“Əfsanə” haqda bir neçə kəlmə
Televizorun pultunu qurdalamaq, internetin altından girib, üstündən çıxmaq, vaxtımızı boş-boş şeylərə həsr etmək gündəlik həyatımızın bir parçası olub. Özümüz də bilmədən cəhənnəmə getmədən əslində cəhənnəmdə yaşayırıq. Guman ki, yolumuz o tərəfə olacaq ki, ulu Tanrı bizə cəhənnəm əzabına öyrəşmək şansı yaradıb. Şükür ONUN məsləhətinə!
Azərbaycanda məşhur olan nəmənələr çoxdu. Məsələn, yay aylarında hamımız "Əfsanə"nin ətrafına yığışırıq. Hortlatmaq üçün. Ölkənin səviyyəsi ilə götürsək, heç də pis məhsul deyil. Əsl kasıb malıdı. Qabağına qoyub 2 butulka içsən, azı 24 saat dərd-qəmdən uzaq olarsan. Əla içkidi.
Əfsanədən söz düşmüşkən, lənət sənə kor şeytan, biranlıq gözönümə Məleykə Əsədova gəldi. Gözəl, cəlbedici olmaqla yanaşı, həm də istedadlı aktrisadı. Ara-sıra mahnı oxusa da, daha çox şeirləri ilə yadda qalıb. Səs tonu möhtəşəmdi.
Rəksanənin oxumaq qabiliyyəti Məleykə Əsədovunun çox-çox üzərindədi. Mütləq əksəriyyətin antipatiyasını qazansa da, oxuduğu mahnılara söz ola bilməz. Toy müğənnisi olduğundan, musiqi seçimləri həmişə yaxşı olur. Ara-sıra özünü sərsəm-sərsəm vasitələrlə reklam etdirməsə, səviyyəsini artıra bilər. Amma artırmır. Çünki səviyyəsini artıracağı təqdirdə, tamaşaçı kütləsini, toy sifarişlərini itirəcəyini düşünür. Bir sözlə, səviyyəsini Avropaya can atan, lakin Asiyanın cəngindən qurtula bilməyən Azərbaycan xalqına uyğunlaşdırmağa çalışır.
Əfsanədən söhbət açarkən, yadıma Şah İsmayıl, Fateh Sultan Mehmet, çar Pyotr, Stalin, Mustafa Kamal Atatürk, Suvorov, Mehmandarov və başqaları düşür. Maradonanı, Peleni, Messini, Banişevskini də bu kateqoriyadan olan insanlar sırasına daxil etmək olar. Adları tarixə düşdüyünə görə, insanların zehnində əbədiyyən yaşayacaqlarına görə.
Stalin bir ölkəni kotanla qəbul edib, atom bombası ilə təhvil verib. Belə bir insanı əfsanə saymamaq günahdı. Sultan Mehmet İstanbulu fəth etməklə bütün türk dünyasının taleyini dəyişdirib. Belə bir insana əfsanə deməmək günahdı. Şah İsmayıl Xətai 14 ilə 14 ölkə zəbt edib. Belə bir əfsanə önündə baş əyməmək günahdı. Çar Pyotr həyata keçirdiyi islahatlarla rus xalqını və dövlətini dünyanın ən güclülərindən birinə çevirib. Belə bir şəxsiyyəti əfsanəvi insan kimi qəbul etməmək günahdı. Maradona, Messi, Pele, Banişevski və başqaları isə oynadıqları futbolla adlarını əbədiləşdiriblər. Onları da əfsanə saymamaq qəbahətdi...
Gəncənin də girəcəyində üstünə Əfsanə və onun hərəkətindən bəhs edən reklam lövhəsi yerləşdirilib. Bildiyim qədər şəhərin əfsənəvi komandası olan "Kəpəz"in yenidən dünyaya göz açması münasibətiylə yerləşdirilib. Gəl ki, bəzi şəxslər söhbətin nədən getdiyini doğru-dürüst dərk etmir. Lövhədə Mehman Allahverdiyevin də şəkili əks olunduğundan əfsanənin məhz o olduğunu düşünürlər. Kobud səhvdi. Bağışlanmaz səhvdi. Qəbuledilməz səhvdi.
Əvvəla, hamıya məlumdu ki, Gəncənin əfsanəvi insanı, şəxsiyyəti və sakini Nizami Gəncəvidi. 850 ildən artıqdı yazdığı əsərlərlə insanların qəlbini fəth edən şəxsi deyirəm. Nizami elə bir şəxsiyyətdi ki, ismi yaşadıqca Gəncə də yaşayacaq. Odu ki, Nizami Gəncəvinin yedəyinə kimisə əlavə etməyin mənası və yeri yoxdu.
İkincisi, Kəpəz ona görə əfsanədi ki, həm şəhərin harasından baxsan onun əzəmətini qismən də olsa görmək mümkündü. Digər tərəfdən məhz onun ismini daşıyan komanda ölkənin ilk müstəqillik illərində çempionluqları ard-arda sıralayıb, çempionatda dominantlıq edib. Həmin komandanın çalışdırıcısı olduğuna görə isə Mehman Allahverdiyevi əfsanələşdirmək olmaz. Azı ona görə ki, bu zaman gərək həm futbolçuları, həm də klubun sponsorlarına da əfsanə "liçka"sı taxaq. Belə də "Kəpəz" əfsanəlikdən çıxar. Digər tərəfdən, Allahverdiyev böyük bəh-bəhlə qəbul etdiyi və zırıltı vədlərlə insanları feyziyab etdiyi komandada hazırda heç nə ilə yadda qalmayıb. Klubun heç bir tezizi dəyişməyib. "Kəpəz" hazırda autsayder libasına bürünüb və bunu əynindən çıxarana bənzəmir. Vəziyyətin belə olacağı qabaqcadan bəlli olsaydı, gərək komandanın əvvəlki adını özünə qaytarmazdılar. "Kəpəz" əfsanə kimi yaddaşlarda qalardı. Maraqlıdı ki, komandanın hazırkı uğursuzluğunu klub rəhbərliyi, yəni sponsorla bağlayanlar var və hesab edirlər ki, transferlər üçün doğru-dürüst vəsait ayrılsaydı, vəziyyət fərqli olardı. Elə bu iddia öz-özlüyündə "Kəpəz"i çempion edən məşqçinin, yaxud futbolçuların deyil, onu maliyyələşdirən insanların ƏFSANƏ olduğunun göstəricisidi...
P.S. "Kəpəz" mövzusuna bir daha dönəcəyimə əmin ola bilərsiz.
P.P.S. Mehman Allahverdiyev yaxın dostumdu, amma əfsanə deyil.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |