Lomayanın "ayağında" olan həngamə
PremyerrnLiqanın son turuyla bağlırnistənilən mövzunun başında «İnter» - «Bakı» matçırndayanır. Bu oyundakı hadisələrin təpəsində isərn«İnter»in gürcürnfutbolçularırnilə başrnməşqçisi vərnbolqarrnprezidentirnoturmuşdu. Buna qayadacam, amma əvvəlcərnməlum olay barədə.
rnrn«Bakı»nın ilk iki turda qol vurmadanrnoyunları bərabərliklə başa vurması daxili düşərgədərnçox gərgin vəziyyətrnyaratmışdı.rnHeç «İnter»dərndə vəziyyətrnürəkaçan deyildi. Hər iki komanda oyuna döyüşrnnöqtəsi kimi baxırdı ki, qarşılaşmanın gedişindən buna paytaxtınrneyniadlı komandasının daha hazırlıqlırnolması diqqətrnçəkirdi. «Bakı» ilk dəqiqələrdən qol axtarıhına çıxmışdırnki,rn«İnter» heçrncür özündərndeyildi.rnReferirnRamilrnDiniyevinrn«İnter»in qapısına haqlı penaltisirnmeydanrnsahiblərinin qanını yamanca qaraltmışdı. Qarşı tərəfdərntoy-bayram idi. Amma hər şey bircə saniyəninrniçindərndəyişdi. Topa yaxınlaşan AleksandrrnSoliç «Bakı»nırnhüznərnbasdısa, topu qaytaran, yox, tutan Lomaya isərn«İnter»i dab zirvəsinə yüksəltdi. Amma «Bakı» klubu mübarizədən sınmadı. Penaltini qaçırmışdılarsa, bunun əvəzinə qola verməkrnistəyirdilər. «İnter» isərnqolrnvurarnbilməyəcəyini anlamışdı sanki. Buna görərndə son 25 dəqiqədə «bankir» futbolçularrntoparnyox,rndaharnçox rəqib futbolçuların ayağınarnişləyirdilər.rnOyunun partlama annı isə Georgi Lomayanın Nurlan Novruzovu vurduğu an oldu. Yeri gəlmişkən, hadisə referi Ramil Diniyevin gözündən qaçsa da, laysman Rail Ramazanov gənc olmasına baxmayaraq, özünə dəsarət tapıb əsas hakimi məlumatlandırdı. Və Diniyev Lomayaya qırmızı vərəqə gösətərək «İnter»in qapısına penalti təyin etdi. Bundan sonra isə «İnter»in artistliyi başladı. Özü də nə başladı. Bu komandanın futbolçusu Georgi Lomaya, Valeri Abramidze, Baçana Tsxadadze, baş məşqçiləri Kaxaber Tsxadadze, klub prezidenti Georgi Nikolov özlərini son yola qoyaraq, stadionda edə biləcəkləri hər yola əl atdılar. Efir vasitəsiylə canlı yayımlanan oyunda hər cür ədəbsiz hərəkətlərə yol verən futbolçular, bununla təkcə stadionda olanları yox, bütün Azərbaycan xalqını təhqir etmiş oldular.
rnrnHakimin doğru qərarını həyasızlıqla qarşılayan Nikolov komandasını məcburiyyətlə meydandan çıxardı. Bunu özünə şərəf bilən bolqar prezident, əslində özünü gülünc yerinə qoyduğunun fərqində deyildi. Bəlkə də artıq başa düşüb. Amma gecdir daha.
rnrn«İnter»in dərdi nəysə başqa idi. Çünki «Bakı» klubunun «meydana qayıdın, penaltini kənara vuracağıq» sözləri də qarşı tərəfi sakitləşdirmədi. Əgər «İnter» hakimin düzgün olan penalti qərarına etiraz edirdisə, «Bakı» bunun üstündən xətt çəkirdi. Bəs «İnter»in dərdi nə idi? Dul qadın kimi həyasızlıqlarını hər kəsə göstərmək? Özlərini bu yolla reklam etmək? Bəndənizin fikrini soruşsaz, «İnter» bütövlükdə həkim müayinəsindən keçməlidir. Onlara yaxşı psixoloq və nervipotoloq lazımdır. Xəstaxanalara müraciət edə bilərlər. Yeri gəlmişkən, indi lap yeridir. Çünki hazırda dövlət xəstaxanalarında müayinələr pulsuzdur!.. Prezidentin qərarı belədi.
Vüsal Gözəlov
|
||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |