PFL-in suya düşən "planı" və ya Sadıq Sadıqov niyə finalda yox idi?
Azərbaycanın flaqmanı olan “Neftçi”
futbolumuzda tarix yazmağa davam edir. Son 3 mövsümdür ölkə kubokunun finalına yüksələn
Sadıq Sadıqovun komandası, ardıcıl ikinci ildir ki, kuboka sahib olur. İlk
mövsümdə “Bakı”ya uduzan “Neftçi”, ötən mövsüm “Xəzər Lənkəran”a, ötən gün isə “Qəbələ”yə
oyunsonrası penaltilər seriyasında qalib gələrək koboku özündə saxladı.
Oyundan əvvəl görünən mənzərə isə belə
olacağından xəbər vermirdi. Sözün hər mənasında “Qəbələ” finala əla
hazırlaşmışdı. Ölkənin aparıcı dövlət adamlarından olan “Qəbələ”nin sahibinin
sahib olduğu bütün yerlərdəki işçilər Respublika stadionuna “ezam” olunmuşdu.
Koboku da qazanacaqlarından əminiydilər. Əbəs yerə deyildi ki, “Qəbələ”nin
prezidenti Tale Heydərov da stadionda idi. Cənab Heydərov bütün motivasiyasını
kuboku başı üzərinə qaldırmağa kökləmişdisə, “Neftçi”nin prezidenti Sadıq
Sadıqov heç stadionda yox idi. Niyə? Bu barədə bir qədər sonra...
Əslində PFL də kuboku “Qəbələ”nin qazanacağını
planlaşdırırdı. Əvvəlcədən jurnalistlərə “heç kim kubokun təqdimolunma mərasiminə
yaxınlaşa bilməyəcək” xəbərdarlığı da bundan xəbər verirdi. Fikirləşmişdilər
ki, birdən “Qəbələ” kuboku qazanar, Tale Heydərov kuboku almağa gələr, hətta cənab
Kəmaləddin Heydərov fikrini dəyişərək stadiona təşrif buyurar, jurnalistlər də
hörmətli nazirin əl-ayağına dolaşmasın. Yoxsa əsəbləşib PFL-ə nəsə deyərlər.
Planlaşdırılanlar olmadı. Ölkə kubokun “Neftçi” qazandı. Nə oğul, nə də ata
Heydərov təqdimolunma mərasiminə qatıldı. Artıq jurnalistlər də heç kimə “ilişməyəvək”di.
Buna görə də, qadağa aradan qalxdı və bütün KİV nümayəndələrinin kubokun təqdimolunma
mərasiminə qatılmasına icazə verildi. Bir neçə gün əvvəl Naxçıvanda Vasif
Talıbova kubok verən Ramin Musayevin “Heydərovlara da kubokla yaxınlaşma”sı planı
suya düşdü.
Bəs Sadıq Sadıqov niyə yox idi? Az qala
komandanın bütün məşqlərinə qatılan, dünənki final oyunundan öncəki gün heyətin
son məşqində olan, sona kimi komandasının yanında qalan Sadıq Sadıqov ölkə
kubokuna bu qədər əhəmiyyət vermir ki, oyuna gəlmir? Yəqin ki, belə olduğunu
düşünmək sadəlövlük olar. Güman etmək
olar ki, Sadıq Sadıqov kubokun təqdimolunma mırasiminə AFFA prezidenti Rövnəq
Abdullayevin qatılmayacağını daha əvvəlcədən bilib. Buna görə də, oyuna gəlməyib.
Son illərdə bir qayda olaraq Rövnəq Abdullayevin medal təqdim etdiyi, hətta ölkə
prezidenti cənab İlham Əliyevin cərəncamı ilə idman sahəsindəki uğurlarına görə
“Tərəqqi” medalı alan S.S, PFL başkanı Ramin Musayevdən və artistlik maskasıyla boyanmış Elxan Məmmədovdan medal almaq istəməyib.
Təbi ki, bu, müəllifin gümanıdır və haqlı olduğundan əmindir. Niyəsini bilmək
isə o qdər də çətin deyil. Sadəcə keçmiş “Neftçi” rəhbərliylə indikini müqayisə
etdikdə, hər şeyin görünən dağ kimi ortada olmasının şahidi olmaq çətin olmadığını
hər açıdan görmək lazımdır.
Hər halda “Neftçi” prezidenti də bundan sonra
başqanı olduğu klubda daha ehtiyatlı olmağa davam etməlidir. Çünki bir kişi digərinin
planların suya salanda, ortaya daha düşünülmüş, qarşı alınmayacağı düşünülən
hiyləgər planlar meydana çıxır. Buna da hazır olmaq lazımdır. Axı ilanın
quyruğun tapdaladınsa sona kimi sancmaq üçün sənin ətrfaında fırlanacaq...
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |