Niyə Tale Heydərov?
Bu dəfə AFFA prezidentinin kim olacağı insanlarda çox maraq doğurmur.
Çünki bunun kim olacağı əvvəlcədən məlumdu. Bəndənizə sorsaz, Rövnəq
Abdullayevin AFFA prezidenti olmasının əleyhinə getməz. Onda soruşacaqsız ki, bəs
dərdin nədir?
Son dönəmdə
jurnalistlərdən bəziləri televiziyada, qəzetdə, nə bilim, saytda hansısa səbəblərə
görə (Amma hansı səbəbə? Məlum deyil!) təklif irəli sürürlər ki, Tale Heydərov
AFFA başqanı olsun. Olsun, biz söz demirik, amma hansı səbəb(lər)dən?
***
Eşitdiyim qədəriylə,
Tale bəy əxlaqlı insandı, vətənpərvər övladdır, hər bir şeyin yerini biləndir.
Amma bu insan futbol adamı deyil.
***
Nə olsun ki,
“Qəbələ” klubunun prezidentidir. Bu, heç bir əsas vermir ki, Tale bəy AFFA
prezidenti olsun!
***
Tale Heydərovun
prezidenti olduğu “Qəbələ” klubu onun rəhbərliyi altında hansı uğuru qazanıb?
Heç bir uğur falan yoxdu!
***
Yoxsa elə bu
səbəbdən?
***
Bəlkə “Qəbələ”nin
futbolun gələcəyi üçün infrastruktur yaratmasına görə? Hələ bilmək olmaz, gələcəkdə
oradan lazımlı futbolçu çıxacaq, yoxsa əksi olacaq.
***
Bəlkə, “Qəbələ”
klubun yarıtmaz transfer siyasəti kimlərəsə xoş gəlir?
***
Yoxsa, Toni
Adamsın Azərbaycana gətirilməsi, əvəzində ona milyonlar verilməsi, qarşılığında
da heç nə olmayıbmış kimi klubdan qovulmasını
uğur sayırsız?
***
Hörmətli
jurnalist, futbol klubu prezidentinin futbolda heç bir uğuru olmadan, bu
insanın AFFA prezidenti olmasını hansı əsasla, məntiqlə əsaslandırırsız ki, o,
AFFA prezidenti olsun?
***
Yoxsa,
reklama gərəyi olmayan insanın reklamını aparmağınız onun soyadının Heydərov
olması səbəbindəndir? Nə bilmək olar, bəlkə Tale bəyin adının siz(lər) tərəfindən
tez-tez hallandırılması siz(lər)ə gələcəkdə böyük perespektiv vəd edir?
***
Əgər belədirsə, pardon, gərək bu mövzuya heç toxunmayaydım.
Çünki “bura Bakıdır” dediyimiz, Bakının paytax adını daşıdığı Azərbaycanda kimisə reklam etməsən, qabağa getmək çətin məsələdir. Buna görə başa düşmək olar!
P.S. Özünə
jurnalist deyən, bitərəf olduğunu iddia edən bir qələm sahibinin hansısa futbol
adamını reklam, onun piyar işini
aparmağa cəhd etməsi yaxşı hal deyil. Yox, bu adam hər rüb bir kişinin piarını
aparmağa cəhd edirsə bu, qəti bəyənilmir!..
|
||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |