Tarkanla görüşə bilərdim, amma…
Daha bir həftə qalmalıydım İstanbulda. Qayıtmaq fikrim yox idi, aylardı bu səfəri gözləyirdim. Qayıtmaq qərarını anidən verdim. İki-üç gün də qalsaydım, bir də Azərbaycan futbolundan yazmayaydım gərək. Keçəcəkdim türk futboluna, onda da bura gəlib-getmək yol ölçmək olardı. Şans yaranmışdı, İstanbulda işimi istədiyim müddətdə davam etdirə bilərdim. İstəmədim. Ki, Azərbaycanı bu tezliklə tərk edim…
Saymaqla qurtarmaq bilməyən futbol camiəsi var Türkiyənin. Hərə bir yandan gəlib, məqsəd və iddiaları fərqli olsa da, hamısını birləşdirən səbəb gördüm onlarda: oyun alqı-satqılarının üstünə ac dairələr beyinləri «təmizləyib». Tanış olduğum həmkarlarımın «mafiya babası» adlandırdığı Aziz Yıldırımın qandallanması gözləri qorxudub. Səksəkə A-dan Z-yə hər birinin yuxusunu qaçırıb, hər açılan sabah daha kimlərin həbsə alınmasına öyrəşiblər. Hökümət hardan və kimdən yapışacağını bilib – Yıldırımın tutulmasıyla yerdən qalxan başlar görünməz olub, danışan dillər səsini içinə alıb, hay-küy salanların fısı ölüb. Belə lazımdı. Elə Azərbaycana da bu lazımdı. Gec olsa da. Qatar tərpənməmiş, banditləri vaqondan endirmək sabahın tələbidi.
«İstanbulda diqqətini çəkən daha nə oldu» deyə, məndən soruşsaz, heç şübhəsiz, Tunc Afşarın adını çəkməliyəm. Gəldiyimi biləndən 1 saat sonra hava limanına gəldi və Bakıya dönənədək yanımdan çəkilmədi, sağ olsun. Ardı-arası kəsilməyən telefon zənglərindən işinin başından aşdığını sezsəm də, bunu hiss etdirməməyə çalışdı. Nə də dedi ki, filan yerə getməliyəm, məni bağışla. Bu altı gündə 60 dəfə zəng vurub, nə çatışıb-çatışmadığı ilə maraqlandı, qaldığım otelin personalına mənə diqqət göstərməyi tapşırdı. Gizlətmirəm, özümə olan isti münasibətdən sıxıldığım dəqiqələr olurdu. Məsələn, «Adela»ın yuxarı mərtəbələrində hər gün işıqlar 2-3 dəfə sönsə də, qaldığım nömrədə belə halla üzləşmədim. Tez-bazar hardansa generator tapıb quraşdırdılar. İnternet şəbəkəsi zəif olsa da, mənim üçün ayrıca xətt çəkdilər. Müştərilərə yalnız səhər qəlyanaltısı təklif olunsa da, günün istənilən vaxtında restoranın qapıları üzümə açıq idi. Bunları sadalamaqda fikrim o deyil ki, özümü fərqləndirim. Tunc bəyə, onsuz da, qayıdanda minnətdarlığımı eləmişəm. Deməsəm olmur: Afşarı yaxından tanımadığımı etiraf etməliyəm. Tanımağa dəyərmiş və mən gec də olsa, onu tanıya bildiyim üçün sevincliyəm.
İstanbula budəfəki səfəri həyatım boyu unutmaram. Beş gün içində ölkənin ən ünlü futbol adamları, federasiya və klub rəhbərliyi ilə görüşdüm. Vaxtilə ekran başından həsrətlə tamaşa elədiyim personalarla üzbəüz əyləşdiyimə inana bilmirdim. Yenə deməsəm, üstündən keçə bilmərəm; görüşmələrimin randevisünü Tunc Afşar aldı və hansı şəxsi nişan verdimsə, razılığını aldı. Sizə elə-belə gəlməsin, Türkiyədə ən siravi futbol adamı, hətta klub xadiməsiylə görüşmək iynəylə gor eşməkdən çətindi. Qaldı ki SİO-larla qarşı-qarşıya əyləşəsən. Arada kimsə hörmətli vasitəçi olmalıdı ki, səni qəbul eləsinlər və yuxarı başa keçirsinlər. Ad çəkib, bəzi-bəzi bədxaqların paxıllıq dolu həsəd hissini oynatmaqdan uzağam. Vaxtı var. «Sport Favorit»ə ürəkdən bağlı, hər sayını intizarla gözləyən oxuculara isə bir müjdə vermək istəyirəm: darıxmasınlar, sevimli qəzetinizin səsi yaxın-uzaq ellərdən gələcək.
Tunc Afşarın yardımçısı Barış Yumluya borclu qalmışam. Ondan xahiş etmişəm ki, Azərbaycana nə vaxt gəlsə, mənə qabaqcadan desin. İstanbulun gəzməli-görməli yerlərini birgə dolaşdıq. Hara getdimsə, əlimi cibimə atdırmadı. İstanbula gəlmisənsə, Taksim meydanına baş çəkməmiş, Sultan Əhməd camiəsini ziyarət eləməmiş, Bosfor boğazında balıq kababını dişə çəkmüəmiş getmək günahdı. Xeyr, günaha batmadım mən. Barış mənə bir sürpriz də hazırlamışdı. Telefonda «Tarkan hələ getməyib ki»-deyə, soruşanda, doğrusu, ağlımın ucundan da keçməzdi ki, söhbət dünyaca ünlü meqastardan gedir. Dincəlmək üçün İstanbula gələn pop ulduzunun Amerikaya qayıtmaq üzrə olmasını prodüsseri xəbər verincə, Barışın kefinə soğan doğradı. Tarkanın ən yaxın adamı Vəli bəy onu inandırdı ki, star rahatsızdı, yoxsa hava limanında da olsa, bizə 10 dəqiqə ayırmaq problem deyildi. O vəziyyətdə isə hətta 1 milyon dollar da versən, Tarkanı qəzet üçün danışdırmaq qeyri-mümkün idi. Üzülməyim heç nəyi dəyişməyəcəkdi, odu ki, Barışa dedim, belə də xoşdu, Tarkanı Bakıda da tutmaq olar.
P.S. İstanbullu günlərdən danışmağa bu yerdə nöqtə qoyuram. Xatırlanası çox şey var, di gəl, hamısını yazsam, 16 səhifə azlıq edər. Türkiyəyə bir də yolumun nə vaxt düşəcüəyimi bilmirəm. Amma yenə getmək istərdim. Tanış həmkarlarıma bir şeyi məsləhət görürəm ki, İstanbulda olmaq fikirlərindən keçirsə, öncə mütləq Tunc Afşarı arasınlar. Ordadısa, əllərini qoysunlar qulaqlarının dibinə, o, sizin üçün bacardığının beşqatını edəcək. Söz…
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |