Berti Foqtsun atı
Və ya futbolumuzun «ağ atlı oğlan»ı
Berti Foqts Azərbaycan futbolunun «ağ atlı oğlan»ıdı. Bəs «ağ atlı oğlan» kimdi? Təbii ki, AFFA!..
rnGəlin bu atı hissələrə ayıraq, ayıraq. Bu zaman özümə də maraqlı gələn bir çox suallar çıxır ortaya. Məsələn, bu atın arxa ayaqları kimdi, ön ayaqları kimdi, başqa bir ayağı da var, o kimdi, başı kimdi, qulağı kimdi, gözləri kimdi? Bunları müəyyənləşdirməyi sizin üzərinizə buraxıram.
rnFoqtsun başçılıq etdiyi milli komandamızın evdə xoruz, çöldə fərə olduğunu bir daha gördük. Çernoqoriya millisinin ikinci heyətinə yenildilər. Alman məşqçi oyundan sonra utanmadan Vaqif Cavadovu ittiham edir. Heç söhbətə aidiyyatı yoxdu. Belə çıxır ki, Vaqif olmasa bunun komandası yoxdu. Foqts belə düşünürsə, bu onun zəif yeridi. Çünki bir məşqçi bu düşüncəyə sahib olmamalıdı. Məncə Foqts nəinki düşüncə qabiliyyətli insandı, ümumiyyətlə, onun futbol anlayışı yoxdu. Milli komandaya gələndən bəri nə dəyişib? Hansı uğur qazanıb? Lixtenşteyni udmaq, Rusiyayla heç-heçə etmək, Türkiyəni Allah-Allahla yenmək uğurdumu? Elədisə tüpürələr bu uğurun ortasına...
rnrn
Balığın başdan iylənməsini boş yerə söyləməyiblər. Hamıya məlumdur ki, Foqts yerli KİV nümayəndələrinə hörmət etmir. Edir e, AFFA-nın baş katibi Elxan Məmməjovun ona tapşırdığı özəl «jurnalistlərə». Onları da özününkü bildiyindən.
rnÖlkə prezidenti cənab İlham Əliyev Respublikanın bütün neftini tapşırıb Rövnəq Abdullayevə. Deməli, onun ağlı var ki, bu işlər ona tapşırılıb. Bəs bu ağılın sahibi görmür ki, Berti Foqtsun rəhbərlik etdiyi millidən heç bir potensial görünmür? Məsncə görür, sadəcə görməməzliyə vurur. Məsələ mənə öz aləmimdə aydındır. Ölkə prezidenti cənab İlham Əliyev Abdullayevə tapşırıb ki, futbol inkişaf etməlidi. Abdullayev də Foqtsu o məqsədlə hələ də bu vəzifədə saxlayır ki, sabah ondan «hanı inkişaf» deyə soruşulanda «mən neyləyim axı, Almaniyanı avropa çempionu edən kişini gətirmişəm, o da bacarmadı» kimi sözləri deməyə əlində əsas olsun.
rnMən Berti Foqtsun tərəfindəyəm. Qoy atını çapmaqda olsun! Cənab Foqts, əgər görsəz ki, at yaxşı getmir, onda qamçılayın... ƏLİNİZ AĞRIMASIN!
rnrn
berti foqtsÇU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |