Muzeydəki qan izləri
Çingiz Abdullayev yaman bərk gedir. “Neftçi"nin oyunçuları Xalq yazıçısının sürəti ilə ayaqlaşa bilsələr, bəlkə bu mövsüm medaldan-zaddan qazanalar. Dəyərli ziyalımız, dünyaca məşhur qələm adamı “Neftçi"nin Müşahidə Şurasına rəhbər seçiləndən xeyli iş görüb. “Neftçi"nin indiki rəhbəri əzəli rəqibi “Xəzər Lənkəran"ın bazasına da baş çəkib, klubun muzeyini də ziyarət edib, hətta fəxri qonaqlar üçün açılan xatirə kitabına ürək sözlərini yazmaqla da tarixə düşüb. Müasir salnaməçilər deyir ki, bu vaxta kimi “Neftçi"nin heç bir rəhbəri üçün muzeyin qapıları açılmayıb. Yəqin cənublular əzəli rəqibin muzeydəki eksponatlara göz vuracağından ehtiyat ediblər.
Çingiz
Abdullayev də Lənkəran səfərindən dönən kimi elə ilk iclasdaca “Neftçi"də muzey
yaradılması ilə bağlı göstəriş verib. Yəni o əjdahadan onlarda varsa, bizdə niyə
yoxdu? Detektiv əsərləri bütün dünyanı dolaşan yazıçımızın bu təşəbbüsünü dəstəkləyirəm.
“Neftçi" muzeylik klubdu, zarafatsız-filansız, vallah, tam ciddi sözümdü. Tarixi
Stalin dövrünə gedib çıxır. Gözəlim məmləkətdə minlərlə insan “Neftçi"nin oyununa
baxa-baxa böyüyüb, “Neftçi" qalib gələndə sevinib, məğlub olanda kədərə batıb.
Elə mən özüm də uşaq olanda bu hissləri keçirmişəm. Özünə və qələminə həmişə hörmət
bəslədiyim, qədim dostum, “Futbol+"un baş redaktoru Mahir Rüstəmli demişkən,
“Neftçi" başqadu, Yavər...
Muzey
işinin təşkili məsələləri barədə azca da olsa təsəvvürlərim var, muzeylərə getməyi
də xoşlayıram. Burada və xaricdə belə imkan yarananda fürsəti əldən vermirəm. Ona
görə də “Neftçi"yə aid muzeyin hazır olacağını həvəslə gözləyirəm. Nə zaman
qapıları açılsa, məmnuniyyətlə ziyarət edərəm. Çingiz Abdullayev bu vacib layihənin
üzərində ciddi dayansa, maraqlı bir iş ortaya çıxa bilər.
Qədim
“Netçi"nin muzeyində Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Yaşar
və Adil Babayevlər, Çingiz İsmayılov, Əhməd Ələsgərov, Ruslan Abdullayev, Sergey
Kramarenko, Rəşid Özbəyov, Elbrus Abbasov, Asif Əliyev, Asim Xudiyev, Şakir Qəribov,
Vaqif Sadıqov, Səməd Qurbanov, Maşallah Əhmədov, İqor Ponomaryov, İsgəndər Cavadov,
Səmədağa Şıxlarov, Əbdülqəni Nurməmədov, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi
Rzayev, Tərlan Əhmədov, Arif Əsədov, Samir Ələkbərov, Qurban Qurbanov, Mahmud Qurbanov,
Zaur Tağızadə, Samir Əliyev... kimi insanların klub üçün xidmətlərini əks etdirən
eksponatlar olacaq yəqin. Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın qrup
mərhələsinə yüksələn “Neftçi"nin həmin yarışlardakı oyunları ilə bağlı sənədlərə
kim baxmaq istəməz ki? Futbolumuzda iz qoyan Böyükağa Hacıyevin “Neftçi"dəki
fəaliyyəti ilə bağlı eksponatlara da tamaşa etmək maraqlı olardı.
Klubun
muzeyini yaratmağa məsul olanlar ehtiyac duysalar, onlara kömək əlimi də uzada bilər,
məsləhətlərimi əsirgəmərəm. Yazının yuxarı hissəsində xatırlatdığım kimi, bu sahədən
azca da olsa məlumatlıyam. Ziyarətçilər üçün daha maraqlı olsun deyə, bəzi addımlar
atmaq olar. Şəxsən məndən olsa, muzeyin gözə dəyən bir yerində bu gün də müzakirə
edilən “Turan" - “Neftçi" oyunu ilə bağlı eksponat asardım. Bu, həmin
qalmaqallı oyunu sona qədər izləməyib Bakıya qayıdan “Neftçi"nin o zamankı
rəhbərlərindən biri Tahir Süleymanovun avtomobilinin arxa nömrəsi də ola bilər,
Tovuzdan paytaxta qədər yolboyu qulaq asdığı “Qaçaq gedək buralardan" mahnısının
diski də.
Güloğlan
Cabbarovun kubokun finalında rəqib klubun futbolçusunu döydüyü anı əks etdirən şəkillər
muzeyə gələnlərdə böyük maraq oyada bilər. Həmin gün Güloğlan müəllimin geydiyi
ayaqqabının sol tayının yerini mən indidən o muzeydə görürəm.
Araz Abdullayevin
sürdüyü maşının təkərlərindən biri də muzeydə sərgilənməlidir. Sözsüz ki, bu mənim
şərtim-filan deyil, sadəcə təklifimdir.
Xalq yazıçısı
Çingiz Abdullayev xalqın bu təkliflərinə diqqətlə yanaşar yəqin. Digər təklifləri
muzeyi gəzib-dolaşandan sonra da yaza bilərəm.
Etibar
Cəbrayıloğlu, "
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |