"Neftçi"nin kəndirli qalustukluları
AFFA-nın
yaratdığı Klublar Komitəsinin nəyə xidmət etdiyini və katibi baş Elxan Məmmədovun
istəyiylə yaradılmasını futbol ictimaiyyəti və bu tərəfə yaxın olan oxucu yaxşı
bilir. Elxan Məmmədov hazırda öz məqsədləri üçün futbolda ən hiyləgər siyasəti
yürüdür. İndi onun şirin sözlərinə - planlarına xoş münasibət bəsləyən AFFA
przidenti Rövnəq Abdullayev isə Məmmədovun son hədəfi olacağından xəbərsizdi yəqin.
Bunu bilin e, cənab Abdullayev!
Katibi
baş, sözün hər mənasında baş işlətməkdədi. Hələlik sizin yan-yörənizi sizdən ayırmaqla
məşğuldur. Bir böyük ağacın qol budağın kəsib-doğrayandan sonra, ağac müqavimətsiz
qalar. Külək də onu tez yıxar. Bunu bilsin gərək Yavər də...
Hazırda
Elxan Məmmədovun əsas üstünlüklərindən biri odur ki, PFL-i neytrallaşdırıb.
Rmain Musayevi ofsaytda saxlayan katibi BAŞ, AFFA-nın nəzarətində olan “Neftçi”ni
də ələ keçirib. Klubun keçmiş prezidenti Sadıq Sadıqovla üz-üzə - kişiyana
mübarizədə aciz qalan katibi baş, əl atdı siyasətə - hiyləyə. Artıq istəyinə
çatmış da sayıla bilər. Çünki Rövnəq Abdullayevin bu məsələyə biganə münasibəti
Elxan Məmmədova dəstək oldu. Məmmədov daha uzaqgörəndir. O, əvvəlcə Klublar
Komitəsin yaratdı. Bu komitənin qərarına əsasən, daxili iclaslarda klubları
ancaq prezident, vitse-prezident və icraçı direktorla təmsil edə bilər.
Elxan
yaxşı bilirdi ki, Sadıq Sadıqov bu toplantıya gələn deyil. Elə bu səbəbdən də “Neftçi”
vitse-prezident səviyyəsində təmsil olunacaq. Bu posta isə öz adamı Elnur Məmmədovu
təyin etdirmişdi. Yəni komitədə birbaşa öz adamıyla təmsil olunsun deyə. Elxan
Məmmədov daha sonra “Neftçi”yə Müşahidə Şurasın sırışdırdı və indi klublarda da
soxuşdurmaqda davam edir. Bununla da “Neftçi”də prezident və vitse-prezident vəzifəsi
ləğv edildi. Klubun vitse-prezidenti Elnur Məmmədov isə icraçı direktor vəzifəsinə
gətirildi. Bütün bunlar isə daha əvvəlcədən təşkil edilən planın tərkib hissəsi
idi.
Məmmədovun
ssenarisi tam olaraq həyata keçirildi. Necə planlamışdısa elə də oldu. İndi “Neftçi”
Klublar Komitəsində Elxanın adamı Elnurla təmsil olundu. Çünki Elnur Müşahidə
Şurasının yaranmasıyla klubda icraçı direktor işləməyə başladı. Elxan Məmmədovun
planına uyğundur hər şey.
Klublar
Komitəsinin son iclasında isə “Neftçi” iki şəxslə təmsil olunurdu. Bunlar
icraçı direktor Elnur Məmmədov və klubun keçmiş icraçı direktoru Mübariz
Xudiyev idi. Bu isə Klublar Komitəsinin nizamnaməsinin ciddi şəkildə pozulması
deməkdir. Çünki klub toplantıda 3 vəzifə sahibi ilə çıxış edə bilər. Bəs
Mübariz Xudiyevin orda nə işi vardı? Axı Xudiyev o 3 vəzifədən heç birin icra
etmir. Hətta Elnur Məmmədov toplantını vaxtından əvvəl tərk etdi və iclasda
sona kimi Xudiyev qaldı.
Burda başqa məqam var. Həyatda qalustuk
taxmağı qəti sevməyən Mübariz Xudiyevə qalustuk geydirib iclasa gətirən Elnur Məmmədovun
da bir planı var demək. Çünki Elnur Xudiyevi klubda hansısa vəzifəyə gətirəcək.
Əks təqdirdə Mübariz Xudiyev boş yerə qalustuk taxıb iclasa gəlməzdi. İş
ondadır ki, Xudiyevin əvvəl klubda tutduğu icraçı direktor vəzifəsin indi Elnur
Məmmədov icra edir. Mübariz isə havadadır. Klubda heç bir vəzifə sahibi olmayan
- havada olan birinin Klublar Komitəsində nə işi var?
Demək,
Klublar Komitəsinin də nizamnaməsi formaldır. Əsas “nizamnamə” baş katib Elxan Məmmədovun istəkləri və göstərişləridir.
“Neftçi”də
heç şübhəsiz ki, Sadıq Sadıqov da son sözün deməyib. “Neftçi”də ümumi heyəti
formalaşdıran və ciddi uğurlar əldə edən Sadıqova sadiq olanlar da oldu,
olmayanlar da.
Həmid kişinin sözü olmasın, indi söz yox, qalustuk zəmanəsidir. Maraqlıdır, qalustuk növbəsi kimdədir? Kim boynuna kəndir , eeee, baqışlayın məni, qalustuk taxmağa razı olacaq?
P.S. "Vobşe" düz deyirəm. "Neftçi"də hamı ipə düzülüb. Yenilərin hamısı boynun kəndirə keçirib. İpin ucu isə Elxan Məmmədovun əlindədir. Hara istəsə çəkə, sürüyə bilər.
K(Ş)AHİN
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |