Messi, Raufa nə vermisən...
Messinin yarısı yerin altındadı. Bu bəstəboy Leo nə hoqqalardan çıxmır? Sonuncu “El Klassiko”da elədikləri bəs deyilmiş kimi, indi də meydandan kənarda işləri qarışdırır. Dinc otur da, ay Allahın bəlası...
Başı və ayağı əla işləyən argentinalı sehrbaz dilini də dinməz yerinə qoymur. Təxminən 5-6 gündür ki, sözünün əvvəli də Rauf Əliyevdi, sonu da. Ucsuz-bucaqsız planetimizin hansı ölkəsindən jurnalist ona yaxınlaşırsa
sözü hərləyib-fırlayıb gətirir “Neftçi”nin hücumçusunun üzərinə. Elə bil bu yekəlikdə dünyada bizim Raufdan başqa futbolçu yoxdu.
Gözəlim məmləkətdə bayram tətilləri bitmək üzrədir, amma Messi Rauf Əliyev mövzusunu qapatmaq istəmir. Konqolular demişkən, ucundan tutub gedir ucuzluğa. Zalım oğlu nə qol vurmaqdan doyur, nə də futbolçumuzun adını hallandırmaqdan. Ötən gün yenə aləmi vurub bir-birinə. Peruda həftəlik çıxan qəzetə elə sözlər deyib ki, futbol aləmi bu məsələni bir ay boyunca müzakirəyə çıxarsa, yenə bəs eləməz. “Büllur bulaq+qol” qəzetinə geniş müsahibəsində od püskürüb. Messinin sözlərindən belə məlum olub ki, argentinalı ulduz yalnız Rauf Əliyevi özünə rəqib kimi görür: “Ronaldo, Əfran İsmayılov, Araz Abdullayev haqqında danışmaq belə istəmirəm. Mənə rəqib ola bilən tək futbolçu Rauf Əliyevdir, o, da təəssüf ki, “Real”da deyil...”
Televizyonçular demişkən, sitatın sonu.
Dilini dinc saxlaya bilmirsən, ay Allahın bəlası? Messinin sonuncu açıqlaması Kral klubunun fanatlarını lap özündən çıxarıb. Perunun həftəlik qəzetini oxuyar-oxumaz cumublar “Real”ın bazasına və qabaqlarına
çıxan oyunçuları sillə-təpiyə, söyüşə qonaq ediblər. Bəzilərinin
maşınlarını Corat qutabına döndəriblər. Yəmənlilər demişkən, nə yemisən turşulu aş...
“Real”ın ən qocaman azarkeşlərindən biri yaşına-başına baxmadan çıxıb 88 saylı marşrutun üstünə və var gücü ilə qışqırıb: “Raufdan “Neftçi”də varsa bizdə niyə yoxdu?”
Elgiz Əkbər demişkən sitatın sonu.
Sürücüsü də həmin qocanı güc-bəla ilə avtobusun damından düşürdüb aşağı. Və görün bir nə deyib: “Yaşlı-başlı adamsan, nəvələrini
də götür get tonqalın üstündən hoppan, qonşunun qapısına papaq at. Sənə Rauf lazımdı?”
Zaur Baxşəliyevin sözü olmasın, sitatın sonu.
Leonu yaxşı tanıyıram, Banqladeş camaatı demişkən, dabbaqda gönünə bələdəm. Heç inanmıram ki, Raufla bağlı məsələni qapada, yəqin ki, bu onun sonuncu açıqlaması olmayacaq. Filippinlilər demişkən, məzhəbsizin nə başı-ayağı dinc durur, nə də dili.
Sabah da durub deyəcək ki, Rauf Əliyevi Argentina millisinə çağırmasanız butsularımı
asıram maşınımın güzgüsündən. Sonra da gəl onu başa sal ki, Messi qadan alım, Raufu heç öz ölkəsinin yığmasına çağırmırlar, Argentinaya...
Bəstəboy Messinin yarısı yerin altındadı, bu arqumentə də bir söz tapar. Ondan nə istəsən gözləmək olar. Bu işləri ki, belə görürəm, yəqin “Real”ın oyunçuları hələ çox döyüləcək. Misirlilər demişkən, aqqa canı.
Qoy bu bayram tətilləri bitsin, əlbət Messi hardasa qarşıma çıxacaq. Yuxarıdan aşağı baxıb təmiz Azərbaycan
dilində deyəcəyəm ki, yekə oğlansan, bəsdi də, Raufa nə vermisən ala bilmirsən?
Etibar Cəbrayıloğlu, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |