Çingiz Abdullayevin Rövnəq Abdullayevə ilişməkliyi
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Çingiz Abdullayevin “Neftçi”yə rəhbər təyin edilməsindən günlər keçsə
də, onun bu təyinatından hələ də danışılır.
Çoxları Çingiz müəllimi bu işə “evet” deməkdə
günahlandırır. Deyirlər, yekə kişisən, get, kitabını yaz, Dronqonu otar,
futbolda nə işin var? Ancaq Abdullayev iki ayağın bir başmağa pərçim edibki edib. Çıxarmaq kimi bir niyyətinin olmadığı
da açıq şəkildə görünür.
Çingiz Abdullayev o günlərmi televiziyalaran
birində yayımlanan futbol verilişinin qonağı oldu. Nələr danışmadı, nələr?!..
Çingiz Abdullayevin danışdıqlarındakı bəzi məqamlara
toxunaraq, onun “Neftçi”yə hansı xeyir verəcəyini və ya zərərə uğradacağına toxunaq.
Abdullayev proqramda açıqca bildirdi ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov onun
uşaqlıq dostudur və “Neftçi”yə təyin edilməsində birbaşa o vasitəçi olub.
Futbol ictimiyyətinə yəqin bəllidir, bu klanın rəhbəri Elşad Nəsirov olsa da,
onların plancızanı AFFA-nın katibi başı Elxan Məmmədovdur. Azərbaycan futbolunu
uçuruma sürükləməyi özlərinə müqəddəs iş bilən Elşad Nəsirovun vəhy katibi
Elxan Məmmədovun istəyiylə “Neftçi”yə rəhbər gətirilən Abdullayev havaya və havayı danışmaqdan da yorulmur.
Siz
onun müqayisəsinə baxın:
“AFFA
prezidenti Rövnəq Abdullayevdir. Onlarda iş Azərbaycan Yazıçılar Birliyindən
çoxdur. Bizim hörmətli nazir Kəmaləddin Heydərov iki federasiyanın
prezidentidir və işləri bizdən çoxdur. Amma onlar işləyə bilirlər. Dostum Elman
Rüstəmov Şahmat Federasiyasının prezidentidir. Onu dəqiq bilirəm ki, ən azı
bizdən çox işləri var. AZAL-ın rəhbəri Cahangir Əskərov. Mən bir-bir saya bilərəm”.
Saymayın Çingiz müəllim, saymayın! Saydıqca “Neftçi”dəki günlərinizin ömrü qısalır. Bəyəm siz bilmirsiz ki, adın çəkdiyiniz dövlət oliqarxlarının heç biri konkret olaraq sahib olduqarı idman qrumlarında bir iş görmür? Hərəsi birin tapşırıb bir yaxınına. Bundan xəbəriniz yoxdur? Var! Təbii ki, var. Əslində, siz bununla da məsələnin daha dərininə getdiz, özünüz də bilmədən. O adın çəkdiyiniz insanların başqa işləri var və idmana – futbola aid işlərini isə başqaları idarə edir. Sizin də işiniz var, gedin, kitabınızı yazın. Dronqonu darıxmağa qoymayın. Zatən belə olacaq. Çünki “Neftçi”ni sizin yox, “vəhy katibi”ninin adamı Elnur Məmmədovun idarə etməsinə hesablanıb bütün işlər.
Çingiz Abdullayev bildirir ki, hazırda “Neftçi”nin vəziyyəti acınacaqlıdır. Və o, komandanı ağ günə çıxartmaq üçün böyük pullarla yanaşı, uzun illəri də xərcləməlidir. Hörmətli Çingiz müəllim, diqqət nəzərinizə mən çatdırım ki, sizdən əvvəl bu komandanın rəhbəri olan Sadıq Sadıqov komandaya gəldi və 16 futbolçuya qapını göstərdi. Ardınca isə dalbadal 3 dəfə ölkə çempionu, iki ölkə kuboku və bir də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq klubun ən titullu başqanı adını qazandı. O, bunları 3 ildə etdi. Və bu zaman klubun büdcəsi Avropa Liqasında iki tur üzünə həsrət qalan komandaların boxçasındakının az qala yarısı qədərinə bərabər idi.
Abdullayev
sözlərinə onu da əlavə edir ki, “Neftçi”nin rəhbəri olduğu müddətdə uğursuzluq
olsa, onun üçün adi hal olacaq.
Onun
bu sözlərindən açıqca bəlli olur ki, “Neftçi” Abdullayev üçün heç bir əhəmiyyət
daşımır. Bir uğur qazansa lap yaxşı, danışıb, şəməllənəcək. Əks halda isə heç nə
olmayıbmış kimi şələ-şəlpəsini götürüb cıracaq aradan. Çingiz müəllim, bu
variant ora təyinat ala biləcək itənilən insan üçün ola bilər. Ona görə də hər
kəs o kluba rəhbər seçilmir. Sizi ora gətirməyiblər ki, uğursuzluq olanda “c”nın
yanına bi dənə “r” qoyub uçasız!? Siz ora ona görə gətirilmisiz ki, stadion
azarkeşlərlə tamamilə dolsun və “Neftçi” qazandıqlarından daha böyük uğurlara
nail olsun. Bu səbəbdən də hansısa uğursuzluq sizin üçün adi hal olmamalıdır,
faciəyə çevrilməlidir. Yəqin “Neftçi”nin əhəmiyyətsiz bir oyunda belə
uduzmasının Sadıq Sadıqovun şəkəriylə qan təzyiqinin forsaj eləməsindən xəbəriniz
yoxdu. Sizdə də belə olmalıdır!
Çingiz
Abdullayevin bütün müsahibələrini oxumuşam, baxmışam. Belə aydın olur ki, hörmətli
yazıçımızın qələm bacarığıyla futbol təfəkkürü arasındakı fərq bir vəhabiylə şiənin
nisbətinə bərabərdir. Heç cür bir yerə gələn zad deyil. Abdullayevin beynində
qalan futbol təfəkkürü hələ də 1966-cı ili keçməyib. Uzağı 4-5 il adlaya bilər
üzü bəri. Day ondan bəri keçməsi mümkün deyil. Abdullayev elə danışır ki, sanki
klub rəhbərliyi Banişevskini əsas heyətdən çıxardıb və buna görə uğursuzluq
zolağına düşüb komanda. O da Banyanı heyətə qaytaracaq, bütün problemlər yoluna
düşəcək. Çingiz müəllim, sizin düşündüyün futbol Banişevski kimi haqqın dərgahına
qovuşub, artıq bu dünyada nə elə futbolçu yaşayır, nə də o cür futbol oynayan
var. Öldü o baban!
Ümumuyyətlə,
Çingiz Abdullayevin futboldan anlayışının olmasına belə şübhələrim var. Adam
deyir ki, azarkeşi olduğu almanlar son saniyəyə kimi oynayırlar, mübarizə
aparırlar. Yəqin buna görə azərbaycanda almanları sevmirlər, azarkeşləri yoxdur.
Çingiz
müəllim bu sözləri deyəndə ya yuxusuz olub, ya da azərbaycanın futbolu sevən təbəqəsin
təhqir edir, alçaldır və onları axmaq yerinə qoyur. Hansı ağıllı adamın sona
kimi mübarizə aparan komandadan zəhləsi gedər? Çingiz müəllim, bir düşünün !..
Tam əminəm
ki, Abdullayevin “Neftçi”yə rəhbər olduğu bu bir neçə gündə verdiyi açıqlamalar
AFFA prezidentinin kürkünə birə salıb. Abdullayev deyir ki, “oyunların nəticələri
əvvəlcədən bilinir. Mənə çox adam deyir
ki, təəssüflər olsun ki, bunu dəyişə bilməyəcəm. Çünki bir il əvvəl oyunlarının
hamısının hesabın yazırlar”.
Bu
dediyinizi necə başa düşək, Çingiz müəllim? Rövnəq Abullayev bu milləti kloun
yerinə qoyub, yoxsa onun özünü aldadırlar? Yəni hörmətli Rövnəq müəllimin
başçılıq etdiyi Azərbaycan futbolunda hər şey bu qədər acınacaqlıdır? Oyunlar
danışılır, yazılır, pozulur, özü də bir il əvvəl amma başqanın bundan xəbəri yoxdur?
Heç nələr danışdığınızın fərqinə varırsızmı? Məncə bu qədər danışmağınız bəs edər. Çünki danışdıqca batırsız. Futbolda idarəçi olmaq bir beyin məhsulunu klaviaturaya tökmək qədər asan deyilmiş, elə deyilmi? Siz yaxşısı budur gedin, Dronqonu darıxmağa qoymayın.
P.S.
Yəqin eşitmisiz ki, çörəyi çörəkçiyə verərlər. Sizə burda çörək yoxdu. İmkan
verin, çörəkçi özü təndiri qalasın. Yoxsa azarkeşlər zavod çörəyi yeməyə davam
edəcək...
P.P.S. Kiminsə AFFA prezidenti olmaq xülyasına düşməsi belə Rövnəq Abdullayevi bərk narahat etdiyin hamı bilir. Bunun acı təcrübəsin hələ də yaşayanlar var. Rövnəq müəllim, bir də gördüz, Çingiz Abdullayev “Neftçi”dən AFFA prezidenti olmaq eşqinə düşdü. Axı o gün dedi: “Rövnəq Abdullayev AFFA prezidenti ola bilər, mən “Neftçi”nin yox?!” Bəndənizə qalsa bunu da yazın bir küncə, imkan olsa elə bu haqda da düşünün...
Elnur QARACALI
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |