PFL-i ləğv edin!
Hə, elə həmin dəqiqə qara gündə olan futbolumuz ağ günə çıxacaq.
Onsuz da PFL-ə, yəni bizim çempionatı təşkil edən Peşəkar Futbol Liqasına indi nə gərək var ki?! Özünüz də görürsünüz, artıq futbolumuzun, çempionatımızın inkişafı yolunda AFFA-nın Klublar Komitəsi əlindən nə gəlirsə, edir.
Sağ olsunlar, dərk ediblər ki, 23 yaşadək futbolçuların maaşının çox olması onların inkişafının qarşısını alırmış, oyunçu gənc yaşda çox pul görəndə harınlayırmış. O komitəyə üzv olan klubları alqışlayırıq! Yatıb, 10 ildən sonra ayılmaları münasibəti ilə...
İbrətamiz bir şey!
İlk qərarlarından biri budursa, yəqin ki, bundan sonrakılar lap vulkan kimi püskürəcək.
İndi də üstüörtülü də olsa girişiblər çempionata. Neçə ildir öz işlərini (klubları, milli komandanı!) yarıdıblar axı. Premyer Liqanı da düzəldəcəklər. Sadəcə, dözün, geci-tezi var: 10 ilə, 20 ilə, bəlkə də 50 ilə...
Yetər ki, PFL ləğv olunsun! Çünki Azərbaycan futbolunun yeganə bir problemi varsa, demə, o da Ramin Musayevdir... Axı, az qala bələkdəki körpə də bilir ki, həmin Ramin Musayev...
... PFL prezidenti olduğu bu 7 ildə milli komandanın əl-ayağını bağlayaraq bir pillə belə irəli getməyə qoymayıb.
... Ölkə ictimaiyyətinin haqlı tələblərinin ziddinə gedərək, Qurban Qurbanovun millidə işləməsinin qarşısını alıb: əvvəl yararsız Foqtsu millidə saxlayıb, sonra yerinə məşqçi kimi ciddi bir uğuru olmayan Prosineçkini gətirib.
... Millini səviyyəsiz legionerlər yığınına çevirib.
... Futbolumuzun “inkişafı”na fərman verən həmin o komitənin üzvü olan klubların Avropada uğur qazanmasının qarşısını alıb.
... Klublar say-seçmə legionerlər alacaqmış, qoymayıb, neçə-neçə azərbaycanlı istedadlı futbolçular yetişdirəcəkmiş, qarşısını alıb.
... Sponsor şirkətlərin ayırdığı pulu mənimsəyib, büllur kimi saf olan klub rəhbərlərini çirkli işlərə cəlb edib.
Yəni uzun sözün qısası, biz bilmirmişik, futbolumuzda bütün səlahiyyətlər Ramin Musayevdə imiş. Kimdir axı, AFFA-nın prezidenti, onun yardımçıları yaxud da klub prezidentləri?..
Deməli, Ramin Musayev futboldan getməli, PFL də ləğv olunmalıdır.
Bax, o zaman...
... Futboldakı bütün özbaşınalıqlar aradan qalxacaq. Hər şey 1992-2008-ci illərdə necə gözəl idisə, elə də olacaq.
.. . Hakimlər PFL yaranmazdan əvvəl olduğu kimi, kimsədən rüşvət alıb hansısa komandanın evini yıxmayacaq.
... Premyer Liqanın oyunlarında stadionunun tribunaları adam əlindən aşıb-daşacaq!
... İnsanları futboldan iyrəndirən “Neftçi” və onun kimi digər klubların rəhbərləri qəfildən çönüb olacaq mələk. Hakimlərin başına and içəcəklər...
Çox şey dəyişək, çox şey dəyişdirəcəklər.
Amma lütfən, milli komandamızda da bir balaca dəyişiklik etsinlər. Gücləri çatırsa, bir balaca nəticələri dəyişsinlər. Çox şey istəmirik ki...
Aydın BAĞIROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |