Vitse-prezident "Neftçi"ni xalqa güldürür
El arasında bir deyim var: “Görəcək günlərimiz varmış”,
“görəcək günlərimiz hələ qabaqda imiş” kimi.
Dünya arenasında heç bir uğuru olmayan, hətta
futboluna hörmət belə edilməyən ölkə futbolunda əcaib qərarlar verilir. Daha dəqiqi
futbol əcaibləşdirilir. Yəqin ki, əcaibəbənzərlər tərəfindən.
Ötən gün mətbuata açıqlamasında “Neftçi” klubunun
prezidenti Sadıq Sdıqovun müşaviri
Elnur Əşrəfoğlu bildirib ki, daha mətbuata danışmayacaq. Səbəb soruşanda çox
gülməli cavab verib: “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov mənim
mətbuata açıqlama verməyimə qadağa qoyub”.
Əşrəfoğlu sözlərinə onu da əlavə edib ki, bütün suallar üçün elə Elnur Məmmədovun
özünə müraciət edək. Elnur Məmmədov Elnur Əşrəfoğlunun səsin
niyə “kəsir”? Bu suala cavab tapmaq üçün vitse-prezidentə müraciət etdik. Di gəl,
telefon zənglərimizə cavab vermir. Sonra klubdan xəbər aldıq ki, bu nöcəvan “vobşe”
mətbuata danışmır. Deyib ki, sualı olan kəs, suallarını e-mail vasitəsiylə ona
ünvanlasın.
Gülün-gülün... qədər istəsəz!..
Elnur Məmmədov suallara e-mail vasitəsiylə cavab verəcəkdisə, daha “Neftçi”nin
vitse-prezident nəyinə lazım idi?
Deyəsən, AFFA-nın baş katibi Elxan Məmmədov öz
adamını “Neftçi”yə yerləşdirib orada söz sahibi olmaq istəmir. Əksinə, bu klubu
gözdən salmağa çalışır. Hələ bir neçə gün əvvəl “Bakı”yla yoxlama oyununda
Elnur Məmmədova yaxınlaşsaq da, o, açıqlama verməkdən boyun qaçırdı. Deyilənə
görə, vitse-prezident din əhlidir, namaz qılır. Lap yaxşı. Allah imanın kamil,
ibadətin qəbul etsin. Amma burda da bi əmma varmış. Elnur Məmmədov klubda namaz
qıldığı zaman qapı-pəncərəni bağlayır, işıqlaeı söndürür. Day bu tip adamdan
telefonla açıqlama almaq olar? Mətbut vaxtilə “Neftçi”ni qoluzorluq etməkdə
günahlandırır, ittihamlar irəli sürürdülər. “Neftçi”nin vitse-prezidenti
AFFA-nın baş katibinin adamıdır və hazırda bu komanda hakimlər tərəfindən ən
çox ədalətsizliyə məruz qalan tərəfdi. İndi isə bu qərarla katibi başın adamı mətbuatı
“Neftçi”yə güldürür.
Hörmətli AFFA prezidenti, cənab Rövnəq Abdullayev millini əmanət etdiyiniz Elxan Məmmədov sərəncamında olanları hər zada batırıb. Heç olmaya xalqın komandasın bu katibi başın zadarına batmasına imkan verməyin. “Neftçi” nə sizin klubdur, nə Elxan Məmmədovun. Amma siz bu klubun nüfuzunun itməməsinə birbaşa cavabdehsiz. Bu biabırçılıqlara son qoyun.
P.S. Elnur Məmmədov indi xalqı “Neftçi”yə gözlə güldürür. Nə qədər ki, camaat “Neftçi”yə başqa yerlə yox, gözüzylə, üzüylə gülür, bu futbolbilməzi gəldiyi yerə paketləmək lazımdı.
P.S.S. Can ay "Neftçi", can. Gör, kimlər sənə hökm edir!..
STADİUM.AZ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |