Cihan Özkara Roberto Karlosu təriflədi: "Yaxşı baş məşqçimiz var" AÇIQLAMA

28.03.2014 | 4516 dəfə oxunub

Millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara komandasının son uğursuzluqları və gələcək məqsədləri haqda danışıb. Stadium.az Özkaranın fikirlərini diqqətinizə çatdırır: “Əla komandamız və yaxşı baş məşqçimiz var. Ancaq son turlarda heç bəxtimiz gətirmir: heç də ən yaxşı olmayan oyunumuz ucbatında qələbə qazana bilmirik”, deyə Özkara sözə başlayıb.
 
Onun sözlərinə görə, “Erciyespor”la 1:1 hesablı heç-heçə hazırda yaxşı nəticədir: “Qazanılmış bir xal hər şeydən qabaq bizim üçün psixoloji planda müsbət haldır. Son oyunlarda biz xallar qazana bilməmişik və bu heç-heçə bizə kömək etdi. Biz bu ab-havanı saxlamalıyıq ki, “Qaziantepspor”a qarşı növbəti oyunda üç xal qazana bilək. Hazırda məqsədimiz yalnız qələbədir. Biz öz azarkeşlərimiz qarşısında qələbə qazanmalıyıq”. Öz oyununa toxunana Özkara bildirib ki: “Erciyesporl”a oyunda mən alışmadığım mövqedə oynamalı oldum. Məşqçi məni bu mövqedə sınamaq qərarına gəldi. Mən isə öz növbəmdə özümü bacardıqca yaxşı göstərməyə və komandama kömək olmağa çalışdım”.
 
Özkara bildirib ki, son uğursuzluqlar komandanın mövsümə məqsədlərini - avrokuboklara vəsiqə planlarını dəyişməyib: “Qarşıdakı oyun, həmçinin, avrokuboklar zonasına düşmək uğrunda mübarizə nöqteyi-nəzərindən vacibdir. İlk dördlüyə qayıtmaq tamamilə gücümüzdədir. Biz Avropaya vəsiqə qazanmaq istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail