O xal nə xaldı, belə düzdürmüsən... - YAZI
Tanrı
daha bir dünya çempionatını görməyi bizlərə nəsib elədi. Braziliyada keçirilən
mundialı da tarixə əmanət verdik. Top, kofe və karnavallar ölkəsində indi tam
sakitlikdi. Elə bil bir-iki həftə öncə ən güclü futbolçular buralarda tər
tökməyib, qələbə qazananda sevinməyib, meydanı məğlub tərk edəndə ağlamayıb...
İndi
bizim azarkeşlər bütün diqqətlərini yavaş-yavaş milli çempionatımıza yönəldə
bilərlər. Üzünüzdəki ifadəni uzaqdan da olsa həmən oxuya bildim. Anlayıram,
sizdən çox çətin bir işi xahiş edirəm. Braziliyadakı möhtəşəm futbol
həyəcanından sonra qurd ulayan stadionlarımızda baş verənləri izləmək adama lap
cəza kimi görünür. Amma nə etməli, şairin sözü olmasın, əvvəlindən belə gəlib
bizimki...
Çempionatımızın
başlanmasına sayılı günlər qalıb. Klublarımız necə deyərlər, yay bazarlıqlarını
yekunlaşdırmaq üzrədilər. Aleksandr Şemonyayevi heyətinə qatan kim, Fərid
Quliyevə elçi düşüb klubunun formasını geyindirən kim... Əsl hay-küy
çempionatın start anından başlayacaq. Hamı düşəcək hakimlərin üstünə. Biri
deyəcək ki, filan hakim fitini gec çaldı, o biri deyinəcək ki, Hakimlər
Komitəsi bizdən nə istəyir? Dostumuz Xaqani Məmmədov da işçilərini müdafiə
etmək üçün sinəsini yenə qabağa verməli olacaq. Lap sonda deyəcək ki, hakim də
insandı, heç kim səhvdən sığortalanmayıb. Yəni köhnə bayatılar
Bu
dağlar, ulu dağlar,
Çeşməli,
sulu dağlar.
Burda
bir qərib ölüb,
Göy
kişnər, bulud ağlar.
İlin-günün
bu vədəsində, hələ milli və güllü çempionatımız başlamamış bu hakimlik
söhbətini niyə qabardıram? Təbii ki, bir səbəb var. Səbəbi söyləməzdən öncə bir
anlıq da olsa, yenə sizləri Braziliya sahillərinə qaytarmaq istəyirəm. Pelenin
vətənindəki yarışa hamımız baxdıq. Elə mən özüm də yalançının sözü olmasın,
çempionat oyunlarının 78 faizini izlədim və tamaşa etdiyim qarşılaşmaların heç
birində hakimin qərarına etiraza görə, nə bilim fitdən sonra topa zərbə vurduğu
üçün sarı vərəqə alan futbolçu görmədim. Yəni hakimlər belə hallarda zəhmət
çəkib əllərini ciblərinə salmadılar.
Sovet
dövründə 10 illik orta təhsili 14 ilə başa vursam da, bilirəm ki, FİFA
Braziliyadakı sonuncu dünya çempionatında hakimlərlə bağlı qərarlarında böyük
bir dəyişiklik etməmişdi. Yəni sarı və qırmızı vərəqələr əvvəlki qaydalar
əsasında verilməli idi. Çempionatın gedişində bütün dünyanın gördüyü kimi, topa
fitdən sonra zərbə vuran da olurdu, hakimlə mübahisə edən də. Xorvatlar hakimin
üstünə hücum çəkəndə təbii ki, ondan o boyda Yuqoslaviyanın niyə 4-5 yerə
bölünməsinin səbəbini soruşmurdular. İranlı futbolçular baş hakimə “İran
təranələri”nin ritmini izah etmirdilər. Əlcəzair millisinin üzvləri hakimi
qonaq sifətində öz vətənlərinə çağırmırdılar. Hələ mən Hollandiyadan gələn futbolçuları
demirəm. Guya onlar baş hakimə etiraz edəndə “Qırmızı fənərlər” küçəsinin
qayda-qanunlarını öyrədirdilər?
İndi
yenə qayıdaq bizim doğma məmləkətə. Bizim hakimlər FİFA-nı az qala özlərindən
də çox istəyirlər. Bu lap Roma Papasından da böyük katolik kimi görünməyə
oxşayır. Milli və güllü çempionatımızda dostumuz Xaqani müəllimin işçiləri
fitdən sonra topa zərbə vurmaq, referiyə etiraz etmək bir yana dursun,
futbolçulara az qala üzündəki xalına görə də sarı vərəqə verirlər. Hələ
üstəlik, qədim mahnılarımızdan birini də zümzümə edib qulaqcıqla bir-birinə
ötürürlər: Bu xal nə xaldı, belə düzdürmüsən...
Hər
halda əvvəlki illərdə belə olub, belə hadisələrin yeni mövsümdə də
təkrarlanmayacağına kim zəmanət verə bilər ki?
Sözümün
sonunda sıravi azarkeşlərə yox, klub rəhbərlərinə səslənirəm, futbolçularınızın
üzünə dik və diqqətlə baxın. Üzlərindəki xallar sizi çox vacib xallardan,
pul-paradan məhrum edə bilər. Nə qədər yeni mövsümün fiti çalınmayıb indidən
soruşun: Bu xal nə xaldı, belə düzdürmüsən...
Sonra gec ola bilər, çox gec.
Etibar
Cəbrayıloğlu
“Het-trik
news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |