmür, ancaq ciblərini, qarınlarını
güdürlər.
“Atletiko” rəsmiləri deyir ki, ödənilən 12 milyon avronun qarşılığında
formalarının
üzərində Azərbaycanın adının yazılması onlar tərəfindən
atılmış xeyirxah bir addımdır və bu münasibətlər ənənəvi sponsorluq
dəstəyindən daha da irəli gedir. İngilis yazar sonda onu da vurğulayır
ki, əgər “Atletiko” Lissabondakı final matçında “Real”a qalib gəlib Çempionlar
Liqasının kubokunu qazansa, o zaman bu, zəfər təkcə Portuqaliyanın və İspaniyanın paytaxtında
deyil, həm də Xəzər dənizininin sahilində – Bakıda da qeyd ediləcək. Təbii ki, belədir. Məmmədovun “Atletiko”yla bu əməkdaşlığı və Fransada “Lans” klubunu almasından sonra Azərbaycanı
tanımayan qalmadı. Məhz bu siyasətin nəticəsində İspaniyanın mərkəzi olan Madriddə, Fransada Xocalı soyqrımı bir daha dünyaya çatdırıldı.
Azərbaycanda isə hələ də bunu qavramayan, anlamayanların sayı həddən çoxdur. Əsas problem də budur. “Atletiko” “Land of fire Azerbaijan” sözləri yazılan formayla oyunlara
2013-cü ilin martından sonra çıxır. Məhz o zaman “Bakı” klubu ilə imzalanmış
əməkdaşlıq müqaviləsindən sonra bu addım atıldı. Bu yaxınlarda isə müqavilənin müddəti 2016-cı ilin yanvar ayına qədər uzadılıb. Nəyi pisdir ki? Hətta “Atletiko”nun prezidenti
Enriko Sereson bu əməkdaşlığın həm də Azərbaycanın dünyaya daha da tanıdılması
baxımından əhəmiyyətli olduğunu deyir. Nədənsə bunu qəbul etməyənlər
bir ispan, bir ingilisdən fərqli olaraq, Azərbaycan mənafeyinə qiymət verməyəcək qədər ermənipərəst
ürəklidir. Açın gözlərinizi
və yaxşı baxın – bütün dünya bu layihədən danışır, “Atletiko”nun forması üzərində olan “Land of fire Azerbaijan”la maraqlanır, bununla ölkəmizi tanıyırlar. Siz isə bundan imtina edirsiz. O zaman bu vətənin, bu ölkənin pisliyindən başqa heç nə istəməyən bir erməni dığasından nə fərqiniz var? Buxara olmasa da, papğınızı qarşınıza qoyub yaxşıca fikirləşin.
P.S. Bu yazının yalnız tərifdən ibarət olmasını düşünə, məllifi öz fikrinizdə ittiham edə bilərsiz. Heç də elə deyil. Əgər “Land of fire Azerbaijan” indi finalda olmasaydı, bu yazıda yazılmayacaqdı. Deməli, “Land of fire Azerbaijan” bu yazını haqq etdi. Bu səbəbdən, haqq sahibinə haqqını vermək imandandır. Əksini düşünənlərinki isə imansızlıqdandır...
Vüsal Gözəlov, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |