AÇ-2016-a iddialı millimiz Xorvatiyada "dama-dama" oldu - YAZI
Millimizin növbəti faciəsi Xorvatiyanın Osiek şəhərində yaşandı.
Meydan sahiblərinə darmadağın olan yığmamız, bununla növbəti fiaskosuna
imza atmış oldu. Yəqin, bu biabırçılıqdan sonra Berti Foqts AÇ-2016-nın
final mərhələsinə iddiasından əl çəkər. Hər halda, alman mütəxəssisin
özü də yaxşı başa düşür ki, Azərbaycan seçməsinin Avropa Çempionatında
iştirak etməsi sadəcə xəyaldı. Və Foqts onu da bilir ki, artıq bu
xəyallar içində "boğulmaq" üzrədi.
Oyunboyu meydanda mübarizə
aparmayan yığma komandamıza bu hesab da azdı. Hər halda, xorvatlar
qapımıza 10 qol vursaydı təəccüblənməzdim. Sadəcə olaraq, meydan
sahibləri buna ehtiyac duymadı. Təbii ki, millinin belə rüsvay olması,
ilk növbədə heyətlə bağlıdı. Lazımsız futbolçuları yığmaya dəvət edəndə,
nəticə də belə olmalıdı. Ya Foqts bizi ələ salır, ya da o, Premyer
Liqamızda izlədiyi 1-2 oyunu gözü bağlı seyr edir. Bu gün milliyə hava
su kimi lazım olan oyunçuların yığmada olmaması üzücüdü.
90
dəqiqə ərzində zəif çıxışıyla yadda qala Kamran Ağayevi tanımaq olmurdu.
Sanki bu qapıçı təcrübəli yox, gəncdi. Görünən odur ki, Ağayev ideal
formasından xeyli uzaqdı. Belə olan halda, nəyə görə onu milliyə cəlb
edirlər, anlamıram. Ümumiyyətlə, bu matçda müdafiə xəttimizin bərbad
olması açıq-aşkar sezilirdi. Millimizin kapitanı Rəşad Sadıqova gəlincə,
onsuzda Rəşad milli üçün əlindən gələni edib. Təbii ki, vaxtında. Ancaq
indi onun elə yaşıdı ki, əvvəlki kimi oynaya bilməz. Mən belə düşünürəm
ki, bu vaxtadək böyük hörmət qazanan Sadıqov millidən öz istəyiylə
getsə, daha yaxşı olar.
"Qarabağ"ın heyətində Avroliqada adından
söz etdirən İlqar Qurbanov, meydanda olduğu bütün oyunlara canını qoyan
Əfran İsmayılov, cinahdan cərimə meydançasına etdiyi asmalarla təhlükə
yaratmağı bacaran Mahir Şükürov, Rusiya ilə oyunlarda fərqlənən Vaqif
Cavadov və sairə... Hardadı bu futbolçular? Nəyə görə Berti Foqts
sözügedən oyunçuların xidmətindən yararlanmaq istəmir? Bu futbolçulardan
hansı hazırda millidə yer alan oyunçulardan zəifdi? Təbii ki, heç biri.
İlqar da, Əfran da, Mahir də, Vaqif də yığmada olsaydı, hər şey fərqli
ola bilərdi. Çünki bu futbolçular meydanda əzmlə mübarizə aparırlar.
Daha düşünmürlər ki, 90 dəqiqəni yola verək.
İnanıram ki, bu
biabırçılıqdan sonra Berti Foqts istefa verəcək. Milli komandanı yerli
məşqçi çalışdırsa, bəlkə nəticəmiz də olar. Elə götürək, Qurban
Qurbanovu. "Qarabağ"a rəhbərlik etdiyi vaxtdan uğurlara imza atan, Ağdam
klubunu 3-4 dəfə Avrokubokların "play-off"una çıxaran və nəhayət bu il
Avroliqanın qrup mərhələsinə yüksələn yerli məşqçimizi yığmanın sükanı
arxasında görsək heç də pis olmaz. Əksinə, Qurbanov "Qarabağ"dakı
uğurunu milli komandada da davam etdirə bilər. Hər halda gənc məşqçimiz
istedadlıdı, öz üzərində çalışandı. AFFA ona şans versə, məncə, peşman
olmaz. Ümid edirəm ki, o, millini çalışdırsa, zamanla uğurlu nəticələr
əldə edərik.
ELVİN RÜSTƏMOV
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |