Azərbaycan yığmasını üzvü bu kluba keçdi – Özü açıqladı

26.06.2023 | 573 dəfə oxunub

“Aleksandriya”nın sabiq yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna Premyer Liqasına yeni gələn “Polesie”yə keçib.

Bu barədə futbolçu özü məlumat verib. Lakin Jitomir klubu hələ ki, Azərbaycanın gənclərdən ibarət komandasının oyunçusu ilə müqavilə imzaladığını açıqlamayıb.

“Klubla müqaviləm başa çatdı və yeni müqavilə ilə bağlı razılığa gələ bilmədik. Maliyyə məsələsində razılaşa bilmədik. Buna görə də “Aleksandriya” ilə yolları ayırdım. Ruslan Rotan mənim qalmağımı istədi. Hətta müqavilənin sonunda mənə zəng edib bu haqda danışdı. Cavab verdim ki, klubla razılaşsam qalacam. Təbii ki, onun rəhbərliyi altında oynamağa davam etmək istərdim. Amma klubla razılaşa bilmədik və mən fərqli seçim etməli oldum.

Niyə “Polesie” Jitomir? Bu, çox maraqlı klubdur. Onların yaxşı şəraiti var. “Polesie” məni öz sıralarında görmək arzusunu xüsusi olaraq bildirən yeganə klub oldu. Yaxşı şərtlər təklif etdilər, agentimlə, atamla danışdılar. Razılaşdıq və mən bu klubun futbolçusu oldum”, – deyə Mustafayev bildirib.

Emil Mustafayev 2021-ci ilin mayında “Aleksandriya”nın əsas komandasında debüt edib. Bu komandanın heyətində ümumilikdə 26 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail