Anar Məmmədovun ulu öndərin xatirəsinə həsr olunan ən bərbad turniri barədə - YAZI
Ötən həftə Azərbaycan Qolf Federsiyası Quba
Qolf Klubunda turnir keçirdi. Özlərinin beynəlxalq dedikləri bu turnirdə
iştirak edən iştirakçıların adları isə heç it dəftərində də yox idi. Hələ buna keçməmiş bəzi mətləblərə
toxunum...
Heç vaxt nə qolfa baxmışam, nə də oynamışam.
Bu dəfə çox maraqlı gəldi. Fikirləşdim, Qubaya gedəcək digər iki həmkarımla ora
yollanıb, bu idman növüylə də yaxından tanış ola bilərəm. İnsafən demək
lazımdır, Qubaya getmək üçün təşkilatçılar çox yüksək səviyyədə nəqliyyat vasitələri
ayırmışdı və gediş gəliş olduqca rahat oldu. Əsas məsələ isə gediş və gəlişdə
yox, bu gedişlə gəliş arasında olan zaman kəsiyində baş verənlərdə idi.
Qubaya çatdıq, jurnalistlər üçün yaxşı olmasa
da, həmin an üçün sərin hava şəraitini nəzərə alsaq, normal press-zona təşkil
edilmişdi. Yemək-içmək də öz yerində. Özünə qulluq elə, işini gör.
Açılış – daha doğrusu rəhbər şəxslərin çıxışı
üşün münasib olmayan yerə qurulan
tribunadan ilk çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov
oldu. Məhz hörmətli Məmmədovun çıxışı zamanı bəndəniz bildi ki, bu turnir
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilibmiş. Elə bu yerdə deyək
ki, turnirin keçirildiyi gün – iyunun 6-sı nə mərhum liderin doğum gününə təsadüf
edirdi, nə də vəfat. Yəni ümummilli
liderin xatirəsinə həsr olunan bir turnirin zaman seçimi belə anormal idi.
Məmmədovun çıxışından sonra açılış oldu və
adları it dəftərində belə olmayan iştirakçılar əllərinə “dəyənək” alaraq
başladılar balaca qolf topların dərə aşağı, dərə yuxarı vurmağa. Nə var, nə
var, axırda bu şaybanı aparıb salacaqlar o blaca deşiyə. Elə o zaman anladım
ki, çox mənasız idman növü imiş.
Günorta çatmışdı, namaz vaxtıydı. Bunun üçün
isə dəsdəmaz almaq gərəkirdi və təharətlə su lazım idi. Həmin an üçün ərazisində
olduğumuz “Rixsos” otelin az qala hər metrində xüsusi geyimli mühafizəçilər dayanırdı.
Dəsdamaz almaq üçün məndan başqa digər 3 həmkarımla bir neçə obyektə
yaxınlaşsaq da, bizi tualetə buraxan olmadı. Hər cəhdimizdə bizi tualetə buraxmadılar.
Dedilər, nazir oğlu burdadı, içəri girmək
olmaz. Həmin an, həmin qoruyucuları başa sala bilmədim ki, mənim nazir oğluyla
heç bir işim yoxdu, işim ehtiyacımı yerinə yetirmək üçün tualetlədir. Ancaq
danışığımdan ətrafdakı kor qızların gözü açıldı, lal balalar dil açıb danışdı,
bu zırrama mühafizəçilər qanmadı ki, qanmadı. Otel ərazisin dolaşaraq bir
balaca obyektdə - uşaqlar üçün olan restoranda təharət tapıb, dəsdamaz ala
bildik. Buna da şükür deyib namazımızı nəhayət ki, qıldıq. Şükürlər olsun!
Ən maraqlısı isə o idi ki, o boyda “Rixsos”
oteldə bizə namaz qılmaq üçün kiçik bir otaq da vermədilər.
Səbəb?: “Nazir oğlu burdadı”
Etiraz: “Ay qardaş, heç kim Allahdan üstün
deyil”
Cavab: “Qardaş, bizə belə göstəriş verilib, vəssalam!”
Nə isə...
Dönürük press-zonaya. İçməyə su qurtarıb, təlabat
var, su yoxdu. Qarşı tərəfdəki ofisantlara yaxınlaşırıq su və ya çay içməyə.
- Qardaş, ödənişlidir. Əvvəlcədən deyək, biləsiz.
- Çay neçəyədir?
- Bizim pulla 2 manat, dollarla 5 dollar.
- Bəs “Red bull”?
- 7 manat.
- Qaqa, biz burada otelin qonağı yox, tədbiri
işıqlandırmaq üçün dəvət olunan jurnalistlərik. Yəqin ki, bizə ödənişli olmaz.
- Yox, bizə deyilib ki, filan adamlardan başqa
hamıya ödənişlidir.
De qal susuz, sənə qolf lazımdır? De öl burda
susuzluqdan...
“Möhtəşəm turnirin” bağlanış mərasimi saat
19:00-da oldu. Ən pisi isə o idi ki, saat 19:00-a qədər bizi qapı önündə gözlədib,
başımıza gün döyməyin sey edən qoçular, düz saatın tamamında jurnalistləti içəri
buraxdı. Və içməli sular (təbi ki spirtsiz içkilərdən söhbət gedir) yenə ödənişli
idi.
Bəndəniz üçün ən maraqlı hadisə qalibin adı
açıqlanan zaman oldu. Yanımda bir uzunsaç türkiyəli dayanmışdı. Bu kişini heç
açılışd da görməmişdim. Qalibin adı elan olunanda yanımdakı kişi dik atıldı: “Vay
anasın satıyım lan, şampion ben olmuşum”.
Özü belə inanmırdı...
Tədbirdən sonra isə Anar Məmmədov sosial şəbəkədə
bu turnir barədə o qədər ağız dolusu yazıb ki... öldüm lap gülməkdən. Anar bəy,
nəqliyyat qoçularının bənzərlərini biz turnirdə gördük. Müsəmançılıqların kənara
qoyub sizin turniri işıqlandırmağa gələn jurnalistləri tualetə qoymayacaq qədər
(özdə harda, “Rixsos” oteldə) gerizəkalıydı sizin adamlar. Başqa iradlarımı da
yuxarıda az da olsa yazmışam.
Hörmətli nazir oğlu elə düşünür ki, başına 4-5
gülüş ustası yığmaqla adın ulu öndərin xatirəsinə həsr olunan turnir qoyub bir
dambıltı keçirməklə özün dövlət başçısına reklam edəcək. Amma əmin olun ki,
yuxarıda sadaladığım biabırçılıqlardan sonra bu turnir ulu öndərin xatirəsinə həsr
olunmuş ən pis turnir kimi tarixə düşdü.
Siz bundan sonra turnir keçirməmişdən əvvəl
jurnalistlər üçün tualet məsələsin həll edin, sonra işə başlayın.
P.S. Fotolardan da görürsüz ki, qonaqlar arasında bir neçə tanınmış gülüş ustası var. Həqiqətən bu turnir elə onlar üçün idi. Gülməli turnir.
P.S.S. Yəqin aşağıdakı fotolarda iştirakçıların nə qədər cavan olduğunu da görürsüz!
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |