Son tura "Stadium" baxışı!
"Xəzər Lənkəran" "ruçnoy"u bərk çəkib!..
Premyer Liqa adlanan Azərbaycan çempionatında daha bir tur arxada qaldı. Tur daha çox liderin bir yox, zirvəyə iki "müştərinin" sahib çıxması ilə əlamətdar oldu.
rnrn"SİMURQ" - "XƏZƏR LƏNKƏRAN"
Bu oyunda meydan sahiblərinin rəqibə başağrısı olacağını gözləmək mümkün idi. Amma "Xəzər Lənkəran"ın iki top önə keçərək, daza sonra bunu qoruya bilməməsi bu komandanın nə qədər zəifləməsindən xəbər verir. "Neftçi" ilə oyundan (5:0) - məğlubiyyətdən hələ də özünə gələ bilməyən Lənkəran klubu, Zaqatalada iki xalı əldən verərək liderlmyə də şərik çıxmasına özü şərait yaratdı.
"Simurq" da daxil olmaqla son 3 oyunda Mirça Rednik "Xəzər Lənkəran"ın əlində aciz qalmış kimi görünür. Çünki Rumın məşqçi artıq oyunun gedişini "oxuya" bilmir. Matçın gedişinə heç nə ilə müdaxilə edə bilməməsinin nəticəsidir ki, cənublular son 3 oyunda 7 xal itirib. Əslində bir komandanın xal itirməsi futbolda normal haldır. Amma məsələ bundadır ki, hər də xal itkisini futbolçularının üzərinə atan Rednik, bununla da onlar üzərindəki "yükü" ağırlaşdırır. Komandanın da elə bu "yükü" çiyinlərindən ata bilməmələri səbəbindən 3 oyunda 7 xal itirməsi ortada açıq-aşkar görünür.
Bəndənizin fikrini soruşsaz, psixoloji problem futbolçularda yox, baş məşqçi Mirça Rednikdədir. Əgər Mirça bu problemi üzərindən ata bilsə, futbolçuları günahlandırmaqdan əl çəksə, "Xəzər Lənkəran"da işlər yoluna düşər və komanda çempionluq yoluna davam edər. Əks halda "altılıq" başlamadan Lənkəran təmsilçisi zirvə yarışından qopar.
"Simurq"un oyununa gəlincə. Baş məşqçi Yuranın qurduğu komandanın hər oyundan oyuna artırdığı göz önündədir. "Simurq" bu tempi saxlaya bilsə və sürəti bi qədər də artırsa, hazırkı duruma görə "altılıq"da yer ala bilər.
"QARABAĞ" -"NEFTÇİ"
"Neftçi"nin "Xəzər Lənkəran"ın xal itkisindən maksimum yararlandığını söyləmək artıq mənasızdır. Çünki Böyükağa Hacıyevin komandası bunu çox gözəl bacardı. Quzanlıda "Qarabağ"a heç vaxt qalib gələ bilməyən "Neftçi" bunu bu dəfə halal zəhməti ilə əldə etdi. Bununla da, "Neftçi" Böyükağa Hacıyevin başçılığı altında şərikli də olsa, ilk dəfə zirvəyə yüksələ bildi.
Hacıyevdən söz düşmüşkən, o, artıq "Neftçi"ni düzgün yolla irəlilətməyi başa düşməkdədir. Hacıyev hücum xəttini də gücləndirə bilsə, komandası çempionluğun əsas namizədi olaraq irəliləyəcək.
Hazırkı duruma görə isə eyni sözləri "Qarabağ"a aid etmək olmaz. Sanki bir sürü problem məngənəsindən çıxa bilməyən "Qarabağ" "qara günlərini" azarkeşlərinə unutdura bilmir. Bunun nə qədər uzun zaman davam edəcəyini söyləmək isə...
Bu oyunda diqqət çəkən başqa bir məqam vardı. Məsələ ondaydı ki, 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılan Flavinyo 88-ci dəqiqədə qırmızı vərəqə almalıdı idi. Qol vurduqdan dərhal sonra. Çünki bir sarı vərəqə olan braziliyalı futbolçu, qoldan sonra formasını boyunundan çıxardığı üçün ikinci sarı vərəqə alaraq meydandan qovulmalı idi. Amma baş hakim Anar Salmanov buna göz yumdu.
"İNTER" - AZAL
Qələbə zanacağı təqdirdə zirvənin üçüncü şərikli lideri "İnter" olacaqdı. Görünür "bankirlər" bu psixoloji gərginliyi üzərlərindən ata bilmədi. Kaxaber Tsxadadzenin taktiki gedişləri isə bu dəfə yalnız məğlubiyyətdən qaçmağa kömək oldu.
"İnter"dən daha çox, AZAL-ın yüksəlişini qiymətləndirmək lazımdı. Baş məşqçi dəyişikliyindən sonra uğurlu yol cızan "təyyarəçilər" bunun sayəsində hər tur yuxarılara qalxmaqdadır.
"İnter"lə oyun da bir daha sübet etdi ki, AZAL-ın problemi yalnız baş məşqçi Elxan Abdullayev olub.
"SUMQAYIT ŞƏHƏR" - "RƏVAN"
Sumqayıt klubu barədə nəysə demək gərəksizdir. Gənclərdən təşkil olunan bu komanda aşkar autsayder olduğunu bir daha göstərmiş oldu.
"Rəvan"a lazım olan isə oyundan 3 xalla çıxmaq idi ki, bunu da bacardı.
"KƏPƏZ" - "TURAN"
Batmaqda olan "Turan" yeni baş məşqçi ilə ilk oyununa çıxan "Kəpəz" səfərində gənclərlə sınaqdan keçməli idi. Məncə baş məşqçi Əsgər Abdullayev bu oyunda Premyer Liqada ilk matçına çıxan Mirbağır İsayevin hələ təcrübəsiz olduğunu göstərmiş oldu. Təcrübəli oyunçülarla "Turan"lı uşaqların öhdəsindən gələ bilməyən "Kəpəz"də heyət baxımından ciddi dəyişikliklərin baş verməsi zəruridir.
"BAKI" - "QƏBƏLƏ"
"Bakı"nın baş məşqçi Aleksandr Starkovun başçılığı altında istənilən oyunu nümayiş etdirməyə başladığını söyləmək olar. Rəhbərliyin komandadan gözlədiyi oyunun "ip ucları" artıq görünməkdədir. "Qəbələ" ilə oyuna gəlincə. "Bakı"nın oyun boyu üstünlüyü ilə keçən görüşü baş məşqçinin ayağına yazmaq daha doğru olar. Çünki Starkovun taktiki gedişləri önündə "Qəbələ"nin baş məqnçisi Fatih Kavlak aciz qaldı. Üstəlik, Qəbələ klubunun fərqləndiyi penalti də "Bakı"nın qapısına təyin olunmamalı idi. Ötən tur "Neftçi" ilə oyunda qapılarına haqsız penaltinin təyin olunduğunu az qala bütün dünyaya car çəkən "Qəbələ", bu dəfə olmayan penaltidən qol vurdu. Maraqlıdı,rnniyə səsləri çıxmadı?!
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |