Hafiz Məmmədov haqda yaz(ıl)anlara sözardı
“Bakı” klubu və bu komandanın sahibi olan Hafiz Məmmədov barədə yazılanlar səngimək bilmir. Nələr yazırlar eee, nələ?!
Son müşahidələrimdən belə qənaətə gəldim
ki, bir çoxları Hafiz müəllim barədə yazmaq üçün, daha doğrusu yazdığının diqqət
çəkməsi üçün özündən fantaziyalar yaradır, sonra da bunu mundarçılıqla
saytında, qəzetində dərc edir. Buna sonra qayıdacam...
5-10
MİLYON ONUN ÜÇÜN NƏDİR Kİ?!
Hansı səbəbdən olduğun bilmirəm, amma
“Bakı” klubunda yaranan maliyyə problemi də itlərin əlinə yamanca bəhanə verdi.
İndi söz yox ki, “Bakı”nın futbolçularının pulu 5-6 aydı verilməyib. Bəs bu deməyə
imkan verir ki, Məmmədov kasıb düşüb? Əsla! Hafiz müəllim nə qədər kasıblasa da,
3-4 milyon, hətta 5-10 milyon manat onun üçün böyük bir para olmaz ki,
futbolçularının pulun versin. Ən pis halda bunu milyonçu dost-aşnasından alar,
futbolçunun pulun verər. Bu, sadəcə bəndənizin subyektiv fikridir və obyektiv
olduğuna da tam əminəm. Bəs bu problem niyə həll edilmir? Bax əmma da bu “niyə”dədi.
Demək ki, Məmmədov da nəsə bilir, yoxsa bu kiçik problem çoxdan yox edilmişdi.
Başqa bir qənaətim də budur ki, kimlərsə ona maneələr törədir ki, bu problemin
həlli yubansın. Sonuncu variant isə daha ağılabatandır.
UĞURUN
GÖZLƏRİ GÖTÜRMƏDİ!
Şübhə etmədiyim mənbələrdən aldığım məlumata görə,Hafiz müəllimin ölkə xaricində futbola yatırdığı pulların qarşılığında əldə etdiyi uğurlar, bunun nəticəsində xaricdə ortaya qoyduğu diaspora işləri, əvvəl “Atletiko”nu, daha sonra isə bu komandayla birlikdə İspaniya La Liqa kubokun Azərbaycana gətirərək ölkə prezidenti cənab İlham Əliyevə təqdim etməsi içəridə olan çoxlu sayda insanlara xoş gəlməyib. Millətin qanında, damarında var axı, yuxarı gedənin ayağından tutub dartsınlar aşağı ki, “ayə, hara gedirsən? Biz qaldıq axı?!”.
Uzun sözün qısası, “Land
of Fire Azerbaijan”ın ortaya çıxması və bu adın brendə çevrilərək Azərbaycanı
bütün dünyaya tanıtması məhz Hafiz Məmmədovun adıyla bağlı oldu. Məmmədov da həqiqətən
son 1-2 ildə çox adından söz etdirdi və az qalsın bu şəxsi bütün dünya tanısın
vətanıdı da. Bax bununla da Məmmədovun qarşısına süni maneələr, problemlər
çıxartdılar. Yaxşı deyiblər, “milçək bir şey deyil, amma ürək bulandırır”. Bax
həqiqətən eynən bu durum yaranıb. Özləri bir şey deyillər, amma şərəfsizcəsinə
yaratdıqları cılız əngələrlə ürək bulandırırlar. Sizi inandırım ki, “Land
of Fire Azerbaijan” adı brendə çevrilməsəydi, Hafiz Məmmədov da bu ölkənin ən
önəmli iş adamına çevrilməsəydi, indi işlər yağ və bal kimi gedirdi. “Bakı”nın
da heç bir problemi yox idi!
ŞƏRƏFSİZLƏRİN
ƏLİNƏ BƏHANƏ...
Bütün bunlar isə bir çox şərəfsizin əlinə
əla bəhanə oldu.
Futbol tədbirlərində görməyəndə,
atalarından çox darıxdıqları Hafiz Məmmədovu az qalsın xalqa düşmən edələr...
İşçisinə “sən get tədbirə, Hafiz Məmmədov
gəlsə, mənə də tez xəbər elə” deyən əclaf sayt və ya qəzet rəhbəri indi ondan nələr
yazmır...
Qarlı qış gecəsində Məmmədovun
verdiyi bir neçə min avronu gözləri havalanmış şəkildə cibinə basan, daha sonra
“Hafiz müəllim, sizinlə təklikdə danışa bilərəm” deyib, utanmadan, çəkinmədən “biraz
ailə problemlərim var” deyərək daha bir neçə min alıb və sevincindən titrəməyə
düşən qeyrətsiz jurnalistcığazlar indi “Bakı” barəsində elə qeyrətsizcəsinə də
yazmaqdadırlar...
AFFA İcraiyyə Komitəsinin iclasından
sonra qaçaraq, uçaraq Məmmədovun öz ofisinə dəvət etdiyi jurnalistlərə yetişməyə
cəhd edən və aldığı bir neçə min dollardan sonra “mənim heç vaxt bu qədər pulum
olmayıb” deyərək sevincindən uçan əclaf indi uydurma xəbərlər yazmaqdadır...
Hafiz Məmmədova yaxın bir neçə
jurnalistə az qala hər gn zəng edərək, mesaj yazaraq “nə xəbər, şefin yanına
getməyəcəyik ki” deyə soruşan vicdansız indi o qədər uydurma yazır...
Bunu o qədər uzatmaq olar ki... Bütün
günahlar isə Hafiz Məmmədovun özündədir. Çünki onun kimi bir insan bilməliydi
ki, bu qədər yaltaq yığını onun üzünə ona görə gülür ki, şəxsinin nəzakətinə bəlddirlər.
Və bilirlər ki, görüşdən sonra Məmmədov onlara görüm-baxım edəcək. 2-3 aydan
bir bu yaltaq yığının yanına buraxmamalıydı!
Maraqlı bir olay yadıma düşdü. Xarici
səfərlərin birində Məmmədov jurnalistə pul verir. Jurnalist isə “mən rüşvət qəbul
eləmirəm” deyir. Hafiz müəllim isə gülümsəyərək “qardaş, bu rüşvət deyil. Rüşvəti
millətin içində vermirlər. Bura yad yerdi, aın, edin şəhərə çıxın. İstəsəz
yaxınlarınıza nəsə alın. Əgər istəmirsən nəsə almaq, al bu pulu, çıx oteldən kənara,
payla kimsəsizlərə”.
Jurnalist pulu alıb qoyur cibinə,
axaş da daha nələr-nələr edir, orasını yazmaq ayıb olar...
“Bakı”nın oyunundan sonra Hafiz müəllimin verdiyi 2-3 min dolları alanda “mən bunu ancaq reklam pulu kimi götürürəm” deyən jurnalist bir neçə gün sonra soruşur ki, “sən bilərsən, “Bakı” reklam pulların verməyəcək?”.
Adamda üz də yaxş şeydir də...
Nə etsin? Hafiz Məmmədov bax belə
insandır. Bunu o qədər də çox
uzatmayacam. Sizcə onun bu qədər yaxşılıq etdiyi jurnalistlərin indi onun haqda
bu qədər ağ yalanlar yazması kişilikdəndir, vicdandandır, qeyrətdəndir? Gərək
bunlar o adamda olsun axı, yoxdur, ona görə də yazır.
Kərbəlayi Ələmdarın Cümə moizəsindən
sonra dediyi bu sözlər yadıma düşdü: “Vəhabi olmaq üçün əvvəl şərəfsiz, qeyrətsiz,
namussuz, vicdansız, əclaf olmaq lazımdır, sonra vəhabi”.
Həqiqətən də, Məmmədovun o qədər
yaxşılıqlarından sonra onun barəsində belə şeylər yazmaq üçün elə Kərbəlayinin
dediklərindən olmaq lazımdır.
ÖZLƏRİN
SONUNCU YOLA QOYDULAR...
Ötən gün isə bunlar özlərin sonuncu
yola qoyduqların açıq şəkildə, nümayişkəranə etiraf etdilər. Hafiz Məmmədovun həbs
edildiyin yazdılar. Məmmədov bu ölkəyə, xalqa, dövlətə nə etdi ki,
Respublikadan qaçarkən hava limanında həbs edilir?
Yəqin gözünüz aydın olmadı, çünki Məmmədovun
həbsi barədə yayılan xəbərlər ağ yalandan başqa bir şey deyildi. Əlinizə nəsə
keçdi bununla?
Millət, Hafiz Məmmədov həbs edilməyib. Bu xəbər ağ yalandan başqa bir şey deyildi. Aldığım məlumata görə, hazırda Bakıda Hafiz müəllimin çox hörmətli qonaqları var və başı onlara qarışıqdır. Və böyük ehtimalla qonaqların yola saldıqdan sonra jurnalistlər önünə çıxacaq!
Ölkə, millət üçün bu qədər işlər görən, çoxlarına sahib çıxan, kimsəsizlərə yardım edən, üstünə gələni boş qaytarmayan, vətən adın hər şeydən üstün tutan bu insan üçün belə böhtan yazmaq üçün insanlığı kənara qoymaq lazımdır.
P.S. Ay vicdansız, Hafiz Məmmədov barədə bu qədər yazırsan. Bəs nə üçün tez-tez səni nəcis qonaqlığına dəvət edən, ağzına nəcis tökən klubun biabırçı çıxışından da yazmırsan? Çünki ...
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |